General intihar edib
Dərc olunub:
10-01-2022, 11:39
Qazaxıstanda Jambul vilayətinin polis idarəsinin rəisi general Janat Suleymenov dünyasını dəyişib.
Bu barədə Sputnik Qazaxıstan-a departamentdən məlumat verilib.
Avrasiya.net xəbər verir ki, bu arada yerli media və telekanallarının məlumatına görə, ölkəni bürümüş iğtişaşlar fonunda generala qarşı cinayət işi açılıb, o, tribunalla hədələnib.
General Tarazda baş verən iğtişaşlar zamanı hərəkətsizlikdə ittiham olunduqdan sonra intihar edə bilər.
Maraqlıdır ki, bir neçə gün əvvəl 59 yaşlı Süleymenov rayona komendant təyin edilib.