Sumqayıtda zavodda partlayış - Xəsarət alanlar var
Dərc olunub:
9-01-2026, 10:16
Sumqayıt şəhərində zavodda partlayış baş verib.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Mənbə “Report”)
