Azərbaycanda idman siyasəti düzgün qurulub

Bildiyimiz kimi cari ilin dekabr ayının 26-da 2025-ci ilin idman yekunlarına həsr edilmiş mərasim keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev bu tədbirdə iştirak edərək idman ictimaiyyəti qarşısında geniş nitqlə çıxış etmişdir.

Çıxışı zamanı dövlətimizin başçısı son illərdə Azərbaycan idmanının əldə etdiyi uğurlardan, idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə idman infrastrukturunun yenidən qurulmasından bəhs etdi. Cənab Prezident Azərbaycan gəncliyinin milli vətənpərlik ruhunda böyüməsinin əhəmiyyətindən bəhs edərək xüsusi olaraq vurğuladı ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir.

Cənab Prezident çıxışında gənc nəslin sağlam və vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın olduqca vacib amillərdən biri olduğunu qeyd edərək bildirmişdir ki, “bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”.

Bundan əlavə dövlətimizin başçısı son illərdə Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarında əldə etdiyi uğurlara toxunaraq qeyd etdi ki, hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Xüsusi olaraq qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrlə yanaşı idman həyatında da yeni bir mərhələnin başlanğıcı qoyulmuş oldu. Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.

Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. Bunun nəticəsi olaraq qısa vaxt ərzində ölkəmizin müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verildi.

2003-cü ildən isə ölkəmizin idman həyatında yeni bir səhifə açılmış oldu. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və respublikamızın idman imicinin yüksəlməsi istiqamətində mühüm addımlar atıldı. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş idmançılarımız respublikamızın idman şərəfini yüksəklərə qaldırır, beynəlxalq səviyyəli yarışlarda üçrəngli bayrağımızı göylərə ucaldırlar. Bununla yanaşı ölkəmizdə beynəlxalq miqyaslı yarışların yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanıdılmasına xidmət edir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər