Sizin Reklam Burada

Lənkəranda 100 minlik qızıl oğurlayan “Malış” saxlanıldı

Lənkəranda 100 minlik qızıl oğurlayan “Malış” saxlanıldıLənkəranda quldurluq törədən şəxslərdən birinin kimliyi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə üç gün əvvəl Lənkəran şəhərində qeyri-aşkar şəraitdə baş verib.

Belə ki, Lənkəran şəhəri, Fizuli küçəsində yaşayan Tural Telman oğlu Fətullazadə atasına məxsus olan zərgərlik məmulatları mağazasına gedərkən maskalı şəxslərin hücumuna məruz qalıb.

Onun baş nahiyəsinə beşbarmaqla xəsarət yetirərək əlindəki çantada olan təxminən 100 min manatlıq qızıl-zinət əşyaları aparılıb.

Qeyd edək ki, hadisədə bir neçə şəxsin iştirak etdiyi ehtimal edilir. Basqın edənlərin qırmızı rəngli avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığı deyilir.

Bu gün bir neçə nəfərin fakt üzrə şübhəli şəxs qismində saxlanıldığı xəbəri yayılıb.

Dəstəyə başçılıq edən şəxsin keçmiş polis əməkdaşı olduğu bildirilir.

“Malış” ləqəbli keçmiş polis əməliyyatçısı bir neçə il əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər