star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Polad Həşimovla bağlı film çəkildi

Polad Həşimovla bağlı film çəkildiAzərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Poladın izi ilə”adlı ekran əsəri Salnaməfilm” studiyasında istehsal olunub.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

“Salnaməfilm” studiyasının istehsalı olan digər film isə Fransa Müqavimət Hərəkatının üzvü olan həmyerlimiz Əhmədiyyə Cəbrayılova həsr olunub. “O, Xarqo idi” adlı sənədli filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, ideya müəllifi Şahin Sinaria, görüntü rejissoru Rafiq Əliyev, prodüseri Nazim Hüseynovdur.

Filmdə qəhrəmanın obrazını İqbal Əliyev canlandırıb.

Zəngin arxiv materiallarından istifadə olunmuş filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda aparılıb.

“O, Xarqo idi” filminin nümayişi 6 may 2022-ci il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər