Şabranlı idmançıların ölkə çempionatında növbəti uğuru
19 dekabr 2025 ci il tarixdə Balaxanı İdman Mərkəzində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Kyokushin üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib.
Yarışın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Karate Federasiyasının Prezidenti Milli Məclisin üzvü Ülvi Quliyev və AKF nin idarə heyətinin üzvləri təmsil olunmuşlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarış, yarış iştirakçılarının və valideynlərin marağına səbəb olub. Şabran komandasının 2 üzvü - Əliyev Nürməmməd Bəxtiyar oğlu 80 kq çəkidə Ill yer, Əliyeva Güllər Bəxtiyar qızı 45 kq çəkidə lll yerə layiq görülüb.
Qalib mükafatçılara Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının diplom və medalları ilə təltif edilib. ![]()
![]()
![]()
