AFFA-dan sərt qərar: onlar futboldan uzaqlaşdırıldı

Azərbaycanda üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən "Naxçıvan" klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun üç il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun üç il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, Region Liqasında iştirak edən "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətə qatılması qadağan olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər