Bu dəfə adı baldız-gəlin davasında hallandı - Arvadının ölümü ilə gündəmə gəlmişdi

Bu dəfə adı baldız-gəlin davasında hallandı - Arvadının ölümü ilə gündəmə gəlmişdiLerikdə həmcinsi tərəfindən döyüldüyünü bildirən qadın polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində yaşayan Z.Həsənova bildirib ki, baldızı F.Məlikova (ad- soyadlar şərtidir) onu döyərək xəsarətlər yetirib.

Məlum olub ki, hadisə baş verən gün F.Məlikova qardaşı arvadını həmkəndlisi Elvin Ağəlizadə adlı şəxslə görüb. O, Z.Həsənovaya qardaşına niyə xəyanət etməsini deyərək hücum edib və aralarında dava-dalaş olub. Bu zaman Elvin oradan uzaqlaşaraq gedib.

Bildirilib ki, Z.Həsənova və Elvin bir yerdə işləyirlər. Qadın həmin iş yerində xadimə, Elvin isə gözətçidir.

O da məlum olub ki, 2022-ci ildə Elvin Ağəlizadənin 22 yaşlı həyat yoldaşı Elnarə müəmmalı şəkildə ölüb. Həmin vaxt mərhumun yaxınları Elnarənin Elvin və onun anası tərəfindən amansızlıqla döyüldüyünü iddia ediblər. Tərəflər məsələni Lalə Azərtaşın verilişində də müzakirə ediblər.

Qeyd edək ki, Elnarə Ağəlizadə 2022-ci ilin aprelin 30-u ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və 10 gün sonra ölüb. Zərərçəkən tərəf onun öldürüldüyünü iddia etsə də, ölüm hadisəsinin intihar olduğu bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər