Rusiya indi də S-550-ün hazırlığına başladı
Dərc olunub:
10-11-2021, 01:30
Rusiya yeni zenit-raket kompleksi – S-550-nin hazırlıqlarına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama yayıb.
O, yeni sistemin xarakteristikası barədə danışmayıb.
Qeyd edək ki, Rusiya ordusu yaxın günlərdə S-500-lərin ilk partiyasını alacaq.
S-500 Prometey zenit-raket kompleksi yeni nəsildir. Onun əhatə radiusu 600 km civarındadır.