Ukrayna separatçıların suyunu kəsdi
Dərc olunub:
3-01-2022, 16:03
Kiyev qondarma separatçı “luqansk xalq respublikası” ərazisinə Qərb filtrasiya stansiyasından suyun verilməsini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə separatçılar məlumat yayıb.
Məlumata görə, suyun verilməsi yanvarın 2-si axşamdan dayandırılıb.
Buna səbəb filtr stansiyasından magistral su borusunun zədələnməsi olub. Nəticədə Pereval rayonu, Alçevsk, Bryanku, Kirovsk və Staxanov Pervomaysk şəhərləri susuz qalıb.