Burada Sizin reklam ola bilər!

"Uşaqların gələcəyi, bu günki səylərimizdən asılıdır"

"Uşaqların gələcəyi, bu günki səylərimizdən asılıdır""Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva, uşaqlarla bağlı aktual problemlər, 2025-ci ildə planlaşdırılan yeni layihələr və mövcud çətinliklərin həlli yolları haqqında fikirlərini bölüşdü.

- 2025-ci il üçün uşaqlarla bağlı hansı yeni layihələr həyata keçirmək planlaşdırılır?

- 2025-ci ildə də 2024-cü ildə olduğu kimi "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi tərəfindən bir sıra tədbirlər planlaşdırılır. Bunların içində əsas yeri "Məktəbli valideyn", "Məktəbli və ekoloji mühit", "Uşaqların ictimai həyata adaptasiyası", "İnformasiya təhlükəsizliyi mühitində uşaqlar", "Uşaqların gələcəyi-Gələcəkdə uşaqlarımız" kimi tədbirlər tutur. Bu tədbirlər müxtəlif elmi, sosial-ictimai konfranslar şəklində həyata keçiriləcək. Əsas məqsədimiz valideyn-məktəbli-müəllim üçlüyü arasında əlaqələri yüksək səviyyəyə gətirərək, zaman-məkan, məkan-mühit amillərini fürsətlərə çevirməkdir.

- Sosial həssas qruplardan olan uşaqlar üçün hansı xüsusi proqramlar hazırlanır?

- İctimai həyatımızda sosial cəhətdən həssas qruplara aid olan uşaqlar var ki, bəzən ətraf mühitdə onların sosiallaşmasına maneələr yaradılır. Bu da onların cəmiyyətdən təcridi ilə nəticələnir. Hansı ki, inkişaf etmiş ölkələrdə həmin şəxslərin necə yüksək səviyyədə cəmiyyətə qazandırıldıqlarını müşahidə edə bilərik. Buna görə təşkilat olaraq biz də həmin şəxslərin həyata qazandırılması üçün nəzərimizdə tutduğumuz müxtəlif layihələrin reallaşmasına və bu istiqamətdə daha ciddi addımlar atacağımıza inanırıq. Onu da qeyd edim ki, Bakı şəhərindəki Yeni Günəşli yaşayış massivində uşaq reabilitasiya müəssisə­si, həmin uşaqlar üçün sosial xidmət müəssisələrində müa­sir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fizi­ki imkanlı insanlar üçün regional informasiya mərkəzləri fəaliyyət göstərir. Həmişə olduğu kimi təşkilatımıza müraciət edən sosial həssas qruplara malik uşaqların həmin mərkəzlərə göndərilməsi, onların müxtəlif sahələrdə uğurlu inkişafına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Daha sonra ölkəmizin əlilliyi olan şəxslərin və digər həssas qrupların cə­miyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin tərkib hissəsi kimi biz də həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələ­rinin üzvləri, valideyn himayəsin­dən məhrum olmuş şəxslər və s.) aid uşaqların gələcəkdə müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçu­luq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və lan­dşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirakı və bacarıqlarını təkmilləşdirməsinə çalışacağıq. Çünki on­ların yaradıcı potensialının in­kişafına dəstək bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, icti­maiyyət tərəfindən də daim böyük rəğbət hissi ilə qarşılanır.

- Təhsildən kənarda qalan uşaqlar üçün nə kimi dəstək layihələri mövcuddur?

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda səriştəlilik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi göstərilir. Biz də daha çox səriştəli valideynlərin hazırlanması, təhsil ideyalarının qəbul edilməsi, müasir təhsildə başqa bir faydalı istiqamətə yol açmağı düşünürük. Valdeynlərin təhsil və tərbiyədə rolu həmişə vacib olub. Ailə fərdin həm fiziki, həm mənəvi cəhətdən formalaşması üçün vacib institutdur. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyac və motivlərinin istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Belə bir dövrdə valideyn-məktəb münasibətlərinə yenidən baxmaq obyektiv zərurətdir. Daha sonra diqqəti təhsildən kənarda qalan uşaqlara çəksək, öncə həmin uşaqların nə üçün təhsildən kənarda qaldıqlarını araşdırmaq lazımdır. Əgər burda problem valideynlərin himayəsindən mərhumluqdursa, o zaman uşaqlara qəyyumluq üçün müxtəlif qurumlara müraciət ünvanlamaq lazımdır. Yox əgər burda problem ailənin maddi vəziyyəti ilə əlaqədardırsa, o zaman bunu ictimailəşdirib ictimai dəstək formasında yoluna qoymaq olar. Amma problemin kökündə başqa səbəblər varsa, məsələn buna ucqar rayonlarda erkən nikahı, uşaqların əməyinin istismarı və uşaqların təhsildən uzaqlaşdırılmasını labüdləşdirən digər amillər mövcuddursa, bu zaman müxtəlif dövlət orqanlarına müraciət edib problemin kökündən həll edilməsinə yardımçı ola bilərik.

- Uşaqlarla bağlı hazırda ən aktual problemlər hansılardır? Bu problemlərin həlli üçün hansı yenilikçi yanaşmalar həyata keçirilir?

- Ölkəmizdə uşaqlarla bağlı hazırda ən aktual problem onların təhsil problemidir. Məktəblərdə uşaqların həddən artıq yüklənməsi, evdə uşaqlara münasibət və cəmiyyətin ailə modelinə baxış bucağının dəyişməsi özü ilə böyük problemlər gətirib. Təhsil sisteminə transformasiya edilən müxtəlif Qərb təhsil üsulları yanlış effektləri ilə ailə modelinə mənfi təsir göstərir. Bu da uşaqların təhsil və tərbiyəsində özünü göstərir. Dünənə qədər uşaqlar üçün ən mühüm məsələ onların təlim-tərbiyəsi hesab olunurdusa, bu modellər uşaqlara yanaşmanı dəyişir. Bu da kənardan gəlmə olduğuna görə əks effekt verir. Uşaq olsa belə zamanın ona tanıdığı sərhədsiz azadlıq (valideyn və müəllim qorxusu oımamaq) onu pis vərdişlərin arxasınca sürükləyir. Məsələn mənəvi tərbiyədə ailə və məktəbin əməkdaşlılğın təşkil olunması üzrə xüsusi texnoligiyalar hazırlanıb, müəllimlər üçün ailənin işini qiymətləndirmək məqsədilə xüsusi testlər tərtib etmək olar. Uşaqların təhsil və tərbiyəsi üçün valideynlərlə təhsil sistemi arasında vahid hədəflər olmalıdır. Valideynlərin təhsil sahəsində iştirakı ilə şəffaflığın, demokratikliyin və ictimai nəzarəti təmin etmək lazımdır. Çünki ailə və məktəb bir-birlərinin ehtiyaclarına və xüsusiyyətlərinə hörmət edən, bir-birini tamamlayan komponentlərdir. Buna görə də bu gün müəllim-şagird-valideyn üçlüyü arasında münasibətləri elə qurmaq lazımdır ki, qazanan ən çox gələcəyimiz olsun!

QHT.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər