"Azəriqaz" minə yaxın işçisinə töhmət verib
Dərc olunub:
14-01-2022, 13:17
2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.
Avrasiya.net-in məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.