KKTC-nin yeni millət vəkilləri bu gün and içəcəklər
Quzey Kıbrıs Türk Cümhuriyyətinin yanvarın 23-də keçirilən növbədənkənar ümumi seçkilərdə parlamentə seçilən 50 millət vəkili bu gün and içəcək.
Avrasiya.net xəbər verir ki, seçki nəticələrinin yanvarın 28-də "Rəsmi Qəzet"də dərc olunduğu onuncu günündə and içmək üçün millət vəkillərinin gündəmi ilə bu gün Cümhuriyyət Məclisi toplanacaq.
İclasda həmçinin Prezident Divanı seçkiləri keçiriləcək.
Cümhuriyyət Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq, ilk iclasa parlamentin ən yaşlı üzvü, UBP millət vəkili Ünal Üstel sədrlik edəcək.
Mərasim televiziya ilə canlı yayımlanacaq.
Qanunvericilik dövrünün ilk iclasından başlayaraq, Cümhuriyyət Məclisinin sədri seçilənə qədər Ünal Üstel müvəqqəti sədrlik vəzifəsini icra edəcək. Ən gənc iki millət vəkili olan UBP İskele Millət vəkili Emrah Yeşilırmak və CTP Girne Millət vəkili Ongün Tələt məclis katibləri seçilənə qədər müvəqqəti katiblik edəcək.
Yanvarın 23-də keçirilən seçkidə 50 deputatdan ibarət Cümhuriyyət Məclisində UBP 24, CTP 18, DP 3, HP 3 və YDP 2 mandata sahib olub.