ABŞ-dan Ukraynaya hərbi sursatlar gətirildi
Dərc olunub:
10-02-2022, 01:00
ABŞ Ukraynaya döyüş sursatlarının növbəti partiyasını tədarük edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov özünün "Twitter" hesabında məlumat paylaşıb.
"ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi", - deyə nazir paylaşımında qeyd edib.