"Moskva təkcə ABŞ-a deyil, bütün NATO blokuna müqavimət göstərmək iqtidarındadır”İvan Andrianov: “Rusiya və ABŞ arasında NATO ilə birbaşa müharibə bütün bəşəriyyət üçün ölümcül bir səhv ola bilər”

Ukrayna-Rusiya qarşıdurması artıq müharibə anonsunu verib. Qərb fevralda Rusiyanın Ukraynanı işğal planı haqqında düşündüyünü bəyanlayıb. Kreml isə ABŞ başda olmaql NATO-nun Ukrayna “kart”ından istifadə edib Rusiyaya qarşı sanksiyaları gücləndirmək, onu qorxutmaq və zəiflətmək ssenarisini həyata keçirməkdə ittihamlayır. Avropanın bir sıra ölkələri Ukraynan təmənnasız silah yardımı ediblər, bəzi ölkələr isə diplomatlarını Ukrayna və ona yaxın sərhəd ölkələrdən çıxarılması tövsiyəsini verib. Hadisələrin gedişi yaxın zamanlarda müharibənin baş verə biləcək ehtimalının gerçəkləşcəyini deyir. Fikirlər, bəyanat və ultimatumlar isə fərqlidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Kiyev administrasiyası İraq, Suriya və Liviya... - ABŞ-ın işğal etdiyi digər ölkələrin taleyini xatırlamalıdır.
“Kin və təkəbbürlə dünyanın hər tərəfinə daxil olaraq ölüm və xaos yayırlar. Kiyev rejiminin idarəediciləri bu ifrat eybəcərliyin cinayət ortağı olmaq istəsələr belə, bu rolun kuratorlar tərəfindən onlara verilməyəcəyini anlamalıdırlar. Ukrayna kontekstində Hollivud qaydalarına uyğun lentə alınacaq növbəti filmdə “istehsalat qəzası” terminindən istifadə ediləcək”, - deyə Zaxarova bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın fikrincə, Moskvada elə bir təəssürat vardır ki, ABŞ Ukrayna böhranının həllində maraqlı deyil.
“Ukrayna ABŞ və bir neçə Qərb ölkəsi arasında münasibətlərimizdə strateji xəritəyə çevrilib. Bizdə elə bir hiss vardır ki, ABŞ bu böhranın həllində maraqlı deyil”, - deyə Nebenzya bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə Macarıstan Baş anziri Viktor Orbanla görüşündə deyib: “Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, Polşa və Rumıniyada olduğu kimi müasir zərbə sistemlərinə malikdir və Krımda əməliyyata başlayır. Təsəvvür edək ki, NATO dövləti olan Ukrayna hərbi əməliyyatlara başlayır. Biz indi NATO bloku ilə vuruşmalıyıq? Kimsə bu barədə nəsə bir şey fikirləşib? Görünür, yox”.

Orban da öz növbəsində deyib ki, Avropa Birliyində (AB) Rusiya ilə konflikt istəyən heç bir lider yoxdur.
“Səfərim sülhməramlı xarakter daşıyır. Deyə bilərəm ki, Avropa Birliyi vahiddir və bu o deməkdir ki, AB-də Rusiya ilə müharibə istəyən lider yoxdur”, - deyə Orban bildirib.

Bu arada Rusiya Qərb Hərbi Dairəsindən məlumat verilib ki, Rusiya “İsgəndər-M” ballistik raketlərinin iştirakı ilə təlimlərə başlayıb.
Kursk vilayətində keçirilən təlimdə ümumilikdə 300-ə yaxın əsgər, 50-dən çox hərbi və xüsusi texnika iştirak edib.

Kursk vilayətindəki Postoyiye Dvory poliqonunda keçirilən təlimdə hədəflərə qarşı elektron atış aparılıb.
Böyük Britaniya Baş naziri Boris Conson isə deyib ki, Rusiyanın Ukraynanı mümkün işğalı siyasi və humanitar fəlakətlə nəticələnə bilər.
O bildirib ki, Moskva geri addım atmalı və diplomatiya yolunu seçməlidir:

“Bu gün 100 mindən çox Rusiya əsgəri Ukraynaya düşmən münasibətin göstəricisi olaraq sərhəddə toplanır. Bu, Rusiyanın Krımı işğal üçün göndərdiyi 30 min hərbçini kölgədə qoyur. Ukraynanın Rusiya tərəfindən mümkün işğalı Rusiya və dünya üçün hərbi fəlakət olar”, - deyə Conson bildirib.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi” Geopolitik Proqnozlar Mərkəzinin analitiki, politoloq İvan Andrianova üç sualla müraciət edib.

- ABŞ başda olmaqla NATO Ukraynaya hərtərəfli yardım edir, eyni zamanda Rusiyaya qarşı sanksiyaları sərtləşdirilir. Prosesdən gözləntiləriniz…

- “Hərtərəfli yardım” ifadəsinə böyük reaksiya verirsiz. Javelin silahını götürün. Bu, ötən əsrin 80-ci illərində ABŞ-da istifadəyə verilmiş tank əleyhinə silahdır. Bu qırx il ərzində müdafiəni nəzərə almaq üçün bütün dünyada tanklar bu silahlardan dəfələrlə modernləşdirilib. Yeri gəlmişkən, Suriyada İŞİD yaraqlıları istifadəsi Rusiyada qadağan olunan bu sistemin zəif effektivliyini açıq şəkildə göstərdi. Amma Bəşər Əsədin ordusu ən müasir döyüş maşınlarından uzaqdır. Eyni şeyi 70-ci illərdə istifadəyə verilmiş Stinger zenith-raket kompleksi haqqında da demək olar. İngilislərə gəlincə, onların istismar müddəti bu ilin ikinci yarısında başa çatan sistemləri kiçik məhvetmə radiusuna görə həqiqətən də döyüş şəraitində istifadə olunmayıb. Belə çıxır ki, amerikalılar və onların müttəfiqləri Kiyevi əsasən döyüş sursatı, atıcı silahlar və əgər belə desəm, satmaq daha sərfəli olan bəzi “hərbi antikvarlar”la təmin edirlər.

ABŞ-ın digər müttəfiqlərinə gəlincə, onların yardımı imkanları ilə mütənasibdir. Məsələn, Polşa dörd min mərmi göndərdi. Təsirli səslənir, lakin tammiqyaslı hərbi əməliyyatlar vəziyyətində bu, okeanda bir damladır.

Mən ilk vaxtlar Ukrayna ordusu üçün heç nə verməkdən imtina edən Almaniyaya da diqqət yetirərdim. Bununla belə, Vaşinqtonun təzyiqi altında o, Ukraynaya dəstək kampaniyasında iştirak etməyə razılaşdı və 5000 dəbilqə, həmçinin mobil xəstəxanalar, o cümlədən, səyyar krematoriyalar göndərdi. Kiyevdə başa düşüb-düşmədiklərini söyləməyə cəsarət etmirəm ki, bu, dəfələrlə rus, sonra isə sovet əsgərləri tərəfindən alınan Berlindən bir işarədir, amma fakt faktdır.

Əgər “yardım” termini ABŞ qoşunlarının və onların müttəfiqlərinin Ukraynaya göndərilməsini nəzərdə tutursa, hazırda bu respublikanın ərazisində xarici hərbçilər, həmçinin ABŞ, Polşa, İngiltərə və bəzi digər NATO üzvü olan ölkələrin özəl hərbi şirkətlərin döyüşçüləri var. Bununla belə, Rusiya və Qərbin müxtəlif ekspertləri tərəfindən onların sayı bir neçə yüzdən bir neçə minə qədər hesablanır (dəqiq məlumat yoxdur). Üstəlik, bu kontingentin əhəmiyyətli hissəsi Ukrayna hərbçilərinin təlimi ilə məşğul olan təlimatçılardır.

Yanvarın 29-da Co Baydenin elan etdiyi Amerika hərbçilərinin ehtimal olunan transferinə gəlincə, səhv etmirəmsə, Əfqanıstandan bir müddət əvvəl çıxarılan 6-9 min əsgər və zabitdən söhbət gedir. Onlar Ukraynada deyil, NATO ölkələrinin ərazilərində yerləşdiriləcək.
Üstəlik, silah tədarükü məsələsində olduğu kimi, alyansa üzv olan ölkələr arasında birlik yoxdur. Bəzi dövlətlər Ukraynanın müdafiəsinə ümumiyyətlə öz ordusunu göndərmək fikrində olmadıqlarını, Amerika əsgərlərinin öz ərazilərində yerləşdirilməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Məsələn, Macarıstanın müdafiə naziri Tibor Benke bildirib ki, onun ölkəsinin kifayət qədər milli silahlı qüvvələri var, ona görə də onun dövlətinin ərazisində NATO-nun əlavə bölmələrinin yerləşdirilməsi məqsədəuyğun deyil. Oxşar mövqeyi xorvatlar və bolqarlar da tutdular...

Təbii ki, bu və ya digər formada və bir neçə dəfə tətbiq olunacaq sanksiyalarla bağlı Qərbin sıralarında yekdil fikir yoxdur. ABŞ Konqresində Rusiyanın karbohidrogenləri və onların Avropaya tədarükü ilə bağlı sanksiyaların müzakirəsinə diqqət yetirək. Bütün mümkün variantlar nəzərdən keçirildikdə, amerikalı qanunvericilər almanların və digər avropalıların bu tədarükləri tək buraxmaq tələbləri ilə razılaşmaq məcburiyyətində qaldılar. Çünki hazırda planetimizdə həcm baxımından alternativ mənbələr yoxdur.

- Müharibə ehtimalı reallığa çevrilə bilərmi?

- “Müharibə reallığı” həmişə oradadır. Düzdür, burada “müharibə” sözü ilə nəyi nəzərdə tutduğumuz barədə qeyd-şərt etmək lazımdır. Axı, BMT yaradıldıqdan sonra planetə sülh gəlmədi. Böyük və çox olmayan münaqişələr, düşmənçilik daim baş verir. Burada Qarabağdakı son müharibəni, Liviya və Yəməndə uzun illər davam edən qırğınları xatırlamaq olar. Afrika haqqında deyiləcək bir şey yoxdur ...

Məsələ burasındadır ki, nüvə fövqəldövlətləri arasında həqiqətən də genişmiqyaslı münaqişənin baş verməsi ehtimalı, məsələn, beş il əvvəlkindən qat-qat realdır. Amma biz hələ 1962-ci ildəki Karib böhranı səviyyəsinə çatmamışıq.

Daha sonra amerikalılar sovet sualtı qayığını su üzərinə çıxarmağa məcbur etdilər, ABŞ-ın kəşfiyyat təyyarələri Kuba üzərində uçarkən atəşə tutuldu, SSRİ səmasında Amerikanın U-2 təyyarəsi vuruldu. Bunlar yalnız bir neçə haldır. 27 oktyabr 1962-ci il Qara şənbə günü iki ölkənin rəhbərliyi düşmənə nüvə hücumu əmri verməyə hazır idi. Bu gün Putin və Bayden hələ də diplomatiya və danışıqlar yolu ilə getməyə çalışırlar.
Deməli, Rusiya ilə ABŞ arasında irimiqyaslı nüvə müharibəsindən söhbət gedə bilməz.

Avropada Rusiya ilə NATO ölkələri arasında toqquşma da mümkün deyil. Bu nə ruslara, nə də avropalılara lazımdır, amerikalılar bu döyüşə qatılmayacaqlar, çünki bu, böyük müharibə ilə təhdid edir. Avropa orduları isə silahlı qüvvələrinin zəif hazırlığına, texnologiyanın acınacaqlı vəziyyətinə və sayının azlığına görə, sadəcə olaraq, belə bir sınaqdan çıxa bilməyəcək.

Onlara Suriyada müasir döyüşlərdə ən müasir texnika və təcrübəyə malik olan Rusiya qoşunları müqavimət göstərəcək. Moskva bu gün təkcə ABŞ-a deyil, bütün NATO blokuna müqavimət göstərmək iqtidarındadır. Amerikalı, israilli, avropalı və çinli hərbi ekspertlər də daxil olmaqla, onlar nədən danışırlar.

Baxın, siyasətçilər hipotetik şəkildə dəli olsalar belə, Rusiya Müdafiə Nazirliyi Pentaqon kimi iki dövlət arasında birbaşa hərbi qarşıdurmanın nəticələrini yaxşı bilir. Siz məni optimist hesab edə bilərsiniz, lakin düşünürəm ki, Moskva və Vaşinqton ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə, ola bilsin ki, üçüncü ölkələrin ərazilərində toqquşmağa davam edəcəklər. Amma Rusiya və ABŞ arasında NATO ilə birbaşa müharibə gözləmək lazım deyil. Əks halda, bu, bütün bəşəriyyət üçün ölümcül bir səhv olacaq.
İndi isə Ukrayna ərazisində Qərblə Rusiya arasında eşitdiyimiz müharibəsi haqqında.

Moskva üçün son dərəcə arzuolunmaz olsa da, bu variantı istisna etmək olmaz. Dərhal vurğulayım: bu, qonşu dövlətin ərazisinə təcavüzdən, Qərb mediasının dediyi kimi Kiyevə və Polşa sərhədinə gedəcək tank kolonnalarından yox, Ukrayna ordusunun hərbi zərərsizləşdirilməsindən danışılacaq. Təkrar edirəm, yalnız hazırda 600.000-dən çox Rusiya vətəndaşının yaşadığı “DXR” və “LPR”-ə qarşı hücuma başlasa.
Moskvanın bu qarşıdurmada iştirakının mümkünlüyü və yollarına gəlincə, Rusiya hərbi idarəsinin məlumatlarına əsasən, Donbas “respublikaların” Xalq Milis qüvvələrinə dəstək Suriya variantına uyğun olaraq həyata keçiriləcək: konsentrasiyalara hədəfli zərbələr, irəliləyən qoşunlar, silah və sursat anbarları, hərbi komandanlıq və idarəetmə infrastrukturu və onların təchizatı.

Bu zərbələrin Rusiya ərazisindən endirilməsi nəzərdə tutulur. Qalanları, yeri gəlmişkən, yaxşı silahlanmış, təlim keçmiş və ən əsası “respublikalar”ın xalq milislərinin işi olacaq.

– Necə düşünürsüz, Qərb Ukraynada öz məqsədinə nail ola biləcəkmi?


- Düşünürəm ki, bu formada sualınız tam düzgün deyil. Tamamilə göz qabağındadır ki, Qərbin Ukrayna ilə bağlı konsolidasiya edilmiş mövqeyindən danışmaq mümkün deyil. Fransa, Almaniya, İtaliya, Avropanın aparıcı dövlətlərinin ciddi böhranla üzləşməsinə, daha çox Ukraynada real müharibəyə, eləcə də Rusiyaya qarşı hansısa “super sanksiyalara” ehtiyacı yoxdur. Çünki, birincisi, kiçik də olsa, hərbi münaqişənin onların ərazisinə keçməsi ehtimalı ilə hədələyir.

İkincisi, respublikada böhranın dərinləşməsi təbii ki, Aİ ilə Ukrayna arasında vizasız rejimdən istifadə edəcək yeni və bəlkə də əhəmiyyətli qaçqın dalğasına səbəb olacaq. Üçüncüsü, qaçılmaz yeni sanksiyalar vahid Avropanın büdcəsinə öz töhfələri ilə təkcə Baltikyanı dövlətlərin kiçik dövlət birləşmələrini deyil, həm də bir sıra digər keçmiş sosialist dövlətləri dəstəkləyən aparıcı Avropa ölkələrinin, cümlədən Polşa iqtisadiyyatlarına ağır zərbə vuracaq.

ABŞ-a gəlincə, müəyyən dərəcədə demək olar ki, Bayden administrasiyası Ukrayna məsələsində yoluna davam edir. Prezidentin və onun partiyasının reytinqini sözün əsl mənasında aşağı salan Əfqanıstandan qaçış və həll olunmamış çoxlu daxili problemlərin fonunda noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində demokratların perspektivləri acınacaqlı görünür. Sonra isə seçicilərə müsbət nəticə göstərmək imkanı yaranır. Donbasda hələ də hərbi münaqişənin qarşısı alınarsa, bu, mənim fikrimcə, çətin ki, Ağ Ev Vaşinqtonun “şər Putinin təcavüzünün qarşısını ala bildiyini” bəyan edəcək.

Əgər münaqişə baş verərsə və açıq şəkildə məhdudlaşacaqsa, o zaman demək olar ki, “şər Putin ABŞ-ın güc tətbiq etmək hədəsi ilə dayandırıldı”.
Belə ki, təəssüf ki, müasir Ukrayna Vaşinqton tərəfindən taktiki problemlərin həlli üçün vasitələrdən biri kimi istifadə olunur. Çox heyif.

Qlobal təhlükəsizlik məsələlərinə dair Rusiya-Amerika dialoquna gəlincə, bu proses yeni başlayıb və kiminsə liderlik etdiyini söyləmək hələ tezdir. Bununla belə, əminliklə demək olar ki, mütləq döyüş zamanı Qərbdən hər hansı güzəşt olacaq. Xüsusən də Rusiya hakimiyyət orqanlarının irəli sürdüyü şərtlər kontekstində.
Dediyim kimi, Ukrayna Qərb üçün məqsəd deyil, bir vasitədir. Ümumiyyətlə, ABŞ, NATO və Aİ-nin bu postsovet respublikasında baş verəcəklərlə heç bir əlaqəsi yoxdur. Əks halda, orta pensiyanın kommunal tariflərdən aşağı olduğu halda o acınacaqlı mənzərəni görməzdik.

Bununla yanaşı, Vaşinqton şübhəsiz ki, amerikalıların iştirak etdiyi hərbi və siyasi münaqişələrin sayını azaltmağa çalışır. Əfqanistandan qoşunların çıxarılması bunun bariz nümunəsidir. Nə üçün? Uzun müddət dünyaya hökmranlıq edən bir ölkə kimi ABŞ üçün ən böyük təhlükə, iqtisadi cəhətdən də daxil olmaqla, bir çox göstəricilərdə artıq amerikalıları qabaqlayan Çindir.

Vaşinqtonun Pekinə müqavimət göstərmək və heç olmasa əvvəlki təsirinin bir hissəsini saxlamaq üçün gücə ehtiyacı var. Bu da yeni dünya nizamının formalaşması konsepsiyasına uyğundur.

İndi vəzifə dünyanın necə olacağına qərar verməkdir. Ukraynanın taleyi isə heç kimi narahat etməyəcək. Xüsusilə sadə bir qəza, səhv atış və ya yanlış ifadə təhlükəsi olduğu bir vəziyyətdə, müharibə başlaya bilər ki, çox az adam sağ qalar.

Buna görə də müharibə qəsdən başlamayacaq, amma axmaq qəzaya görə və ya eyni, məsələn, ukraynalıların təxribatı səbəbindən bu, tamamilə mümkündür. Təəssüf ki...
Keçmiş Səfir “İMZA”çı oldu - Hulusi Kılıç ilə müsahibəTürkiyənin ölkəmizdəki sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalısı Hulusi Kılıç Turkmedia.az-ın suallarını cavablandırıb.
Türkmedia.az-a istinadən müsahibəni təqdim edir:

Cənab diplomat, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin ( İB)Türkiyə nümayəndəsi və sədrin iqtisadi məsələlər üzrə müşaviri vəzifələrinə seçildiniz. Bu münasibətə sizi təbrik edir, uğurlar arzulayıram. Yeni vəzifə izlə bağlı nə demək istərdiniz?

– Sözlərimə başlamadan öncə informasiya sahəsində türk dünyasına önəmli xidmətlər göstərəcəyinə inandığım Turkmedia.az saytına uğurlar arzu edirəm.

Sualınıza gəlincə, mənə göstərilən yüksək etimad üçün təşəkkür edirəm. Belə önəmli vəzifələrin verilməsi məni sevindirdi və qürurlandırdı. Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam.

Bilirsiniz, 13 sentyabr 2012-ci il tarixində cənab prezidentlə sağollaşarkən mənə təqdim edilən “Dostluq” ordeni törenində cənab prezidentə Vətənə xidmətə gəldiyimi və həyatımın qalan hissəsini Azərbaycanın bir nümayəndəsi və bir vətəndaşı kimi keçirəcəyimi demişdim. Cənab İlham Əliyev də Azərbaycanın öz vətənim olduğunu, buranı nə qədər sevdiyimi bildiyini və cəmiyyətdə önəmli yer tutduğumu bildirmişdi. Cənab prezidentə söylədiyim kimi Azərbaycanın bir nümayəndəsi olaraq çalışdığımı sizlər və dostlarım yaxşı bilir.

Bu vəzifə indiyə qədər könüllü gördüyüm Azərbaycanın nümayəndəsi vəzifəsini rəsmiləşdirir və məsuliyyətimi daha da artırır. Düzü, İMZA mənə böyük məsuliyyət verir. “İMZA”-nın amallları üçün çalışmaq zövq duyulan məsuliyyətdir.

Dəyərli sədr Xəyyam Əsgərovla işləməkdən də məmnunluq duyuram. Özü Can Azerbaycan xalqının və Türk Milletinin aşiqidir.

Gələcəkdə hayata keçirmək istədiyiniz bir layihə varmı? Varsa, nədən ibarətdir?

– Bəli, var. 2022 Qarabağ Beynəlxalq 2. İqtisadi Forumunun Ankarada təşkil edəcəyik. Bu foruma böyük önəm veririk. Bu forum Türkiyə-Azərbaycan qardaşlığına yeni bir güc və səviyyə qatacaq. Dünya iki əkiz ölkənin əməkdaşlığının səviyyəsini bir daha görəcək.

Ayrıca qeyd etməliyəm ki, İMZA İB komandası çox güclüdür və gələcəkdə önəmli layihələrə imza atacaq. Bizim fəaliyyətimizi izləməyə davam edin, uğurlarımızı görəcəksiniz.
Azərbaycan Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya 1 günlük işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verib. Səfər çərçivəsində hər iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Strateji tərəfdaşlığın yeni müstəvidə inkişaf dinamikasının konturları müəyyənləşdirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu, siyasi elmlər namizədi Əfqan Salmanov səfərin tarixi əhəmiyyəti ilə bağlı Respublika qəzetinə verdiyi müsahibədə ikitərəfli münasibətlərin gələcək perspektlərinə aydınlıq gətirib.

Fəxri konsulun müsahibəsini təqdim edirik.

- Əfqan müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz ?

- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinin kökü uzun əsrlərə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Tarixə nəzər salsaq görərik ki, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir, birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Müstəqillik tarixlərini qöşa addımlayan hər iki ölkə arasında iqtisadi, siyasi, elmi, mədəni, hərbi-texniki, energetika, nəqliyyat və digər sahələrdə səmərəli əlaqələr qurulub.Təbiiki, qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Belə ki, 1997-ci ilin mart ayıda Ukraynaya rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini yeni inkişaf mərhələsinə qaldırmağa müvəffəq olub . Həmin vaxtdan bu günədək ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. Beləki, ötən dövr ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənərək, strateji səviyyəyə çatıb. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək əməkdaşlıq əlaqələri mövcuddur.Hər iki ölkənin parlamentariləri bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində ciddi əməkdaşlıq edir, müstəqil dövlətlərimizin gələcək müqəddaratı naminə eyni mövqedən çıxış edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası və GUAM çərçivəsində tərəfdaşlıq edirlər.

Əlbəttə, yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Əminəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

- Əfqan müəllim! Bu dəfəki səfər ötən səfərlərdən hansı çalarları ilə fərqlənirdi ?

- Bir məqamı xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycan, Ukrayna münasibətlərinin inkişafına daima xüsusi diqqət ayırır. Bu baxımdan dövlət başçımızın Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli iqtisadi, siyasi münasibətlərin inkişafina, səmərəli töhvələr vermişdir.

Ötən səfərlərdən fərqli olaraq, bu dəfə əsas müzakirə obyekti kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına yönəlmişdi. Bildiyiniz kimi, bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək üçün dost və qardaş ölkənin aqrar sektorunda əsaslı mövqe əldə etmək strategiyasını reallaşdırır. Bu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik qərardır. Əminəm ki, Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin, Azərbaycan isə Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkələrə çevriləcəklər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında mövcud olan ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 150-dən çox dövlət, hökumət və qurumlararası müqavilə, saziş və digər sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış yeni müqavilələr isə dövlətlərimiz arasındakı hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayacaq.

Bu səfərin əsas özəlliklərindən biridə, Azərbaycanla Ukrayna arasında müştərək istehsal müəssisələrinin yaradılması, biznes mühitinin təkmilləşdirilməsi məsələlərinin gündəliyə salınması idi. Bu sahədə ciddi addımlar atıldı. Səfər başa çatdıqdan sonra Ukraynanın Xarkov, Dnepropetrovsk, Poltava, Çerniqov, Zaporojye və digər vilayətlərində fəaliyyət göstərən fabrik, zavod və bir sıra istehsal müəssisələrinin rəhbərləri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğuna müraciət edərək Azərbaycanla iş birliyinə maraq göstərdiklərini, xüsusən də işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən investisiya layihələrinə qoşulmağa hazır olduqlarını bildirirlər.

Səfər zamanı istər Asərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İstərsədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfranslarında dönə-dönə qeyd etdilərki, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələr kimi bütün sferalarda daima bir-birinə dəstək verəcək, ikitərəfli iqtisadi, siyasi əlaqələrin dahada inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklə.

- Bölgədə cərəyan edən geosiyasi hadisələrin fonunda bu səfər Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

- Bu səfər Azərbaycan Ukrayna münasibətləri ilə yanaşı region ölkələrlə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhvələr verəcək. Məlumdur ki, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasında yaxından iştirak edir. Ötən 25 il müddətində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənəcək. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkələrimizi bir birinə daha six bağlayacaq.

Möhsüm Qədiroğlu
“Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.
Rusiyaya münasibətdə özümüzü “tankın altına” atmamalıyıqAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la apardığı danışıqlar müsbət nəticələr vermədi. Necə düşünürsünüz, Rusiya Ukraynanı işğal edə bilərmi? Keçmiş sovet respublikalarının NATO-ya üzv qəbul edilməməsinə dair Rusiyanın tələbi BMT Nizamnaməsinə nə qədər uyğundur?

