Sizin Reklam Burada

"Saakaşvilini yox, İvanişvilini qaçırardım, çünki onun pulu daha çoxdur”

"Saakaşvilini yox, İvanişvilini qaçırardım, çünki onun pulu daha çoxdur”"Mixail Saakaşvilinin mənim evimdə olması mənim üçün böyük şərəf idi".

Gürcüstan mətbuatı xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ölkəyə qanunsuz olaraq keçməsində ona kömək edən vətəndaş Elquca Çomaia məhkəmə iclasında deyib.

İfadəsi zamanı o, deyib ki, verdiyi qərardan peşman deyil:

"Mixail Saakaşvili gələndə onu birinci dəfə gördüm və dedim, axır ki, üçüncü prezidenti üz-üzə salamlayıram. Mən yük maşınının kabinəsində oturdum. Mixail Saakaşvili çarpayıya qalxdı. Ukraynaya tez-tez getdiyimə görə və bir neçə ildir nə gömrük işçisi, nə də sərhədçi həmin yeri yoxlamırdı. Mən Saakaşviliyə sərhədi keçməkdə kömək etməyimə razılaşanda özümü günahkar saymadım".

Prosesdə prokuror Çomaiadan Mixail Saakaşvilini oğurlayıb-oğurlamadığını soruşduqda Çomaia zarafatla cavab verib və deyib:

“Mən belə adam qaçıran olsaydım, Mixail Saakaşvilini qaçırmazdım, İvanişvilini qaçırardım, çünki onun pulu daha çoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər