Sizin Reklam Burada

Tehranda "Şuşi" küçəsi... - Səfirdən reaksiya

Tehranda "Şuşi" küçəsi... - Səfirdən reaksiya“Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın IRIB xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib.

“Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi reaksiyasına səbəb olub. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, - səfir vurğulayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.

Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər