ABŞ Azərbaycana 5 milyon dollar ayırdı
Dərc olunub:
22-08-2020, 11:38
Ukrayna ABŞ-dan ümumilikdə 18,3 milyon dollar humanitar yardım alıb.
Avrasiya.net xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, ABŞ bu pulları səhiyyənin inkişaf etdirilməsi və pandemiyanın sosial-iqtisadi nəticələrinin yumşaldılması üçün ayırıb.
Bununla Ukrayna COVİD-19-la mübarizə çərçivəsində ABŞ-dan ən çox yardım alan postsovet ölkəsi olub. Bu çərçivədə Azərbaycana 5 milyon, Gürcüstana 3,3 milyon, Ermənistana 4 milyon, Belarusa 1,7 milyon dollar ayrılıb.