Sizin Reklam Burada

Conson Avropa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Conson Avropa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edibBöyük Britaniyanın Baş naziri bu həftə Avropa liderləri ilə Ukraynada müharibənin qarşısının alınması yollarını və ölkənin müdafiəsini təmin etmək üçün Kiyevə kömək məsələsini müzakirə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.

"Ukrayna sərhədində böhran kritik həddə çatıb. Bizdə olan bütün məlumatlar göstərir ki, Rusiya hər an Ukraynaya hərbi müdaxilə etməyi planlaşdırır. Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri olacaq", - hökumət başçısının nümayəndəsi bildirib.

O, vurğulayıb ki, “deeskalasiya və diplomatiya üçün imkan pəncərəsi açıqdır və Baş nazir Rusiyanı uçurumdan geri çəkmək üçün müttəfiqlərlə yorulmadan çalışacaq”.

Sənəddə qeyd olunur ki, Conson başqa məsələlərlə yanaşı, Londonun NATO üzrə müttəfiqləri ilə Ukraynaya əlavə iqtisadi dəstək, habelə onun sərhədlərinin müdafiəsinin təmin olunmasına yardımın göstərilməsi imkanlarını müzakirə edəcək. Həftənin sonunda Britaniya hökumətinin başçısının qitə ölkələrinə səfəri gözlənilir, lakin təfərrüat açıqlanmır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər