ÜST: Avropa əhalisinin yarısı “Omicron”a yoluxacaq
Dərc olunub:
12-01-2022, 01:00
Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “Omicron” ştamına yoluxacaq.
Avrasiya.net verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.
O bildirib ki, regionun 53 ölkəsindən 50-də "Omicron" ştamı qeydə alınıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “Omicron” ştamına yoluxacaq”.