Macarıstan da Ukrayna ilə bağlı xəbərdarlıq etdi
Dərc olunub:
14-02-2022, 00:42
Macarıstan öz vətəndaşlarını Ukraynaya səfərlərinin zəruriliyini qiymətləndirməyə və mümkünsə onları təxirə salmağa çağırır
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın konsulluq xidməti məlumat yayıb.
“Ukraynaya səyahət edənlərə məsləhət: Ukrayna və Rusiya arasında son günlər yaranmış gərginliyi nəzərə alaraq, vətəndaşlardan səyahət ehtiyacını qiymətləndirmələrini və mümkünsə, təxirə salmalarını xahiş edirik. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, əgər onlar hələ də bu bölgəyə getmək və ya qalmaq qərarına gəlsələr, konsulluq mühafizəsi almaq üçün qeydiyyatdan keçsinlər”, - deyə bildirilib.