56 yaşlı səfir eyvandan yıxılaraq öldü
Dərc olunub:
21-02-2022, 07:53
İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardiolu ölkəsində tətildə olarkən eyvandan yıxılaraq ölüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə fevralın 19-da baş verib.
Səfirin ölümü ilə bağlı araşdırma aparılır.
"La Stampa" qəzeti ölümün bədbəxt hadisə olmadığını, 56 yaşlı diplomatın depressiyadan əziyyət çəkdiyini iddia edib. Lakin bu fakt hələlik öz təsdiqini tapmayıb. Bildirilib ki, diplomatın ölümünün səfəri araşdırılır.
Qeyd edək ki, F.Tardioli 2019-cu ilin sentyabrından Kanberrada səfir vəzifəsində çalışırdı. O, ingilis və fransız dillərini mükəmməl, alman və ispan dillərini isə yaxşı bilirdi.