Sizin Reklam Burada

Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdisə, biz nə edə bilərdik?”

Fərarilik edən erməni hərbçilər: “Göydən od ələnirdisə, biz nə edə bilərdik?”Ermənistan hüquq-mühafizə orqanları çox ciddi böhranla üzbəüz qalıb.

Ermənistanın “Joğovurd” qəzeti xəbər verir ki, 10 mindən çox hərbçi fərarilik, döyüş mövqelərini tərk etmə və döyüş meydanından qaçmaqda ittiham olunur. Bu qədər çox işi sonlandırmaq üçün prokurorluq orqanlarının kifayət qədər müstəntiqi və zamanı isə yoxdur.

“Ona görə də son günlər prokurorluq orqanları müharibə dövründə döyüş mövqelərini tərk edən, qaçan şəxslərdən ifadə alır. İfadə verən əsgərlər isə müharibəyə yüksək hazırlıqla getdiklərini, lakin “göydən od ələnirdisə, dostlarımız yanımızda külə dönürdüsə, neyləmək olardı?. Başqa seçim qalmırdı, sağ qalmaq üçün qaçırdıq. Nə etməli idik? Ölməliydik?” - deyə sual edirlər.

“Joğovurd” qəzetinin yazdığına görə, ifadələri dinləyən müstəntiqlər hansı hüquqi qərarı verəcəklərini bilmirlər. Ümumilikdə, Ermənistanda Qarabağ döyüşləri zamanı fərarilik faktları ilə bağlı 10 mindən çox cinayət işi açılıb.


Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər