Gürcüstanda "Omikron" a yoluxanların sayı artır
Hazırkı dövrədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 951 yoluxma halı təsdiqlənib.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd edək ki, Gürcüstanda “Omikron”a ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.
Epidemioloqların fikrincə, yanvar ayının sonunda Gürcüstanda “Omikron” ştammının yayılması pik həddə çatacaq.
Hazırda ölkənin xəstəxana sektoru həddindən artıq yüklənmə və çox sayda pasiyent axınına hazırlaşır.
Gürcüstanda cari epidemioloji vəziyyəti şərh edən səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, səhiyyə sistemi tam səfərbər olunub və yüklənməyə hazırdır. O qeyd edib ki, bir neçə həftədən sonra COVID-19-un müalicəsində effektiv olan əlavə “Pfizer” və “Merk” dərmanları tədarük ediləcək.