Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilib

Bu gün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə ilin yekunlarına dair Qarabağ Zərəfinin 5 illiyinə həsr olunan Ümumrespublika Seminarı keçirilib.

Seminarda müxtəlif yaş və çəki dərəcələrindən olan uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak edib.

Seminar Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə keçirilmişdir. İdmançılar Taleh Həsənov tərəfindən attestasiya imtahanından keçərək müxtəlif dərəcələrdə kəmərlər alıblar.

Seminarda açılış sözü ilə çıxış edən İctimai Birliyin təsisçisi, I Qarabağ Müharibəsi iştirakçısı Taleh Həsənov Birliyin fəaliyyət planına tariximizin şanlı Zəfər günlərinə həsr olunmuş silsilə seminar və tədbirlərin daxil olmasının verdiyi qürur hissindən məmnunluğunu ifadə etmiş, xalqımıza, idmançılarımıza daim müvəffəq olmağı arzu edib.

Birliyin həmtəsisçisi Vüsal Həsənov da çıxışı zamanı şanlı zəfər tarixinin fonunda tariximizin, keçmişin unudulmamasının və daim təbliğ edilməsinin, dəyərlərimizə sadiq qalmağın əhəmiyyətini vurğulayıb.

Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov öz çıxışında müasir tariximizin ən şərəfli səhifələrinə çevrilən II Qarabağ Müharibəsindən danışmış və orada qəhrəmanlıq göstərən idmançılarımızın və bütün qəhrəman oğullarımızın mübarizə əzminin yetişməkdə olan gənc nəslə ən vacib örnək olduğunu vurğulayıb.

İctimai Birliyin sədri Fuad Kərimov da öz çıxışında idmançılara uğurlar arzu etmiş, onların ölkə gənclərinin həm fiziki, həm mənəvi sağlamlığında verdiyi tövhələrin vacibliyindən söz açıb.

Seminarın sonunda imtahandan keçən idmançılar layiq görüldükləri kəmərə dərəcələri ilə mükafatlandırılıblar.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər