“Aether” adlı qrup sərgisinin açılışı olacaq
Yanvarın 30-u saat 19:00-da Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında “LèRami” art studionun tələbələrinin iştirakı ilə Xalça Muzeyində “Aether" adlı qrup sərgisinin açılışı olacaq.
Bildirək ki, Ramilə Şamilova estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. Onun tələbələri, sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir.
Bu sərgi R.Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirəcək.
Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı, uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdirilər.
Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.
Qeyd edək ki, sərgi fevralın 1-dək davam edəcək.
