Sizin Reklam Burada

Konqres binası etirazçılardan təmizləndi

Konqres binası etirazçılardan təmizləndiKapitoli binası etirazçılardan tam təmizlənilib və təhlükəsiz şəraitdədir.

Avrasiya.net xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın hakimiyyət orqanlarının nümayəndəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının nümayəndəsi Konqres üzvlərini Kapitoli binasının təhlükəsiz şəraitdə olması barədə məlumatlandırıb.

Yerli mətbuatın yazdığına görə, prezident seçkilərinin nəticələrini tanımayan və məğlubiyyətini etiraf etməyən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları ilə Kapitoli binası qarşısında polis əməkdaşları arasında baş vermiş toqquşmalar zamanı bir neçə asayiş keşikçisi, 5 etirazçı yaralanıb. Yaralı etirazçılardan biri (qadın-red) sonradan ölüb. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

Qarışıqlıqlar, o cümlədən etirazçıların ABŞ Konqresinə soxulması səbəbindən Senat və Nümayəndələr Palatasının iclasları yarımçıq kəsilib, Konqres üzvləri binadan təxliyə ediliblər.

***

ABŞ-da polis əməkdaşları Konqresinin pilləkənlərində dayanan etirazçları sıxışdırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə NBC telekanalı bildirib.

Yayılmış videokadrlarda polislərin etirazçılardan pillələrdən aşağı enməyi xahiş edikləri əks olunur. ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları asayiş keşikiçilərinin tələblərinə tabe olublar.

Kadrlarda polis əməkdaşlarının bir çoxunun əlində avtomatın olduğu görünür. Onlar xüsusi müdafiə vasitəsi geyiniblər.

NBC telekanalı isə xəbər verib ki, Konqresin binasına xüsusi zirehli texnika gəlib.

Hazırda Kapitolinin yanında vəziyyət sabitləşib. Etirazçılar daha özlərini aqressiv aparmırlar, onların bir çoxu dağılmağa başlayıb.

Polis Vaşinqtonda etirazların gedişatında azı 13 nəfərin saxlanıldığını bildirib. "Biz 13-dən çox saxlanılmanın şahidiyik", - Kolumbiya dairəsi polisinin rəhbəri Robert Konti bildirib.

Polisin məlumatına görə, saxlanılanların hamısı Vaşinqtona digər şəhərlərdən gələnlərdir.

CNN isə qarışıqlıqlarla əlaqədar Kapitoli polisinin 20 nəfəri saxladığını xəbər verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər