İsrailin hücumu gözlənilməz idi, indi hazırlıqlıyıq - Arakçı
Dərc olunub:
3-11-2025, 17:03
12 günlük müharibədən sonra mövqeyimizdə heç bir yumşalma olmayıb.
Bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
"İsrail hava məkanı İran raketlərinin nəzarətində idi və onlar hava məkanlarını effektiv şəkildə müdafiə edə bilmirdilər. Biz indi daha təcrübəli və daha yaxşı hazırlıqlıyıq. Ona görə də onlar bu təcrübəni təkrarlasalar, mütləq daha pis nəticələrlə qarşılaşacaqlar", - Arakçı bildirib.
Nazir İsrailin hücumunun gözlənilməz olduğunu bildirib:
"Bəlkə də heç kim ölkənin hərbi komandirlərinin öz evlərində öldürəcəyini düşünmürdü".