- BMT Nizamnaməsinə görə hər bir dövlət təhlükəsizliyini və xarici təcavüzə qarşı müdafiəsini təkbaşına və başqaları ilə birlikdə həyata keçirə bilər. Amma kimdir beynəlxalq hüquqa əhəmiyyət verən? Karib böhranı kimi tarixdə qalan, 1962-ci ilin oktyabırında ABŞ-la SSRİ arasında az qala nüvə müharibəsinə səbəb ola biləcək hadisələr nəyi özündə ehtiva edirdi? ABŞ təhlükəsizliyini əsas gətirərək Kubanı gəmilərlə mühasirəyə aldı və SSRİ-dən tələb etdi ki, Kubaya yerləşdirdiyi nüvə başlıqlı ballistik raketlərini oradan çıxarsın. Sonda razılaşdılar ki, SSRİ Kubadan, ABŞ isə Türkiyə və İtaliyadan nüvə silahlarını çıxarır, ABŞ Kubanı işğal etməyəcəyinə təminat verir. Beləliklə də bu razılaşma ilə dünya böyük bir fəlakətdən qurtuldu. Təqribən o vaxt ABŞ-ın etdiyini indi Rusiya edir. O zaman nüvə müharibəsi təhlükəsi yeni müharibənin qarşısını aldı. Onda da BMT var idi, amma o nəyi həll etdi?

Beynəlxalq hüquq, beynəlxalq öhdəliklər müasir dövrdə ciddi əhəmiyyət daşımır. Böyük nüvə dövlətləri nə vaxt nəyi özləri üçün məqsədəuyğun hesab edirlərsə onu da edirlər. Beynəlxalq hüquq normalarını da öz maraqlarına uyğun tərtib edirlər. Məsələn, “Nüvə silahının yayılmaması haqqqında” 1968-ci ildə beynəlxalq müqavilə imzalandı, 1970 -ci ildə qüvvəyə mindi, 1995-ci ildə müddətsiz olaraq uzadıldı. 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya bu müqaviləyə istinad edib Ukraynadan nüvə silahlarını təhvil verməyi tələb etdi. Onlar bunun qarşılığında Budapeştdə memorandum imzalayıb Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. İndi aldadılmış Ukraynanın vəziyyəti göz qabağındadır. Bu gün də digər dövlətlərlə istədikləri kimi davrana bilmələri üçün “Nüvə silahlarının qadağan olunmasına dair” 2017-ci il müqaviləsinə BMT TŞ-nın nüvə silahına sahib olan beş daimi üzvü qoşulmur. Amma başqa ölkələri nüvə silahı yaradacağı halda sanksiyalarla, hərbi güc tətbiq etməklə hədələyirlər. Niyə Fransanın nüvə silahı ola bilər, amma ondan böyük Türkiyənin ola bilməz?

Beynəlxalq hüquq hansısa böyük dövlətin marağına uyğun olanda yada düşür. Əks halda o heç bir dövlətə təhlükəsizlik təminatı vermir, Ukraynaya vermədiyi kimi. Müasir dünyada dövlətlər öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz orduları və müttəfiqləri ilə təmin edə bilərlər. Biz öz təcrübəmizdən bunu yaxşı bilirik. Ümid edirəm, yenə də ABŞ-la Rusiya arasında hansısa gizli razılaşma böyük müharibədən yayınmağa imkan verəcək. Çünki müharibə olacağı təqdirdə nüvə silahının tətbiq olunmayacağına heç kim təminat verə bilməz. Həm də iki slavyan xalqı arasında böyük müharibə nəticəsi proqnozlaşdırıla bilməyən böyük fəlakətlərə yol aça bilər.



Axar.azAZRUENآذ


Rusiyaya münasibətdə özümüzü “tankın altına” atmamalıyıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın təhlükəsizlik məsələləri ilə əlaqədar ABŞ-la apardığı danışıqlar müsbət nəticələr vermədi. Necə düşünürsünüz, Rusiya Ukraynanı işğal edə bilərmi? Keçmiş sovet respublikalarının NATO-ya üzv qəbul edilməməsinə dair Rusiyanın tələbi BMT Nizamnaməsinə nə qədər uyğundur?

- BMT Nizamnaməsinə görə hər bir dövlət təhlükəsizliyini və xarici təcavüzə qarşı müdafiəsini təkbaşına və başqaları ilə birlikdə həyata keçirə bilər. Amma kimdir beynəlxalq hüquqa əhəmiyyət verən? Karib böhranı kimi tarixdə qalan, 1962-ci ilin oktyabırında ABŞ-la SSRİ arasında az qala nüvə müharibəsinə səbəb ola biləcək hadisələr nəyi özündə ehtiva edirdi? ABŞ təhlükəsizliyini əsas gətirərək Kubanı gəmilərlə mühasirəyə aldı və SSRİ-dən tələb etdi ki, Kubaya yerləşdirdiyi nüvə başlıqlı ballistik raketlərini oradan çıxarsın. Sonda razılaşdılar ki, SSRİ Kubadan, ABŞ isə Türkiyə və İtaliyadan nüvə silahlarını çıxarır, ABŞ Kubanı işğal etməyəcəyinə təminat verir. Beləliklə də bu razılaşma ilə dünya böyük bir fəlakətdən qurtuldu. Təqribən o vaxt ABŞ-ın etdiyini indi Rusiya edir. O zaman nüvə müharibəsi təhlükəsi yeni müharibənin qarşısını aldı. Onda da BMT var idi, amma o nəyi həll etdi?

Beynəlxalq hüquq, beynəlxalq öhdəliklər müasir dövrdə ciddi əhəmiyyət daşımır. Böyük nüvə dövlətləri nə vaxt nəyi özləri üçün məqsədəuyğun hesab edirlərsə onu da edirlər. Beynəlxalq hüquq normalarını da öz maraqlarına uyğun tərtib edirlər. Məsələn, “Nüvə silahının yayılmaması haqqqında” 1968-ci ildə beynəlxalq müqavilə imzalandı, 1970 -ci ildə qüvvəyə mindi, 1995-ci ildə müddətsiz olaraq uzadıldı. 1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya bu müqaviləyə istinad edib Ukraynadan nüvə silahlarını təhvil verməyi tələb etdi. Onlar bunun qarşılığında Budapeştdə memorandum imzalayıb Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. İndi aldadılmış Ukraynanın vəziyyəti göz qabağındadır. Bu gün də digər dövlətlərlə istədikləri kimi davrana bilmələri üçün “Nüvə silahlarının qadağan olunmasına dair” 2017-ci il müqaviləsinə BMT TŞ-nın nüvə silahına sahib olan beş daimi üzvü qoşulmur. Amma başqa ölkələri nüvə silahı yaradacağı halda sanksiyalarla, hərbi güc tətbiq etməklə hədələyirlər. Niyə Fransanın nüvə silahı ola bilər, amma ondan böyük Türkiyənin ola bilməz?

Beynəlxalq hüquq hansısa böyük dövlətin marağına uyğun olanda yada düşür. Əks halda o heç bir dövlətə təhlükəsizlik təminatı vermir, Ukraynaya vermədiyi kimi. Müasir dünyada dövlətlər öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz orduları və müttəfiqləri ilə təmin edə bilərlər. Biz öz təcrübəmizdən bunu yaxşı bilirik. Ümid edirəm, yenə də ABŞ-la Rusiya arasında hansısa gizli razılaşma böyük müharibədən yayınmağa imkan verəcək. Çünki müharibə olacağı təqdirdə nüvə silahının tətbiq olunmayacağına heç kim təminat verə bilməz. Həm də iki slavyan xalqı arasında böyük müharibə nəticəsi proqnozlaşdırıla bilməyən böyük fəlakətlərə yol aça bilər.

- Azərbaycan cəmiyyətində Rusiyaya yönələn tənqidləri ədalətli sayırsınızmı?

- Haqlı tənqidlər də var, ifrata varanlar da. Ehtiyac olanda mən də tənqid edirəm. Rusiyaya yönəlik bəzi tənqidlər isə qərəzlidir. Rusiya siyasi elitasında müxtəlif maraqlara, o cümlədən Qərbdəki ermənipərəst dairələrə xidmət edən, “SSRİ-ni bərpa etmək lazımdır” deməklə keçmiş ittifaq respublikaları ilə Rusiya arasında münasibətləri gərginləşdirmək istəyən adamlar mövcuddur. Rusiyanın Qazaxıstana qoşun göndərməsi ciddi səhv idi. Yaxşı ki, tez aradan qaldırdılar. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə mane olmamalıdır. Rusiya siyasi elitası düşünməlidir ki, niyə əksər Avropa ölkələri Avropa İttifaqına üzv olmaq üçün illərlə yalvarır, amma daha zəngin ölkə olan Rusiya ilə birlikdə olmaq istəmir? Rusiya Avrasiya məkənında xoş niyyətlə yeni təhlükəsizlik və iqtisadi məkan yaratmaq istəyirsə, SSRİ-nin bərpası kimi qeyri-real yeni ittifaq dövləti iddialarını dilinə gətirməməli, hüquqi dövlət quruculuğu istiqamətində islahatları genişləndirib daha cəlbedici dövlət qurmaq, daha real olan, Türkiyənin də qatıldığı Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları Birliyinin yaranması barədə düşünməlidir. Biz Rusiyanın Azərbaycana yönəlik siyasətində müsbətə doğru dəyişiklikləri də görüb qiymətləndirməyi bacarmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasında bu müsbət dəyişikliyin müstəsna rolu olmuşdur. Kimin nə deməsindən asılı olmayaraq, normal təfəkkür prosesinə malik hər kəs bunu başa düşür.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiyada da Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyən insanlar var. Bizdə Rusiya əleyhinə olanlardan daha çoxdur. Rusiya çoxmillətli, mürəkkəb bir ölkədir. Hamı fikirləşsin ki, biz rusların imkanlarına malik olsaydıq necə davranardıq. Mən bunu Rusiyanı müdafiə etmək üçün demirəm, sadəcə hansı böyük dövlət öz qonşuluğunda baş verən proseslərə biganədir? Bu gün qardaş Türkiyə öz sərhədlərində, İraqda, Suriyada, Liviyada, Aralıq dənizi hövzəsində baş verənlərə biganədirmi? Özü NATO üzvü olsa da gərgin münasibətlərdə olduğu qonşusu, digər NATO üzvü olan Yunanıstana ABŞ-ın silah yığmasından narahatçılığını ifadə etmirmi? Biz buna görə Türkiyəni qınayırıqmı, yox! Rusiyaya SSRİ-nin dağılmasından sonra təhlükəsizlik təminatı və bəzi məsələlərə yeni baxışın yaranması üçün zaman, müəyyən mənada nəsil dəyişməsi lazımdır. Biz bunu nəzərə alıb 90-cı illərdə olduğu kimi özümüzü “tankın altına” atmamalı, Rusiya ilə etimadlı münasibətlər qurmaqla əlaqələrimizi inkişaf etdirməkdə davam etməli, dövlətimizin təhlükəsizliyini təmin etməliyik. Rusiya əmin olmalıdır ki, biz Qarabağ üzərində suverenliyimizi bərpa edəndən beş il sonra siyasətimizi dəyişməyəcəyik. Bu təminatı isə hər hansı hökumət yox, xalqmız öz münasibəti ilə verə bilər. Ona görə Azərbaycanda Rusiya əleyhinə düşmənçilik siyasəti aparanları təqdir etmirəm. Bu cür davranış Azərbaycanın dövlət maraqlarına cavab vermir. Onu da nəzərə almalıyıq ki, saqqallı, “bəxtiyar” uşaqların prezident, hökumət üzvləri, deputatlar haqqında nə deməsindən, hansı şantajlara əl atmasından asılı olmayaraq, Rusiya Azərbaycan kəndlisi, fermeri üçün böyük bazar, milyonlarla soydaşımız üçün həm də iş-dolanışıq yeridir.
"Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir"Yazıçı-jurnalist, Prezident təqaüdçüsü, Türkiyənin Qazi universitetinin doktorantı Şəhla Aslanın "OLAYLAR"-a müsahibə verib. O, qardaş ölkənin təhsil sisteminin üstünlüklərindən, eləcə də xarici ölkə gənclərinin Türkiyənin ali təhsil ocaqlarına olan marağından danışıb.

-Şəhla xanım, bildiyimiz kimi siz hazırda Qazi Universitetində doktrantura təhsili alırsınız. Ümumiyyətlə, qardaş ölkənin təhsil sisteminə kifayət qədər bələd olan, bu sahə ilə bağlı müxtəlif layihələrdə iştirak edən həmvətənlərimizdənsiniz. Bizim üçün maraqlıdır, azərbaycanlı gənclər hansı özəliklərdən, üstünlüklərdən dolayı daha çox Türkiyə universitetlərində təhsil almağa üstünlük verirlər?

-Türkiyədə təhsilin üstünlükləri çoxdur. İki ölkə arasındakı dil yaxınlığı, təqaüd imkanları, təhsilə sərf olunan xərc, viza probleminin olmaması və s. bu kimi səbəblər təhsil almaq üçün tələbələri cəlb edə bilir. Məsafəcə Azərbaycana yaxın olması, təhsil haqqının digər ölkələrə nisbətdə daha aşağı olması Türkiyədə təhsilin digər üstünlüklərindəndir. Onu da deyim ki, Türkiyədə tələbələrə özəl münasibət var. Universitetlərdə təhsilin yüksək səviyyədə savadlı və peşəkar pedaqoqlar tərəfindən müasir texnologiya və avadanlıqlar vasitəsilə tədris olunması, inkişaf etmiş infrastruktur, yeməkxanalarda güzəştli menyular, kampuslarda fasiləsiz internet xidməti, zəngin kitabxanalar, ictimai nəqliyyatda, alış-verişlərdə tələbə endirimləri gəncləri Türkiyədə təhsil almağa sövq edir.

Digər tərəfdən, hazırda Türkiyə xarici tələbə sayına görə dünyada ilk 10-luqdadır; Burada xarici ölkələrdən iki yüz mindən çox tələbə təhsil alır. Türkiyənin qabaqcıl universitetləri tələbələrə sərfəli təcrübə proqramları təklif edən müxtəlif təşkilatlar, şirkətlərlə əməkdaşlıq edir ki, nəticədə tələbənin təhsil alarkən belə potensial işəgötürən tapa bilmə şansı olur. Bu da digər bir önəmli səbəb ola bilər.

-Bəzən gəclərimiz Türkiyədə universitetə daxil olduqdan sonra orada oxumağa çətinlik çəkirlər. Bu onu deməyə əsas verirmi ki, Türkiyədə ali təhsil almaq o qədər də asan deyil və kifayət qədər məsuliyyət tələb edir?

-Əlbəttə, Türkiyə təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Çətindirmi? - Bu tələbəyə görə dəyişir. Məsuliyyət? - Əlbəttə, təhsil almaq ciddi məsələdir.

Ümumiyyətlə, xaricə təhsil almaq üçün gedən tələbənin cəlb olunduğu sosial və akademik mühitə alışma prosesində problemlərlə üzləşəcəyi gözləniləndir. Bunlardan bəziləri özünü yad hissetmə, sosial və mənəvi dəyərlərdəki ziddiyyətlər, təhsil sisteminə adaptasiyada yaşanan çətinliklərdir. Bəzi tələbələr təhsillə yanaşı gündəlik həyatda da bir çox çətinliklərlə qarşılaşırlar; Ünsiyyət qurmada, maddi məsələlərdə və s. Tələbənin iqtisadi vəziyyəti və gündəlik ehtiyaclarını ödəməkdə qarşılaşdığı çətinliklər digər problem kimi qarşıya çıxır. Türkiyədə xarici tələbələrin qanuni iş icazəsi yoxdur. İşləməyən, ailələrinin dəstəyi ilə təhsillərini davam etdirən bir çox tələbələr bir müddət sonra yaşayış, nəqliyyat, səhiyyə, təhsil və s. xərclərinin öhdəsindən gələ bilmirlər. Bu vəziyyət göstərir ki, xaricdə təhsil almağa gedən tələbələr təhsildə müvəffəqiyyətli olmaq üçün yaşadıqları ölkənin təhsil sistemi, mədəniyyəti, həyat tərzi haqqında o ölkəyə getmədən öncə ciddi araşdırmalıdır.

Ayrıca, ailə və vətən həsrəti kimi müxtəlif səbəblər də var. Bir qisim həssas tələbələr ailəsindən, vətənindən ayrı qalmağa dözə bilmirlər. Gender baxımından, daha çox qız tələbələrin, yaş qruplarına görə isə 18-21 yaş qrupunda olan tələbələrin bu mövzuda daha çox problem yaşadığına rast gəlinir.

Qeyd etmək lazımdır ki, ənənəvi təhsil anlayışının üstünlük təşkil etdiyi sistemlərdə tələbələr sinifdə sual verməyə, sərbəst öyrənməyə və müstəqil araşdırma aparmağa həvəsləndirilmir. Tələbə səssiz və dinləyici mövqedə olur. Tələbəylə müəllim arasında formal bir ünsiyyət olur. Türkiyə təhsil sistemində isə müəllimlərlə aktiv ünsiyyət, ev tapşırıqları, hesabatlar, təqdimatlar və sinifdə mövzulara dair müzakirədə aktiv iştirak akademik uğur əldə etmək üçün ciddi əhəmiyyət kəsb edir.

Təəssüf ki, qeyd etdiyiniz təhsilini yarıda buraxan tələbə qrupu Azərbaycanda alışdıqları "təhsil alma qaydaları"ından kənara çıxa bilmirlər ki, bu da təhsillərini uğurlu şəkildə başa çatdırmalarına ciddi maneə olur. Türkiyədə müəllimlər tələbələrdən məhsuldarlıq, ciddi çalışmalar etmək tələb edirlər. Bir qrup tələbələr bu vəziyyət qarşısında aciz qalırlar. Tədqiqat bacarıqsızlığı, akademik dilin zəif olması, Türkcə elmi terminlərinin başa düşülməməsi tələbələr tərəfindən mühüm problem kimi qəbul edilən digər elementlərdən biridir. Bu mənada, azərbaycanlı tələbələrin aldıqları türkcə dil kursları akademik təhsildə uğurlu olmağa kifayət etmir. Yuxarıda qeyd etdiyim sahələrdə bakalavr tələbələri daha çox çətinlik çəkirlər. Magist və doktorantlar nisbətən az problem yaşayırlar. Onların təməl bilikləri və yaş baxımından daha yetkin olmaları özlərini daha yaxşı ifadə etməyə imkan verdiyini söyləmək olar.

-Təxminən qardaş ölkədə nə qədər azərbaycanlı tələbə təhsil alır, bu barədə bilginiz varmı?

-Türkiyədə təqribən 200 min xarici tələbə təhsil alır. Burada say çoxluğuna görə, birinci yerdə suriyalı tələbələr 27 min 34, ikinci yerdə azərbaycanlı tələbələr 19 min 383 gəlir. Qeyd edim ki, bu 2019-cu il statistikasıdır. Hazırda bu rəqəmin bir az daha yüksək olduğunu güman edirəm.

- Yuxarıda qeyd etdiyimiz kimi siz uzun illərdir ki, qardaş ölkənin təhsil sahəsindəsiniz, doktrantura təhsili alırsınız, eyni zamanda təhsillə bağlı müxtəlif layihələrdə iştirak edirsiniz. Türkiyədə təhsil almaq istəyində, arzusunda olan gənclərimizə nələri tövsiyə edərdiniz, Türkiyədə ali təhsil almaq arzusunda olan gənclərimiz ilk mərhələdə hansı vacib addıları atmalı, prosedurlardan keçməlidirlər?

-Türkiyədə təhsil almağı düşünən tələbələr öncəliklə, büdcələrini dəqiq təyin etməli və oxumaq istədikləri universiteti dəqiq araşdırmalıdırlar. Doğru universitet seçimi təhsil almaq üçüb ən vacib qərardır. Universitetin reytinq göstəriciləri, yəni beynəlxalq tanınmışlıq dərəcəsi önəmli məsələdir. Tələbələr üçün yüksək ödəniş qarşılığında universitetlərdən "qəbul alan" xaricdə təhsil şirkətləri hər zaman uğurlu olmur. Tələbələr Türkiyəyə gəldikdən sonra ciddi problemlərlə üz-üzə qalırlar. Şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadırlar. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilir. Şirkət tərəfindən söylənilən şərtlərlə real şərtlər çox zaman fərqlidir. Tələbə dərslərə başlaya bilmir, arada vaxt da gedir, şirkətə ödənilən pul da. Texnologiyanın inkişaf etdiyi bir dövrdə universitetlər haqqında məlumat almaq, təhsil üçün müraciət etmək olduqca əlçatandır. Yaxşı olar ki, müraciətləri tələbələr özləri etsinlər. Kifayət qədər münasib qiymətli və təhsil haqqı aşağı olan əlverişli universitetlər var. Təhsil almaq üçün dərəcə, ixtisas və universitetin yerləşdiyi şəhər də önəmli faktordur. Bunlara əvvəlcədən diqqət etsinlər.

Magistratura və doktoranturaya müraciət edən tələbələr elmi araşdırma edə bilmək üçün mütləq şəkildə bir neçə xarici dil öyrənsinlər. Müxtəlif sahələrə uyğun ən yeni araşdırma məqalələri, jurnallar, kitablar xarici dildədir. Bunlardan xəbərdar olmayan araşdırmaçının çalışmaları ciddi hesab olunmur. Azərbaycanlı tələbələrin qarşılaşdıqları ən böyük problemlərdən biri də elə elm sahəsində qəbul olunan texniklərə uyğun məqalə, elmi iş yaza bilməməkdir. Çünki, bu haqda Azərbaycanda yetəri qədər bilgilərə sahib olmurlar. Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir. Tələbələr bu məsələdə Azərbaycan nümunəsini tamamilə unutmamalıdırlar. Əlbəttə ki, təqaüd imkanları da axtarılmalıdır. Bəzi təqaüd proqramları tam yəni, Türkiyədə olarkən bütün xərcləri, bəziləri isə qismən xərcləri qarşılayır. Bu kimi imkanlardan yararlanmaq faydalı olar. Yeri gəlmişkən, mən də doktorantura təhsilimi Türkiyə dövlətinin təqaüdü vasitəsiylə alıram. Dövlət təqaüdlərinə müraciət etmək istəyən tələbələrimizlə təcrübələrimi bölüşə bilərəm.

- Azərbaycanda bir qayda olaraq tələbələr ikinci kursdan sonra müxtəlif qurumlarda öz ixtisasları, yaxud başqa ixtisaslar üzrə işləməyə can atırlar və işləyirlər. Bəs, Türkiyədə necə, gənclər təhsildən sonra, yaxud təhsil aldıqları dönəmdə özlərinə iş tapa bilirlərmi?

-Türkiyədə müxtəlif dövlət qurumları və vakıflar ehtiyac sahibi tələbələrə özəl olaraq təqaüd verirlər. Tələbələr dövlət yataqxanalarında nisbətən münasib qiymətə qala bilir, pulsuz yeməklərdən qidalana bilirlər. İş məsələsinə gəldikdə, Türkiyə vətandaşı tələbələr (bakalavr və ya magistr, doktorant) eyni zamanda, təhsil aldıqları universitetin müxtəlif şöbələrində, dekanlıqlarda, kitabxanada, yeməkxanada və s. rəsmi qaydada part-time işləyə bilirlər. Tələbələrin 1 saatlıq zəhməti müqabilində hər il müəyyən edilmiş minimum əmək haqqının bir saatı civarında ödəniş alırlar. Bu ödəniş müəyyən düstur ilə hesablanır. Tələbələrin dərs davamiyyəti, ictimai fəaliyyəti nəzərə alınaraq universitetdə aylıq təqribən 60 saat işləyə bilirlər. İşləyən tələbələr dövlətdən aldıqları təqaüddən və ailələrinin onlara verdiyi imkanlardan məhrum edilmirlər. Bundan əlavə, tələbələrin universitetdən kənar müxtəlif iş yerlərində də işləmə, ixtisaslarına uyğun təcrübə keçmək imkanları olur. Təcrübə zamanı da onlara müəyyən qədər maaş verilir.

- Pandemiya dövrü qardaş ölkədə ali təhsil sisteminə nə dərəcədə mənfi təsir göstərib?

-Məlumdur ki, 2020-ci ilin ən böyük fəlakəti bütün dünya üçün COVİD-19 adlı pandemiya virusu oldu. Bütün dünya kabus yaşadı, bir çox ölkədə səhiyyə sistemilə yanaşı təhsil sistemi də çökdü. Pandemiya dövründə Türkiyə dövlətində təhsil sahəsinin daha az zərər görməsi üçün ilk günlərdən başlayaraq müəyyən tədbirlər həyata keçirildi. İlk növbədə təhsil müəssisələri mərhələli şəkildə bağlandı və distant təhsilə başlandı. Televiziya kanalları vasitəsilə orta məktəb şagirdlərini təhsildən kənarda tutmamağa səy göstərildi. Qısa müddət ərzində həm distant, həm də üzbəüz təhsildə hibrid metod tətbiq etməyə başlandı. Daha sonra tamamilə distant təhsilə start verildi. Koronavirus epidemiyası bütün ölkələrə təhsildə rəqəmsallaşmanın nə qədər vacib olduğunu göstərdi. Bu mənada, distant təhsil tətbiqlərində internetdən istifadə edən fərdlərin əhaliyə nisbəti daha vacib məsələ kimi ortaya çıxdı. Məsələn, Türkiyədə bu nisbət 90,7% təşkil edir. Bu hətta bir çox inkişaf etmiş ölkələrin göstəricilərindən yüksəkdir. Türkiyə universitetlərinin bir çoxunda distant təhsil fəaliyyətinin əlçatan olması üçün lazımi texniki infrastruktur bazası pandemiyadan öncə də mövcud idi. Buna görə də, pandemiya dövründə tədrisin davam etdirilməsində Türkiyəyə məxsus ciddi problemlər yaşanmadı. Sözsüz, pandemiya zamanı bütün dünya təhsil sahəsində yaşanan ümumi risklər Türkiyə təhsil sistemində var idi. Bunlardan birinci və ən mühüm olanı təhsildə imkan bərabərsizliklərin dərinləşməsi riski, ikincisi, uzun müddət təhsildən uzaq olan tələbələrdə baş verən öyrənmə itkisinin artması və nəhayət, məktəblə əlaqəsi azalmış şagirdlərin yenidən məktəbə qayıtması zamanı dərsdən yayınma və davamiyyətsizlik hallarının artması riskləri təhsil prosesinin ən böyük riskləri oldu.

-Bildiyimiz qədər siz doktrantura təhsili almaqla yanaşı, eyni zamanda qardaş ölkədə həm ictimai fəaliyyətlə, həm də jurnalist fəaliyyəti ilə məşğul olursunuz. Bir neçə fəaliyyətlə məşğul olmaq yorucu deyil və dərslərə, imtahanlara hazırlıq baxımından problemlər yaratmır?

-Türkiyədə doktorantura təhsili əsas iki mərhələdən ibarətdir. Rəsmi dərslərdə iştirak mərhələsi (təqribən 3 semestr) və elmi iş yazma mərhələsi. Mənim rəsmi dərslərim bitib, imtahanlarımı uğurlu şəkildə verdim, ikinci mərhələyə keçməyə haqq qazandım. Hazırda elmi iş yazıram, hər semestr sonu elmi işimin komissiya üzvlərinə - professorlara hesabatını verirəm. Bu mənim üçün o qədər də çətin olmur. Əsas iş mövzuya uygun ciddi araşdırma etmək və elmi işini mərhələli şəkildə dəqiq yazmaqdır. Bu baxımdan, düzgün planlaşdırma edərsənsə, digər fəaliyyətlərlə də məşğul olmağa zamanım qalır.

-Sirr deyilsə, qarşıdakı planlarınız, doktrantura təhsilini başa vurduqdan sonrakı hədəfləriniz nədən ibarətdir?

-Hazırda, elmi işimə dair araşdırmalar aparmaq fəaliyyətimin ən önəmli hisssəsidir. Elmi işimi uğurlu şəkildə müdafiə etdikdən sonra ixtisasıma uyğun (təhsilin idarəedilməsi) hər hansı bir qurumda çalışmaq, idarəediciliyə dair öyrəndiyim nəzəri biliklərimi praktikada tətbiq etmək niyyətindəyəm. Bununla yanaşı, jurnalistika fəaliyyətini davam etdirmək, yeni ədəbi-bədii əsərlərdən ibarət kitablar çap etdirmək hər zaman üçün aktualdır.

Süleyman İsmayılbəyli
"Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.

- Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə, vətəndaşlarımız qazanclarının 2/3-ni (üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq.

- Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?

- Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get hər hansı istehsal və emal müəssisəsinin açılması üçün aidiyyatı olan və olmayan dövlət orqanlarının tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de, onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.

- Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?

- Sosial şəbəkələrdə, Yutubda uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar, anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə, həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur. Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə "Silahlı Qüvvələr" Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür, Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat "ermənilər də ordudakı problemləri bilər" yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı.

Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa, günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların - mən əsgərləri bir kənara qoyuram - heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olaraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.

Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm, bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.

"Heç bir zaman heç kəsdən heç nə ummamışam, heç kəsdən də şikayətçi olmamışam"Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri Emin Əliyev telejurnal.az-a müsahibə verib.

- Artıq ili yekunlaşdırmaq üzrəyik. Bu il hamımız üçün olduqca gözlənilməz hadisələrlə yadda qaldı. İstərdim ki, sizin də fəaliyyətinizlə bağlı, oxucularımıza maraqlı bəzi məqamlara toxunasız.

- Mən də sizi salamlayıram, sizə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib millətimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Hesab edirəm ki, 2022-ci il sürətli inkişaf və Qarabağa Böyük Qayıdış ili kimi yaddaşlarda qalacaq.

- Zəhmət olmazsa öncə öz ictimai fəaliyyətinizlə bağlı qısa məlumat verərdiniz. 2021-ci il sizin fəaliyyətinizə necə təsir etdi?

- 2020 və 2021-ci il bütün dünya üçün ağır bir dövr oldu. COVİD-19 pandemiyası demək olar ki, bütün sahələrə zərər vurdu. Təsisçisi olduğum “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin fəaliyyət sahəsi isə birbaşa sağlam qidalanma, ekoloji təmiz məhsul istehsalı, ekoloji təmiz texnologiyaların tətbiqi, sağlam ətraf mühit, iqlim dəyişiklikləri və ekoloji balansın qorunması sahəsi ilə bağlı olduğu üçün demək olar ki, dayanmadıq. Şəkidə 3000 ağacdan ibarət “Zəfər bağı”, Zəngilanda 200 ağaclıq meyvə bağının salınması layihəsini icra etdik. Azad edilmiş ərazilərimizin iqtisadi potensialının qiymətləndirilməsi və ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində, o cümlədən yaşıl iqtisadi sistemlər və yaşıl artım istiqamətlərində araşdırmalar apardıq və müvafiq orqanlara təkliflər verdik və bu gün də bu istiqamətdə fəaliyyətimiz davam edir. 30 il ərzində adı ancaq müharibə, insan tələfatı və neqativliklərlə hallanan Qarabağın öz adına yaraşan bir markasının olmasını arzu edirik. Biz “Organic Karabakh” markasının yaradılması və bu adın yayılması istiqamətində səylərimizi davam etdiririk. 2021-ci il ərzində həm dövlət, həm də özəl media orqanlarında, qəzetlərdə və televiziya kanallarında bu markanın təbliğatını aparmışıq. 2022-ci il üçün təsdiq etdiyimiz tədbirlər planına uyğun olaraq bu cür tədbirlərin miqyasını və iştirakçı tərkibini daha da genişləndirəcəyik. Dövlət başçısı cənab İlham Əliyev Qarabağı yaşıl iqtisadi zonaya çevirmək və dünyaya təqdim etmək üçün tədbirlərin görülməsi istiqamətində fərman və sərəncamlar imzalayır. Dekabrın 10-da cənab Prezident tərəfindən imzalanmış “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamın 1.6-cı bəndi məhz bizim arzu etdiyimiz sahələrin inkişafını özündə ehtiva edir. Biz bu məsələdə dövlət orqanları ilə sıx işləməyə hazırıq və bundan sonra da əlimizdən gələni edəcəyik.

- Yeri gəlmişkən, Qarabağ zəfərimizin 1 ili tamam oldu. Bu bir il ərzində sizcə ictimaiyyət nümayəndələri Qarabağda kifayət qədər uğurlu fəaliyyət göstərə bildilərmi?

- Vətəndaş cəmiyyətinin nümayəndələri xaraktercə sərbəst, çevik və bürokratiyadan uzaq şəxslər olurlar. Düşünürəm ki, Vətən müharibəsi dövründə ictimai birliklər öz ölçüsü, intellekti və beynəlxalq əlaqələri çərçivəsində kifayət qədər aktiv oldular. Müharibədən sonra da aktivliklərini qoruyub saxlamağa çalışdılar. Nəzərə alsaq ki, ictimai birliklər də pandemiya dövründə ən çox zərər çəkənlərdən olmuşlar, o zaman onların fədakarlıqlarını qiymətləndirməmək ədalətsizlik olar. Eyni zamanda müvafiq dövlət orqanlarının təşkilatçılığı ilə ictimai fəal şəxslərin azad edilmiş ərazilərə səfərləri təşkil edildi və onlar öz gözləri ilə Qarabağın təbii gözəlliyi və erməni vəhşiliyinin tandeminin şahidi oldular. Bu səfərlər eyni zamanda ictimai birliklərə şərait yaratdı ki, gələcəkdə layihələr hazırlayarkən Qarabağın dirçəlişi istiqamətində tədbirlərə üstünlük versinlər. Onu da deyim ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni imic və dürüst kollektiv ilə aktiv işləməyə başlayıb. Çox çətin bir məqamda qrant müsabiqəsi elan edildi və bu qrant müsabiqəsində 415 QHT-nin layihəsi qalib seçildi. Amma gərək onu da əlavə edim ki, milli QHT-lərimizin keyfiyyət göstəriciləri o qədər də ürəkaçan səviyyədə deyil. Onların çox az bir qisminin beynəlxalq əlaqələri var. Düşünürəm ki, bundan sonrakı dövrdə ictimai birliklərin keyfiyyət göstəricilərinin qalxması, beynəlxalq layihələrin icrası və sadəcə Azərbaycanda deyil, xarici ölkələrdə də layihələrin icrası təcrübələrini əldə etməsi üçün də tədbirlər görüləcəkdir.

- Emin müəllim, mümkünsə bizə bir az da sahibkarlıq fəaliyyətiniz barədə danışın. Adətən sahibkarlar üçün sosial layihələr sadəcə PR məqsədi daşıyır. Siz də bunları PR üçünmü edirsiniz?

- Mənim sahibkarlıq fəaliyyətim çoxşaxəlidir. Aqrar idarəetmə, biznes təlimlər, fərdi məsləhət xidmətləri, layihə menecmenti və s. sahələr mənim sahibkarlıq fəaliyyətimin komponentlərindəndirlər. Çox yaxşı bir komanda formalaşdırmağa nail olmuşam. Ölkəmizin demək olar ki, bütün rayonlarında layihələr icra etmişik. İndi bu qədər iş görəsən və bunu heç kəsə göstərməyəsən, bu ədalətli olmaz axı! (gülür). Təbii ki, görülmüş işlərin ictimaiyyətlə paylaşılması da həmin işlərin tərkib hissəsidir. İlkin səbəb budur ki, biz sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və təbii olaraq, göstərdiyimiz xidmətlərin əhatə dairəsinin genişlənməsi və daha çox layihələr icra etmək üçün çalışırıq. Buna görə biz öz fəaliyyətlərimiz barədə ictimaiyyətə müxtəlif kateqoriyalı təqdimatlar, sizin dediyiniz kimi “PR-lar edirik”. Bundan başqa görülmüş işlərin PR-ı bu sahəyə diqqətin yönəldilməsi və daha geniş miqyasda maraqlı tərəflərin cəlb edilməsinə də xidmət edir. Unutmayın, PR, olmayan şeyi varmış kimi göstərmək üçün deyil, olan şeyi ictimaiyyətə, izləyiciyə xoş gələcək şəkildə təqdim etmək üçündür. Onu da qeyd edim ki, müasir dövrün trendlərindən biri də sosial sahibkarlığın və korporativ sosial məsuliyyətin də tələblərinə müvafiq görülmüş işləri təqdim etmək öhdəliyidir. Biz bugünədək yuxarıda qeyd etdiyim çərçivələrdən kənara çıxmamışıq.

- Əgər yanılmıramsa siz mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə sıx təmaslarda olursunuz. Bu sahədəki işinizdə nə kimi çətinliklər və mənfi məqamlarla rastlaşmısınız?

- Ölkəmizdə son dövrlərdə yaradılmış dövlət orqanları içərisində ən uğurlu fəaliyyət göstərənlərdən biri də Kiçik və Orta Biznesin İnkişaf Agentliyidir. Onların fəaliyyəti nəticəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət istiqamətdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi yaranmışdır. Kəmiyyət dəyişkliyinin özü də müasir Azərbaycanın iqtisadi sistemində əhəmiyyətli rol oynayır. Çünki bir çox sahələrdə sahibkarlıqla məşğul olan şəxslər dövləq qeydiyyatından, dolayısı ilə vergi öhdəliklərindən yayınaraq fəaliyyət göstərirdilər. KOBİA-nın uğurlu layihəsi olan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzlərinin məsləhət xidmətləri, təlimləri və ümumiyyətlə bu sahədə göstərdiyi xidmətlər nəticəsində sahibkarlar vergi orqanları ilə sıx əməkdaşlıq etməyə və qazandıqları puldan da vergilər ödəməyə başlamışdırlar. Bu istiqamətdə bizim də hər hansı bir rolumuzun olması yeni uğurlar üçün bizi həvəsləndirir. Təbii ki, bu proseslər asan başa gəlmir. Biz ölkəmizin ən ucqar rayonları da daxil olmaqla hər bir yerində fəaliyyət göstəririk. Əlbəttə ki, bu regional müxtəlifliklər intellektual fərqlilikləri də özündə ehtiva edir. Amma fəaliyyət göstərdiyimiz bölgələrdə yaradılmasında və inkişaf etdirilməsində iştirak etdiyimiz sahibkarlıq subyektlərinin xeyir-duaları bütün çətinlikləri və narahatlıqları unutdurur.

- Siz, səhv xatırlamıramsa, parlament seçkilərində də aktiv iştirak etmişdiniz. Özü də onu deməliyəm ki, kifayət qədər fərqli və səliqəli bir seçki kampaniyası aparmışdınız. O ərəfədə "müəmmalı şəkildə" işinizdən də ayrıldığınızı demişdiniz. Önümüzdəki illərdə yenidən parlament seçkilərində iştirak etmək fikriniz varmı?

- Seçki prosesi həyatımın ən maraqlı dövrü idi. Keyfiyyətli komanda ilə keyfiyyətli bir təbliğat və təşviqat işləri apardıq. Seçki dövründə baş verən hadisələr, sizin də qeyd etdiyiniz kimi “müəmmalı şəkildə baş verənlər” isə mənlə qəbrə gedəcək! (gülür). Heç bir zaman heç kəsdən heç nə ummamışam, heç kəsdən də şikayətçi olmamışam. 40 il bu cür yaşamış bir insan olaraq, bundan sonra da xarakter dəyişikliyi göstərəcəyimə inanmıram. Mən “2020-ci il parlament seçkiləri” dəftərini bağlamışam. Qarşıda Qarabağın dirçəlişi ilə bağlı layihələr var. “Millət vəkili” adı bir insan üçün çox böyük bir addır, kim o ada layiq olmaq və onu əldə etmək istəməz ki?! Gələcəkdə nə baş verəcəyini bilməməklə yanaşı, bildiyim bir məsələ var ki, harada xidmət etmək, fayda vermək varsa, Emin Əliyev də orada olacaqdır! Vəssalam!

- Son sualımızı soruşum, sonra sizinlə sağollaşaq. Öz fəaliyyətinizi faizlə qiymətləndirəsi olsanız, bu ili neçə faiz uğurla yerinə yetirdiyinizi düşünərdiniz? Və gələn il üçün əsas hədəfləriniz nələrdir?

- Biz biznes fəaliyyətimizlə bağlı bu ili “Öhdəliklərin ödənməsi və inkişaf ili” elan etmişdik. Pandemiyanın və onun nəticəsində xüsusi karantin rejiminin sərt tələbləri dövründə evdə oturarkən belə bir dəqiqə dayanmadıq. Çalışdıq, post-pandemiya dövrü üçün planlar qurduq, layihələr hazırladıq. Qaydalar yumşaldıqca biz də planlarımızı icra etməyə başladıq və düşünürəm ki, nəticə, təxminən 70% uğur oldu. Belə də ki, hələ ilin sonuna bir neçə gün qalıb, bilmək olmaz, nəticə dəyişə də bilər! (gülür).

- Çox sağ olun, Emin müəllim. Açıq deməliyəm ki, sizinlə həmsöhbət olmaq olduqca xoşdur. Redaksiyamız adından da, öz adımdan da sizə təşəkkür edirəm.

- Söhbəti düzgün quran sizsiniz deyə söhbət də maraqlı alınır. Sual düzgün qoyulanda cavab da ona mütənasib düzgün olur. Siz də çox sağ olun ki, fikirlərimizi ictimaiyyətə çatdırmaqda bizə öz qapılarınızı açdınız. Minnətdaram bir daha.
Deputat kazino təklifindən danışdı: Tərbiyəsiz kütbeyinlər...Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Baymedia”ya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, “Turizm haqqında” Qanununun müzakirəsi zamanı ölkəyə turist cəlb etmək üçün Zəngəzurda və “Böyük Zirə” adasında kazino açmaq təklifinizdən sonra bəzilərinin sanki əlinə bəhanə düşübmüş kimi, sizə qarşı bir kampaniya başlatdılar. Əlbəttə, bu dediklərimiz ədəb çərçivəsində fərli mövqe sərgiləyənlərə aid deyil. Bu barədə fikrinizi bilmək istərdik.

- Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız, görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim. Sözsüz ki, bura uçuş xərcləri də daxildir. Xidmət səviyyəsinin yüksəldilməsi, dünya elminə və mədəniyyətinə çıxış məqsədilə həm də ingilis dilinin ölkəmizdə geniş miqyasda tədris olunması, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinin zəruriliyini vurğulamışam. Vətəndaşlarımızın təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat (bu, müvafiq dövlət orqanı tərəfindən Milli Məclisə rəsmi təqdim olunmuş məlumatdı) pul uduzduğunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası (ŞKTR) olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə? Biz müharibədən çıxmışıq, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi üçün ölkəmizə pul lazımdır. Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır. Bu gün Razi Nurullayevin bir açıqlaması ilə tanış oldum. Həmin qaragüruha xitabən söyləyir ki, islamda sələmə pul verilməsi haramdır. Bəs niyə banklardan kredit götürürsünüz? Biz şəriət qanunları ilə yaşayan islam dövləti deyilik.

Mənim həmin gün qaldırdığım digər vacib məsələlər barədə susan bu üzdəniraq siyasi dələduzlar yapışıblar kazinodan. Halbuki həmin gün eyni vaxtda “Lotereyalar haqqında” Qanuna və Cinayət Məcəlləsinə birinci oxunuşda dəyişiklik edildi. Dəyişiklikyə əsasən, CM-nin 244-1-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı kimi təklif olunur. “Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirlərin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab olunur”.

Beləliklə, bundan sonra qanunlara uyğun olaraq, keçirilməyən istənilən mərc oyunu qumar oyunu hesab olunacaq. Bu günə qədər qumar oynamaq inzibati hüquqpozma hesab olunurdu və mənəviyyat əleyhinə yönələn xəta sayılırdı. Bundan sonra isə edilmiş dəyişikliyə, hüquqi məntiqə və hüquq düşüncəsinə görə qumar oynamaq lisenziyasız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iqtisadi fəaliyyət əleyhinə yönələn qanunpozuntusu kimi başa düşülməlidir və qanunvericilikdən “qumar oynama”, qumarxana təşkil etmə və saxlama “ictimai mənəviyyat əleyhinə yönələn xətalar və cinayətlər” kateqoriyasından çıxarılmalıdır. Bu məqsədlə müvafiq dəyişikliklər edilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti, yaxud Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıqlar “məsciddən” danışmaqdır.
“İlham Əliyev müdrikdir, ağıllıdır, uzaqgörəndir, təcrübəli liderdir”İsrail-Azərbaycan arasında dostluq münasibətləri getdikcə möhkəmlənir. İsrail bütün beynəlxalq tribunalarda Azərbaycanın haqq işini müdafiə edib, burada yaşayan yəhudilər Azərbaycanı öz vətənləri hesab edirlər. Bundan başqa Təl-Əviv hər zaman Azərbaycana dəstək verib, dövlətimizin müdafiə qabiliyyətinin artmasında mühüm rol oynayıb, eyni zamanda lobbiçilik dəstəyi verib. Sözsüz ki, iki dövlət arasında isti münasibətlər bəzilərinin narahatlığına səbəb olub. Lakin bu narahatlıq və narazılıq iki ölkə arasında münasibətlərə heç bir sərinlik gətirməyib.

İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbiçilik fəaliyyəti göstərən Barux Leviev “Xaql Cəbhəsi”nə verdiyi müsahibəsində iki ölkə arasında münasibətlərin bundan sonra daha çox və geniş formada inkişaf edəcəyini deyib.

- Azərbaycanın məlum qələbəsindən sonra Ermənistanın sülh müqaviləsini imzalamaqdan imtina etməsini necə qiymətləndirirsiniz?

- İlk növbədə, başa düşməli olduğunuz şeydən başlayacağam. Danışıqlar, mahiyyət etibarı ilə asan deyil. Tərəflərin bir növ qarşılıqlı razılığa gəlməsi və sonda bu və ya digər müqaviləni imzalaması üçün çoxlu amilləri nəzərə almaq lazımdır. Qafqaz-Xəzər regionu həmişə dünya siyasi elitasının diqqətini cəlb edib. Azərbaycan ordusunun parlaq qələbəsindən sonra rəsmi Bakı ölkədə baş verənləri yaxından izləyənlərin hörmət, bəzən də təəccübünü (bu sözün mənasını yaxşı başa düşməklə) qazandı. Ermənistan isə əksinədir. O, nəinki uduzdu, həm də rüsvayçılıq içində qaldı. Ermənistan əvvəldən axıra kimi bütün mövqelərdə sözün əsl mənasında uduzdu və hələ də itirməkdə davam edir. Bütün ali hakimiyyətin səlahiyyəti sadəcə olaraq ayaqlar altında tapdalanır. İqtisadiyyat çox aşağı səviyyədədir. Xarici siyasət uğursuzluğa düçar oldu. Hətta əvvəllər onlara dəstək və ya sevgi nümayiş etdirənlər də onlardan üz çevirdilər. Biz yəhudilər də buna nail olduq. Heç kim onlardan belə parlaq və aqressiv antisemit və anti-İsrail əhval-ruhiyyəsi gözləmirdi və mən şəxsən özüm antisemit hücumlara və hətta təhdidlərə məruz qaldım. Və belə çıxır ki... zəif, qorxaq və ağıllı olmayanda, əlavə olaraq, çox qəzəbli və həyasız olanda, avtomatik olaraq çoxlarının təsiri və asılılığı altına düşürsən.
Ümumiyyətlə, bütün Qafqaz regionuna qlobal miqyasda nəzər salsanız, istər qonşu, istərsə də uzaq dövlətlər arasında çoxlu sayda siyasi oyunçuları müşahidə edə bilərsiniz. İndi mövcud vəziyyətdən özlərinə faydalı nə isə qoparmağa çalışan bu məkrli maraqlar arasında manevr etmək Azərbaycan üçün asan deyil. Lakin prezident İlham Əliyev özünü itirməyərək bu vəziyyəti nəzarətdə saxlamağı bacarır. O, hər cür intriqa və tələlərdən məharətlə çıxır. O, ümumi dil tapmağı bacarır və mövzunu yaxşı bilir. Onu aldatmaq mümkün deyil. Çünki müdrikdir, ağıllıdır, uzaqgörəndir, təcrübəli liderdir. Doğrudan da, o, istedadlı siyasətçidir. Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması, işğalşı Ermənistanı diz çökdürməsi dediklərimə sübutdur. Sözün əsl mənasında pəncəyə düşən və artıq necə və kimə razı qalacağını bilməyən erməni tərəfi haqqında nə deyəsən... Harada yaxşı, harada pisdir. Ölkə rəhbərliyi bərbad vəziyyətdədir. Ermənistan indi küncə sıxışdırılıb. Bütün tərəfdən, o cümlədən Ermənistanın özündə də təzyiqlər var. Xalq qəzəblidir, vətənpərvərlik plintusdan aşağıdır, burada sevgidən, hansısa tolerantlıqdan söhbət gedə bilməz. Belə təzyiq altında düzgün qərarlar qəbul etmək, ağlabatan kompromislər etmək bir yana dursun, hər prezident belə bir situasiyaya müqavimət göstərə bilməyəcək. Və suala birbaşa cavab versək, Ermənistanın indi çox xəstə olduğunu deyə bilərik. Və bu vəziyyətdə, sadə bir səbəbə görə bir şey imzalaya biləcəyini düşünmürəm - o, sadəcə əlini qaldırmayacaq. Eyni şəkildə, yorğun olaraq yataqda yatan bir xəstə olduğu kimi. Mən heç bir şəkildə lovğalanmıram. Əksinə, məni çox incidir və ona baxmaq mənim üçün xoş deyil. Söhbət yaşamaq, işləmək, inkişaf etmək istəyən insanlardan gedir. Həm də Ermənistan Azərbaycanın ən yaxın qonşusudur. Uzun müddətdir dərdini bilməyən xalq taleyin hökmü ilə çox çətin vəziyyətə salındı ki, çox güman ki, özləri də oradan çıxmalı olacaqlar.

- Heç kimə sirr deyil ki, Ermənistan bəzi hegemonlar tərəfindən qorunur. Bu, onun regiondakı siyasətinə necə təsir edir və Azərbaycanla sülh sazişi imzalamaqdan imtina etsə, Ermənistan nə qazanacaq, nə itirəcək?

- Ermənistan özünü toparlamalıdır. Özünüz (Ermənistan nəzərdə tutulur – red.) qərar qəbul etməyi və müstəqil olmağı öyrənin. Düzgün prioritet verin. Emosiyalarla və ya şövqlə gələn qərarlar verməyin. Eqo tamamilə atılmalıdır, yalnız sağlam ağıla sahib olun. Ermənistan siyasi isteblişmenti hər cür aqressiv bəyanatlardan əl çəkməli, xalqı arxayınlaşdırmalı və öz səylərini xeyirxahlıq və sevginin təbliğinə yönəltməlidir. Məğlubiyyətlə barışmalısan. Bunu etmək asan deyil, xüsusən də bütün ruhi yaralar hələ də sağaldıqda belə. Ancaq buna baxmayaraq sadəcə etməlidirlər. Bu mənim fikrimdir. Ermənistan indi daha çox çalışmalıdır ki, iqtisadi vəziyyəti stabilləşdirsin və bütün dünyaya buna hazır olduqlarını nümayiş etdirdikdən sonra addım ata bilər. Təəssüflər olsun ki... Ermənistan guya müharibə aparmağa çalışır, hərbi əməliyyatlarla deyil, sadəcə olaraq sataşmaq və ya bezdirmək, görüntü yaratmaq, bəlkə də nə isə, bir növ qisas almağa çalışır. Gülməli və ağlasığmayan iddialar, istəklər.. Ermənistanın bu cür davranışı müttəfiqlərin, sərmayədarların ölkəni iqtisadi çuxurdan çıxaracaq istəklərinin üstündən xətt çəkmiş olacaq. İndiki vəziyyətdə yaxşı halda Ermənistanın heç bir müdafiəçisi yoxdur, mən bunu belə görürəm. Onun ətrafında yaralı heyvan kimi “son dərisini soymaq” istəyənlər və özlərini qorumaq istəyənlər fırlanır. Ermənistan müəyyən ölkələr üçün bufer zonadır. İlk növbədə İran və Rusiyanı nəzərdə tuturam.

- Azərbaycan və İsrail arasında dostluq və qardaşlıq münasibətlərini möhkəmlənməsi regiona nə vəd edir?

- İlk növbədə qeyd etmək lazımdır ki, hamı ilə münasibətləri gücləndirmək lazımdır. Dostluq, qardaşlıq istənilən müharibədən qat-qat yaxşıdır və burada əminəm ki, hamı mənimlə razılaşacaq. Azərbaycan və İsrailə gəlincə, burada hər şey son dərəcə sadədir, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər artıq onların hansı böyük fayda gətirə biləcəyini hər kəsə göstərib və sübut edib. Hər iki ölkənin səmərəli əməkdaşlığının nəticəsi göz qabağındadır. Gələcək əməkdaşlıq, şübhəsiz ki, hər iki tərəfə yalnız əlavə inkişaf və hər şeydə irəliləyiş əlavə edəcək. Bizim dostluq və qardaşlığımızı heç kim sarsıda bilməz.

- Amma bu münasibətdən narahat olan ölkələr var. Bu haqda fikirləriniz necədir?

- Bu suala qısaca cavab verəcəm. Bizim qardaşlıq münasibətlərimiz kimləri və necə narahat edir, bizi bu maraqlandırmamalıdır. Biz bütün dünyaya sübut etdik ki, iki xalq və dövlət din, dil, adət-ənənə fərqlərinə baxmayaraq, ortaq dil tapıb, bir-birinə necə çox yaxın ola bilirlər. Bir çox dövlətlər üçün münasibətlərimiz sadəcə olaraq göz qamaşdırır və onlar sadəcə olaraq paxıllıq hissi keçirmirlər. Və hər cür yolla bizi mənfi tərəfə təhrik etməyə çalışırlar, amma bacarmırlar. Onlar, bu bədxahlar, paxıllar bizim münasibətlərimizdə hər cür uyğunsuzluğu üzə çıxarmağa çalışırlar və bacarmırlar. Biz onlardan daha müdrikik. Heç bir halda bizi qarışdırmağa çalışanlara, bir-birimizlə səmimi münasibətlərimizi şübhə altına almağa çalışanlara fikir verməməliyik. Biz geriyə baxmamaqla daha da irəliləməli və inkişaf etməliyik. Fəaliyyəti əsasən xalqlar dostluğunun möhkəmləndirilməsinə yönəlmiş Qafqaz icmasının nümayəndəsi kimi mənə də şəxsən bu problem tanışdır.

- Azərbaycanda yəhidilər də yaşayırlar və buranı özlərininj vətəni hesab edirlər…

- Azərbaycanda multikulturalizm ən yüksək səviyyədə inkişaf edib və bunu hər kəs, o cümlədən, azərbaycanlı yəhudilər də mütəmadi şəkildə dilə gətirirlər. Həqiqəti gizlətmək olmaz, olan budur. Lakin qloballaşmanı ləğv etmək də mümkün deyil. Bütün ölkələrin insanları digər ölkələri gəzir, yaşamaq üçün köçürlər, bu sirr deyil və şəxsən mən burada pis bir şey görmürəm. Hər şey təbiidir. İnsanlar bir-biri ilə ünsiyyət qurur və bu gün həmişəkindən daha çox bütün növ kommunikasiyalar mövcuddur. Bəzən bizim isti münasibətimizi başa düşmək üçün lazımsız reklamlara belə ehtiyac qalmır. Xalqlarımız bir-birinə qarşı isti və fəal davranır, görüşür, hətta ailə qururlar. Gənclər inkişaf edərək, irəli gedirlər. Azərbaycandan gəlmiş mühacirlərin İsraildə yaradılmış böyük diasporu mövcuddur və onlar iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərirlər. İsrailin siyasi rəhbərliyi də yəhudilərin Azərbaycanda necə yaşadığını yaxşı bilir.

- Qarabağda tikinti işlərində İsrail şirkətlərinin rolunu necə görürsünüz?

- Qarabağda hansı şirkətlərin işlədiyini bilmirəm, amma eşitdiyimə görə var və çox sevinirəm ki, onlar qurub, yaratmağa gələnlər kimi yeni tarixə düşüblər. İsrail texnologiyaları, eləcə də biznes ideyalarının və b planlarının inkişafı və təşviqi sahəsində zəngin təcrübəsi ilə məşhurdur. Ona görə də hesab edirəm ki, Azərbaycan İsrail təcrübəsindən və bir növ kommersiya yanaşmasından istifadə etsə, ancaq qazanc əldə edəcək.
Şəxsən onu da əlavə edə bilərəm ki, mən də bir neçə istiqamətdə bir neçə ideyanın həyata keçirilməsini təklif etmişəm. Təklif etdiyim əsas ideyalardan biri günəş enerjisi əsasında elektrik stansiyalarının quraşdırılması, ikincisi isə almaz birjasının açılmasıdır. Bununla bağlı məlumatları, məqalələri və müsahibələri internetdə tapmaq olar. Yeri gəlmişkən, təkliflər qüvvədə qalır. Komandamız işə başlamağa hazırdır.

- İsrail bütün beynəlxalq tribunalardan həmişə Azərbaycanın hüquqlarını müdafiə edib. İki ölkənin xaricdəki diaspor təşkilatları arasında əlaqələr sizi qane edirmi, yoxsa bu sahədə boşluqlar var.

- Mən həmişə hamıya deyirəm ki, aramızda olan münasibət ən yüksək səviyyədədir. İctimai təşkilatlarımız, bütövlükdə bütün diasporumuz dostluğun möhkəmlənməsi naminə böyük işlər görmüş və görməkdədir. Həm də burada gənc nəsil yetişdiyi üçün biz də eyni istiqamətlərdə işləməkdə davam etməliyik və onlara düzgün məlumatı çatdırmaq lazımdır.
Yeni nəsil sevgi, qardaşlıq və qarşılıqlı anlaşma və hörmət ruhunda tərbiyə edilməlidir, çünki gələcəkdə ölkələrimizdə siyasi əhval-ruhiyyə və gələcək əməkdaşlıq yüksək səviyyədə, dövlətlər səviyyəsində onlardan asılı olacaqdır.

- Beynəlxalq aləmlə bağlı bir sual vermək istəyirəm. Sizcə, İran-İsrail münasibətləri nə vaxtsa normallaşa bilərmi və bu münasibətlərin korlanmasında üçüncü tərəfin rolu ola bilərmi? Bir də İran nüvə silahının hazırlanmasından əl çəkmək istəmir. Necə fikirləşirsiz, onun buna sahib olmağa haqqı çatırmı?

- Əvvəlcə sizə xatırlatmaq istərdim ki, bir müddət əvvəl ölkələrimiz arasında tam əməkdaşlıq və düşmənçilik mövcud deyildi. Biz açıq şəkildə əməkdaşlıq və inkişaf etmişik. Mən şəxsən İsraildə bir adam tanıyıram, o, artıq İranda tikinti layihələrinə rəhbərlik edən yaşlı bir kişidir. İran da İsraildən ildə təxminən 100 milyon dollar dəyərində silah alıb və qeyd etmək lazımdır ki, müdafiə və təhlükəsizlik İsrail və İran arasında xüsusi əməkdaşlıq sahəsi olub. İran həmçinin İsrailə neft və qaz tədarük edirdi. Lakin monarxiyanın devrildiyi 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra ölkələrimiz arasında münasibətlər soyudu və daha sonra diplomatik münasibətlərdə tam fasilə yarandı.
Təxminən 100 min nəfər olan böyük yəhudi icması demək olar ki, tamamilə İsrailə köçdü. Hətta münasibətlərin rəsmi şəkildə kəsilməsinə baxmayaraq, ölkələrimiz arasında qeyri-rəsmi ticarət-iqtisadi və hərbi əməkdaşlıq səksəninci illərin sonuna qədər davam etdi. Sonradan gözlənildiyi kimi ölkədə anti-İsrail ritorikası artmağa başladı. İran prezidenti Mahmud Əhmədinejad dəfələrlə “sionist rejim”in bütün İslam dünyası üçün təhlükə olduğunu bəyan edib və “İsraili dünya xəritəsindən silmək” çağırışı edib.

Bütün yəhudilər üçün ən böyük faciə olan Holokostun miqyasını belə şübhə altına aldı. Bu cür açıq bəyanatları bu günə kimi müşahidə edə bilərik. İran rəhbərliyi onları açıq şəkildə, ictimaiyyət qarşısında tələffüz etməkdən utanmır. Bu gün İran açıq şəkildə İsraildəki ərəb müqavimətini dəstəkləyir və Qəzza zolağında sünni terror təşkilatlarına sponsorluq edir.

Demokratiyamızdan və söz azadlığımızdan istifadə edən İran məharətlə cəbhə təşkilatları və üçüncü tərəflər vasitəsilə İsrailin özündə də təxribatçı fəaliyyətlərlə məşğuldur. Və hamısı dövlətimizi yer üzündən silmək üçün edilir. Qeyd edək ki, bu, fələstinlilərə böyük sevgidən irəli gəlmir, heç də belə deyil.

Fələstin Muxtariyyəti və Qəzza zolağı liderlərinin əlinə keçib və axmaqda davam edən bütün milyardlarla dollara baxmayaraq, Las Veqas və ya Nyu-York kimi bir neçə şəhəri çoxdan bərpa etmək olardı, amma orada əslində yoxsulluq , aclıq və dağıntı hökm sürür. Və soruşduğunuz pul haradadır? Oğurlanır və ya terrora və terror tunellərinin inkişafına sərmayə qoyulur ki, sərhədi aşaraq İsrailə qarşı terror hücumları törədilsin, narkotik ticarətini inkişaf etdirmək üçün Misirə keçin. Ancaq bu, çoxlu yazıb, danışa biləcəyimiz ayrı bir mövzudur.
Yuxarıda dediyim şeylərdən sonra İsrailin öz ölkəsi və vətəndaşlarının həyatı üçün qorxmağa haqqı varmı? Diktatura rejimi olan, insan haqlarına əməl olunmayan bir ölkədə kütləvi qırğın silahlarının olmasına icazə verilə bilərmi? İrandan gələn nüvə təhlükəsi istisnasız olaraq hamını narahat etməlidir, təkcə bizi deyil. Qeyri-adekvat siyasətçilərin və fanatik liderlərin əlində nüvə kimi nəhəng silah ətrafdakı hər kəsə böyük zərər verə bilər.

Yekun olaraq demək istərdim ki, buna və hər şeyə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin nə vaxt normallaşması şansı var. Yəhudilər sülhpərvər xalqdır. Biz hər zaman dost olmağa hazırıq və qapılarımız açıqdır. Son zamanlar İsrailin Yaxın Şərq və Afrikadakı bir sıra müsəlman ölkələri ilə münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlər bağladığını müşahidə etmək olar. Və ümid edirəm ki, yaxın gələcəkdə biz sadə olmayan regionumuzda qorxmadan dostluq edə, bütün ölkələri gəzə biləcəyik.
“Rabitənin daha çox inkişaf etməsi üçün təhsilə çox böyük önəm verilməlidir...”Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar olaraq, ömrünün 38 ilini bu sahəyə həsr etmiş, rabitəçi-ekspert Fəzail Əliyevlə həmsöhbət olduq. Onun həm peşə fəaliyyətinə, həm şəxsi həyatına qısa nəzər salmaq istədik.
- Salam Fəzail müəllim. Necəsiz?
- Salam. Çox sağ olun. Yaxşı olasınız?
- Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi qeyd olunur. Bu bayram əsl sizin kimi rabitəçilərin peşə bayramıdır. Necə qeyd edirsiniz bu bayramı?
- Söhbətimizə başlamamışdan öncə fürsətdən istifadə edib bütün rabitəçiləri və rabitəyə əmək sərf edən bütün əməkdaşları peşə bayramımız münasibəti ilə ürəkdən təbrik edirəm. Qeyd etməyə gəlincə, bu bir peşə bayramıdır. O bayram ki, sizin əməyinizə qiymət verilmə münasibəti ilə qeyd olunur, onu necə qeyd etməmək olar?
- Rabitəyə ilk gəlişiniz necə olub? Bu illəri necə xatırlayırsınız?
- Rabitə sahəsinə ilk gəlişim 80-ci illəri əhatə edir. Hansı ki, ölkə rabitəsinin hər iki dönəmini, həm inkişafını həm də durğunluq dövrünü gördüm. 1980-ci ildən təxminən 1985-ci ilə qədər rabitə sahəsi sürətlə inkişafa doğru getdi. Burada Heydər Əliyevin rolunu xüsusi qeyd etməliyəm. 1970-ci illərin əvvəllərində aparılan islahatlar özünü göstərməyə başlamışdı. 1980-ci ildən sonra respublikamızda 280 minə yaxın nömrə tutumlu ATS-lər və Mini ATS-lər quraşdırılmağa başlamışdı. Bir çox rayonlarda yeni ATS-lər tikilməyə başlandı. Amma məlum səbəblərdən 1985-ci ildən sonra inkişaf getdikcə zəifləməyə başladı. 1990-cı illərdə isə ən çətin dönəmləri yaşayırdıq. Təxminən 1993-94-cü illərdən sonra yenidən rabitənin inkişafından söz etmək olardı.
Amma mənim bu sahə ilə ilk tanışlığım hardasa hərbi xidmət illəri dövrümə düşür. Təyin olunmuş hərbi məntəqələrə rabitə xəttlərinin çəkilişini, xidmət etdiyim bölmələr edirdi. İlk təcrübələrim buradan başladı. Xidmətimi başa vurduqdan sonra, bir müddət Koraoba kənd məktəbində “pioner baş dəstə rəhbəri” işləməyə başladım. Sonra rabitəyə üz tutdum. Peşəkar fəaliyyətimə başlamam müəyyən qədər ailədən irəli gəldi. Böyük qardaşım Cəbrayıl Osmanov rabitəçi idi. 54 illik təcrübəsi var. İndi əmək veteranı kimi prezident təqaüdü alır. Onun həyat yoldaşı və böyük oğlu Malik Osmanov da rabitəçi idi. İlk illərimə qardaşımla birgə “montajçı” kimi başladım. Sonralar fəaliyyətim tamamilə bu istiqamətə yönəldi. Zamanla dərəcələrim artdı. 6-cı dərəcəyədək yüksəldim. Çalışdığım kollektivdə gələcək həyat yoldaşımla tanış oldum.
- Maraqlıdır. Lap “İşdə Məhəbbət Macərası” filmini xatırlatdınız... Bu məsələyə mütləq qayıdacağıq. Rabitəyə gəlişinizi ailənizlə əlaqələndirdiniz. Tam olaraq nəyi nəzərdə tutursunuz? Rabitəçi ailəsində doğulmuşdunuz?
- Xeyir! Atam Ömər Əliyev ömrü boyu təsərrüfat sahəsində fəhləlik edib. Təsərrüfatla, arıçılıqla məşğul olub. Müəyyən dövrlərdə rayonumuzdakı Lenin adına Sovxozda qarovulçu işləyib. Həm də müharibə iştirakçısı olub. Dunay çayı ətrafındakı döyüşlərdə xüsusi igidlikləri olub. Anam isə evdar qadın idi. Elə böyük qardaşımı nəzərdə tuturdum. Bir də atamın əmisi oğlu Sadıq Əliyev, uzun müddət poçt rəisi çalışmışdı. Demək olar onun da ailəsində hamı rabitəçi idi. Bütün bunlar bir növ ailə bağlarıdır. Deyilmi?
- Doğrudur. Bəs bu sahəyə maraq necə yarandı?
- Mən ümumiyyətlə səbr, təmkin tələb edən işlərə böyük maraqla yanaşmışam. Bu kimi işləri sevmişəm.
- Məsələn hansı işlər?
- Həm məktəbdə oxuduğum illərdə həm də məktəbdə işlədiyim dövrlərdə bütün divar yazılarını, afişa və elanları, divar qəzetlərini, divar rəsmlərini mən çəkirdim. Bayraqlar tikib hazırlayırdım. Hərbi xidmət illərimdə də bütün bu kimi təşkilati və yaradıcı işlərdə xüsusi fəallıq edirdim. Dülgərlik üzrə dərəcəm olub. Hətda bərbərlik və dərzilik qabiliyyətim də var.(gülür)
Rabitə də bütün bunlar kimi həssas və çətin sahədir. Gördüyün işi həvəs, təmkin və səliqə ilə görməlisən. Rabitəçilər yaxşı bilir.
- Deməli rəssamlıq qabiliyyətiniz də va. Bu lap sürpriz oldu. Doğrudan da saydığınız bütün işlər dediyiniz kimi səbr, təmkin və səliqə tələb edir. Bəs bütün bunları bir kənara qoyub niyə məhz rabitəni seçdiniz?
İnsan özünü hansı sahədə daha xoşbəxt hiss edirsə o sahədə də qalmalıdır. Rabitə bir xidmət sahəsidir. İnsanlara xidmət edirsən. Vətənə hər hansı bir sahədə xidmət etmək çox fərqli hissdir, qürurvericidir.
- Bəs bu yolda davam etməyinizin əsas səbəblərindən biri ömür yoldaşınız ola bilər?
- Ola bilər yox. Ümumiyyətlə onun bu işdə öz xüsusi rolu var.
- İndi necə? Yoldaşınız da rabitəçi kimi çalışır?
- Yox. Evdardır. Mən qardaşımın briqadasına gələndə o artıq təcrübəli bir “montajçı” idi. Bir çox rayonlarda ilk ATS-lərin qurulmasında iştirak etmişdi. Ümumən rabitədən çox yaxşı anlayışı var.
- Bəs niyə davam etdirmədi?
- Onun ən böyük xidməti övladlarımızı düzgün tərbiyələndirib, boya-başa çatdırmaq idi və şükür ki, bunun öhdəsindən gəlib.
- Allah can sağlığı versin. Övladlarınız nə işlə məşğuldur? Sizin yolunuzu davam etdirən var?
- Hər iki oğlum informasiya texnologiyaları sahəsində çalışırlar. Böyük oğlum Sədail uzun müddətdir ki, mənimlə eyni şirkətdə Şəbəkə Mütəxəssisi kimi çalışır. Kiçik oğlum Elçin də özəl şirkətlərin birində bu sahədə mütəxəssisdir. Qızım isə ingilis dili müəllimliyini oxuyur. Bu onun ikinci ali təhsilidir.
- Övladlarınızın bu sahəyə gəlməsində sizin rolunuz nə qədərdir?
- Seçimi özlərinə buraxmışdıq. Hərəsinin ayrı ali ixtisasları var. Sədail “beynəlxalq münasibətlər” fakültəsini bitirib. İxtisasca “diplomat”dır. Elçin isə “idarəetmə”ni bitirib. Mən sadəcə bir ata kimi onlara düzgün istiqamət vermişdim. Bayaqkı sualınıza qayıtsaq mən olmasam da onlar rabitəçi ailəsində doğulmuşdular. Gözlərini açıb kabellər, liflər, test cihazları, lehimləmə cihazı, rusca biz ona “паяльник” deyirik də və bu kimi bir çox belə avadanlıqlar görmüşdülər. Bu sahə onlar üçün heç də yad deyildi. Söz elə onlardan düşmüşkən, deyim ki, hər ikisi 44 gün davam edən “Vətən Müharibəsi”nin iştirakçısı oldular. Onların harada olduqlarını yaxşı dərk edirdik amma içimizdə bir qələbə hissi var idi. Çətin də olsa qürurverici günlər yaşadıq. Çox şükür ki, sağ salamat qayıtdılar. Ali baş komandanımızın sərəncamı ilə hər ikisi “Kəlbəcərin azad olunması medalı” ilə təltif edildilər. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bir də xalqımıza müharibə günləri yaşatmasın.
- Amin Fəzail müəllim. İndi başa düşdüm nəyə görə xidmət sözünü bu qədər çox istifadə edirsiniz. Vətəninizə bağlı insan olduğunuz hər cümlənizdən hiss olunurdu. Bir az haşiyədən kənara çıxaq. Bəs bu bağlığı yaradan nədir?
- Düşünürəm ki, hər şeyin təməlində ailə durur. Atam çox xeyirxah adam olub. Özündən və ailəsindən çox xalqına xidmət edib. Kənd camaatı üçün etmədiyi iş yox idi. Öz əl zəhmətini təmənnasız camaata paylaya biləcək ürəyə sahib idi. Kimisinə ev tikib, kimisini evində yedirib. Kimsəsiz uşaqlara, köməksiz ailələrə əl tutub. Kəndimizdəki ilk məktəbin tikilməsinin əsas təşəbbükarlarından biri olub. Həmin məktəbin inşasında da heç bir təmmanasız birbaşa özü iştirak edib. Kənd camaatı üçün su quyusu qazıb istifadəyə verib və s. Bunları saymaqla bitməz. Gərək onun bu fəaliyyəti üçün ayrıca müsahibə olsun. Beləcə biz də ailədən görürdük. Bütün bunların şahidi olaraq böyüyürdük. Xalqa, insanlara sevginin nə olduğunu anlamağa başlayırdıq.
- Qayıdaq rabitə fəaliyyətinizə. Bir az bu haqqda təəssüratlarınızı bizimlə bölüşün.
- Sovet dönəmindən indiyədək respublikanın bir çox rayon və bölgələrində ilk ATS-lərin qurulmasında iştirak etmişəm. Həmçinin paytaxtımızın 12 rayonunda. Bakıətrafı kənd və qəsəbələrin demək olar hamısının telefonlaşdırılması işində xidmətlərim olub. Mingəçevir, Gəncə, Yevlax, Sumqayıt, Naxçıvan, Lənkəran kimi böyük şəhərlərdə çalışmışam. Sonralar ATS-lər elektronlaşdırıldı. Mən də bu istiqamətdə özümü inkişaf etdirib davam etməyə başladım. “Montajçı” vəzifəsindən başlayıb hal hazırda “ekspert” vəzifəsinə qədər gəlmişəm. Bütün bunların hamısı təcrübə ilə, zəhmətlə qazanılıb. 38 ildir ki, telekommunikasiyadayam. Müasir rabitəmizin qurulmasına gəldikdə isə bir çox beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmişəm.
- Çalışdığınız şirkətdə ağsaqqal və ən təcrübəli işçi kimi sizin təcrübələrinizdən necə istifadə olunur?
- Ağsaqqal ola bilərəm amma ən təcrübəli demək düzgün ifadə deyil. Çünki bu sahə o qədər dərin və geniş bir sahədir ki, hamısını mənimsəmək qeyri mümkündür. Mənimlə bərabər Eurodesign şirkətində çox savadlı, və təcrübəli kadrlar çalışır. Öz ixtisası üzrə gənc, lakin təcrübələri və bacarıqları kifayət qədər çox olan işçilərimiz var. Biz kollektiv olaraq hər zaman bir birimizin fikirlərinə hörmətlə yanaşırıq. Təbii ki, ən yaşlı işçilərdən biri olduğuma görə fikirlərim çox vaxt ön plana atılır və təcrübələrimə dəyər verilir. Çox sağ olsunlar.
- İndi bu sahədə ekspert vəzifəsini icra edirsiniz. Hansı islahatlar keçirmisiniz və ya hansı təkliflər vermisiniz?
- Bunu sizə ən yaxşı şirkətimizin rəhbərləri deyə bilər, mən yox. (gülür)
- İndi deyirsiniz onlardan da müsahibə alaq?
- Niyə də yox? Bu şirkətdə ixtisasını bilən çox güclü mütəxəssislər cəmləşib.
- Dediniz ki, 38 ildir ki, bu sahədə çalışırsınız. Necə düşünürsünüz? Sizə layiqincə dəyər verilirmi?
- Mənim dəyərim, uğurla tikdiyim ATS-lərdir. Uğurla başa vurduğumuz layihələrdir. Təcrübələrdimdən istifadə olunmasıdır. Yetişdirdiyim tələbələrdir.
- Tələbələriniz var?
- Çoxdur.
- Münasibətləriniz necədir? Bəzi müəllimlər sonralar tələbələrindən narazı olurlar.
- Desəm ki, hər biri ilə münasibət var yalan olar. Mümkün deyil. Səbəbi isə sadədir. Nömrəsini dəyişən olur, başqa yerlərdə yaşamağa gedənlər olur. Qısamüddətli tanışlıqlar olur ki, sonradan mütləq əlaqələrin itməsinə gətirib çıxarır. Normal prosesdir. Çoxu ilə münasibətim var. Elələri var ki, elə indi də birlikdə çalışırıq. Bəziləri var ki, məndən də yüksək vəzifələrdə qərarlaşıblar. Bəziləri fərqli qurum və orqanlarda çalışmağa davam edirlər. Narazılıq yoxdur. Niyə olmalıdır ki? Bəzən haradasa oturanda kimsə yaxınlaşıb görüşür. Deyirəm ki, “üzr istəyirəm tanımadım”. Deyir filan vaxtı filan yerdə birlikdə işləməşik. Yaxud filan vaxtlarda sizdən filan qədər şey öyrənmişik indi bunun bəhrəsini görürük. Hər zaman inkişaf etmələri üçün çalışmışam. Özümdən sonra gələnlərin inkişafı daha çox önəmlidir. Hər birinə daha böyük nailiyyətlər arzulayıram. Sualınızın məqsədini də anladım. Bilirsiniz? Ümumiyyətlə insan bildiyini öyərtməkdən qorxmamalıdır. Tələbən səndən yüksəyə qalxıbsa demək yaxşı öyrətmisən. Buna yalnız sevinmək lazımdır. Əgər nə vaxtsa o öyrətdiyin, əmək sərf etdiyin şəxs səni müəllimi kimi görmək istəmirsə qoy istəməsin. Qoy hər yerdə desin ki, mən filankəsdən heç nə öyrənməmişəm. Hər şeyə özüm nail olmuşam. Bunu sadəcə dildə deyir. Beyini və ürəyi bu reallığı çoxdan qəbul edib. Müəllim öyrədən şəxsə deyirlər. Həyatımızda mütləq bir nəfər də olsa müəllim olur. Gözünü açdığın ilk andan müəllimin var. Anan, atan! Müəllimsiz nəyəsə nail olmaq olmaz.
- İndiki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti barədə nə deyə bilərsiniz? Sizcə indiki vəziyyət necədir?
- Hər kəsin işinin öhdəsindən gəldiyinə və inkişaf üçün əlindən gəldiyini əsirgəmədiyinə inanıram. Bu sahədə durğunluq, kifayətlənmək, “daha bəsdir” demək qeyri mümkündür. Daim inkişaf etməlisən. Yeni texnologiya ilə ayaqlaşmağı bacarmalısan. İnsanlar öyrəndikcə, inkişaf etdikcə ölkənin də texnologiyası inkişaf edəcək. Bunlar bir-biri ilə sıx bağlılıq təşkil edir.
- Bu sahədə hansı yenilikləri təklif edərdiniz?
- Təhsilə çox böyük önəm verilməlidir. Peşəkarlar seminarlara, mühazirələrə, debatlara cəlb olunmalıdır. Fərqi yoxdur, yaşlı ya gənc. Əgər rabitənin tarixindən bəhs ediləcəksə yaşlı peşəkarlar, müasir texnologiyadan bəhs ediləcəksə gənc peşəkarlar daha faydalı olacaq. Təhsil müəssələrində bu sahəyə marağı artıra biləcək infrastruktur var. Tələbələrin diplom işləri hansısa şərti obyektlərin və ya hansısa şərti şəhərin rabitə infrastrukturunun qurulması olmalıdır. Teoriya hər zaman kifayət etmir. Praktika vacibdir.
- Son olaraq gənclərə nə tövsiyyə edərdiniz?
- Səbr və təmkin! Təkcə iş həyatında yox. Şəxsi həyatlarında da. Sevdikləri işin arxası ilə də səbrlə getsinlər! Uğuru qazanacaqlar! Əməklərini təkcə özlərinə yox, xalqın, vətənin inkişafı üçün də sərf etsinlər!
- Çox sağ olun Fəzail müəllim! Sizin kimi səmimi, gülərüz insanla söhbətimiz çox xoş və maraqlı keçdi! Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bir daha peşə bayramınız mübarək!

Nərmin Bəxtiyarqızı