Ərdoğan Milli Məclisdə çıxış etdiAzərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub.

Avrasiya.net xəbər verir ki, ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Əvvəlcə təkbətək görüş keçirilib.

Təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib.

- Azərbaycan Milli Məclisinin hörmətli sədri.

Əziz millət vəkilləri, xanımlar və cənablar.

Sizləri – müzəffər ölkənin parlamentinin bütün üzvlərini Türkiyədəki 84 milyon qardaşınızın adından bir millət, iki dövlət anlayışı ilə sevgi və bəxtiyarlıqla salamlayıram. Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir.

Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.

Geridə qoyduğumuz otuz ildə - Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. Asan deyil, otuz il. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz ildir köçkün düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu.

Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasına müşahidəçi qalanlar, daha doğrusu, münaqişənin davam etməsi üçün səy göstərənlər daim qazananın tərəfində olublar. Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq.

Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Hörmətli qardaşlarım, Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, buralara, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Sonra vicdanları imkan verərsə, bizə yönəltdikləri ittihamları oturub onlarla ayrıca danışarıq. Amma onların gözləri var, görməz, qulaqları var, eşitməz. Ürəkləri onsuz da duyğularını itirib. Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Bu yerlərin hər tərəfi dağıdılmış, yandırılmış, tar-mar edilmişdir. Gəlsinlər, Qarabağı görsünlər. Hər şey ortadadır. Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları necə bombalayıb, yandırıb gediblər. Onlar gələrkən işğalçı, gedərkən isə tarmaredici idilər.

Təkcə bu davranış belə Qarabağın kimin Vətəni olduğunu göstərmək üçün kifayətdir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edir və İnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik.

Qardaşlarım, mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik.

Əziz qardaşlarım, dünən qardaşım İlham Əliyev və heyətlərimizlə birlikdə Şuşada idik, azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalandığını görməyin sevincini bilavasitə yaşadıq. Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri adətən təbii bir İncəsənət Akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın, xüsusilə şeirləri bu gün də sevilərək oxunan vəziri Molla Pənah Vaqifdən başlayaraq, Şuşa ədəbiyyatın mərkəzi xarakterini qorumuşdur. Qartal yuvası kimi qayaların üstündə səmaya yaxın qurulması ilə əlaqədar Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə, - heç narahat olmayın, - dirçəlir.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və geridə qoyduğumuz günlərdə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalının da hazırlıqlarının davam etdiyini eşitməkdən məmnunam. Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi, Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır.

Əlbəttə, təkcə Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və türk dünyasının hər yeri böyük şairlər və incəsənət xadimləri yetişdirmişdir. Məsələn, bu il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümüdür. Əsrlər boyu şairlər onunla yarışmağa və ona çatmağa çalışıblar. “Avni” təxəllüsü ilə şeirlər yazan Fateh Sultan Mehmet xanın bu əsərində də eyni hissiyyata rast gəlinir:

Bu kelam ile Nizami işidürse sözüni

İlteler sana hased Sa‘di vü Selman bu gice.

Bu il ayrıca Ahi Evranın anadan olmasının 850-ci, Əlişir Nəvainin anadan olmasının 580-ci, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci, Yunus Əmrənin vəfatının 700-cü ildönümüdür. Keçən il Fərabinin anadan olmasının 1300-cü ili idi. Dünyada bu qədər zəngin və yüksək mədəni dəyərləri olan millətlərin sayı çox azdır. Biz bu dəyərlərimizi həm yeni nəsillərimizə, həm də bütün dünyaya izah etməliyik. Hamısını da rəhmətlə yad edərək burada saydığım və saya bilmədiyim bütün şəxslər mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin də dəyərləridir.

İnsanlıq onların əsərlərindəki hikmətlərin sirrinə vaqif olduqca dünyamızdakı məsələləri həll etmək asanlaşacaqdır. Keçmişdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək, layiq olduğu yerə çatdırmaq bizim əlimizdədir. Birliyimizi, bərabərliyimizi, dostluğumuzu, qardaşlığımızı nə qədər gücləndirsək, bir-birimizə nə qədər möhkəm sarılsaq, bu hədəfə o qədər tez nail olarıq.

Qardaşlarım, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir. Həqiqətən bu Qələbədən sonra görülən və görüləcək işlərə baxdıqda yaratdığımız mənzərənin necə canlanacağı görünəcək. Hər şeydən əvvəl Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Evlərindən, yurdlarından otuz ildir ayrı düşən azərbaycanlı qardaşlarımıza evlərinə qayıtmaq yolu açılmışdır. İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq. Onlara indidən bu müraciəti Azərbaycan parlamentindən mən də edirəm. Bir an əvvəl, İnşallah, evləriniz inşa edilir, ediləcək və oralara yerləşməyinizi biz də həsrətlə gözləyirik.

İşğalın səbəb olduğu davamlı münaqişə vəziyyətindən qaynaqlanan yorucu gərginlik ortadan qalxıb. İndi yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları bir tərəfdən qurulur, bir tərəfdən açılır. Bunları gözlərimlə gördüm, ona görə söyləyirəm. Bir tərəfdən infrastruktur obyektləri tikilir. Biz də, inşallah, TOKİ-mizlə bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox əsərləri inşa etməyə çalışacağıq.

Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Qarabağ, eyni zamanda, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Qardaşımla birlikdə təklifimizi etdik. Nə idi təklifimiz? Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın. Burada demək olar ki, təkcə Gürcüstanın bəzi özünəməxsus sualları var idi. Son Türkiyə səfərində cənab Baş nazirlə də bu məsələləri bir daha müzakirə etdim. Dedim, bu, Gürcüstanın da lehinə olacaq, bu addımı ataq. Bax, biz Ermənistan ilə aramızdakı narahatlıqları bilirik. Amma biz bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın narahatlıqlarının da aradan qaldırılmasını istəyirik. Eyni qaydada sizin də Rusiya ilə problemlərinizin həllinə bu platforma töhfə verəcək. “Çalışaram” dedi. “Yaxşı olar” dedik.

Çünki bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq.

Mən buraya NATO-nun Zirvə toplantısından gəldim. NATO-nun Zirvə toplantısında da məhz bu məsələləri müzakirə etdik, bunları dəyərləndirdik. Çox şükür, səmərəli görüşlərlə buraya gəldik. Amma dünyanın problemləri bitmir, dünyada həll ediləcək hələ çox problemlər var. Amma dik dursaq, möhkəm dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah, mədəniyyət günəşimizi yenidən ən yüksək zirvəyə qaldıraraq, sülhü və ədaləti bölgəmizdə və dünyada hakim edəcəyimiz günlər yaxındır. Çıxışımı böyük şair Bəxtiyar Vahabzadənin bu misraları ilə bitirmək istəyirəm:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan, Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan, Türkiyə.

Hamınızı sevgi ilə, məhəbbətlə salamlayıram. Salamat qalın.

Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDIİyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Avrasiya.net xəbər verir ki, Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.





Müasir, müstəqil, güclü Azərbaycan ONUN adı ilə bağlıdırƏziz və qədirbilən xalqımız!#milliqurtuluşgünü
15 iyun -Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
Sizin hər birinizi bu münasibət ilə səmimi qəlbdən təbrik edir və bu günü xalqımızın şərəf tarixinə yazılmasında və yaşamasında iştirakınıza görə bir vətəndaş olaraq təşəkkür edirəm!

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Heç şübhə doğurmur ki, hər bir insan öz xalqı, vətəni, milləti ilə tanınır. Lakin tarixdə elə nadir insanlar, şəxsiyyətlər də var ki, onlar mənsub olduğu xalqı, vətəni, millətı tanıdır, şöhrətləndirirlər. Belə şəxsiyyətlərdən biri də ulu Tanrı tərəfindən seçilmiş ümummilli liderimiz Heydər Əliyevdir desək yanılmarıq.
Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında xüsusi bir iz buraxmışdır. Milli ruhda özünə qayıdış və özünüdərk proseslərinin başlaması, bu yöndə milli ruhun daşıyıcısı olan kadrların sovet imperiyasının pəncəsindən qoruması (B.Vahabzadə,Ə.Elcibəy və.s), dilimizin konsitutsiya ilə qorunması, paytaxtımızın milli tərkib baxımından yenilənməsi və.s kimi gördüyü islər, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə etdiyi böyük uğurlar məhz bu dövrlərdə başlamış, bu gün müstəqil dövlət olmağımızın, Azərbaycanımızın müasir beynəlxalq münasibətlərdə aparıcı yerdə olmasının əsas faktoru kimi çıxış etmişdir.
İndi qayıdaq 1993-cü ilin iyun hadisələrinə.....

Azərbaycan hərbi-siyası böhran içində idi. Vətəndaş müharibəsi qapımızı döyürdü. Bir tərəfdə səriştəsiz hökumət, digər tərəfdə keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr. 35 nəfər öldürülür, hökumət nümayəndələri girov götürülür və.s. Xalq nə edəcəyini bilmirdı, yeganə çıxış yolunu ulu öndərimiz HEYDƏR ƏLİYEVin hadisəyə müdaxiləsində görürdü. Həmişə xalqının ağır günündə həyan olan dahi rəhbər bu dəfə də dövləti xilas etmək, yeni qazanılmış müstəqilliyi qorumaq üçün paytaxt -Bakıya çağrılır. Ümummilli Lider qısa müddətdə bu tarixi missiyanın öhdəsindən layiqincə gəlir və Azərbaycanın ən ağır günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan şəxslərin hamısını siyasi-hərbi səhnədən uzaqlaşdırır.

Əslində bu məsələyə təkcə həmin gün Gəncədə baş verənlərdən yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılmas ilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunmasilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi.

Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə bağladı.

Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - ümummilli liderimizə tutdular.

O liderə ki, xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün vətəninə dönəndə o vaxtkı hakimiyyətdə olan "bambılı" və "qədeş" rəhbərlərin "səyi" nəticəsində paytaxtda yaşamağa imkan verilməmiş, buna görə də həmin vaxtlar öz tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə məcbur olmuşdu. Dəyər bilən naxçıvanlılar onu bağrına basdı və idarə etmə sükanını dahi şəxsiyyətə tapşırdı.

Bundan sonra müstəqilliyimizin əbədi olma prosesi məhz Naxçıvandan başladı. Qisa bir müddətdə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi. Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün xalqımız xoşbəxt anlarını yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti nəticəsində SSRİ adlanan imperiyanın xalqımıza “bəxş etdiyi” son mirasda öz həllini tapdı.

Torpaqlarımız erməni işğalından azad oldu. Məhz indi xalqımız sözün həqiqi mənasında müstəqilliyin bütün komponentlərini özündə ehtiva edən şəraitdə və firavanlıq içində yaşayır. Bu gün o hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasa idi, bu gün nəinki torpaqlarımızın düşmən tapdağından azad edə bilərdik, hec Azərbaycanın müstəqilliyindən, varlığından söhbət açmaq mümkün olmayacaqdı.

Yaxşı ki, xalqımız Heydər Əliyev kimi şəxsiyyət yetişdirmişdi......

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qisa olacaqdı.

Bir daha hər kəsi 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə təbrik edir, hamını Azərbaycan tarixinin yeni-yeni şərəfli səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm.

Gəlin bizdə daha layiqli insan, layiqli vətəndaş olaq!!!
Dövlətimizi sevək və qoruyaq!!!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gündən açıq havada maska taxılması ləğv edilirBu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

Avrasiya.net xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Bu gün Azərbaycanda tarixi gündür - 103 il...Bu gün Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunur.

Avrasiya.net xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldıKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Avrasiya.net bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında belə deyilir.

Qərara əsasən, 2021-ci il 31 may saat 06:00-dan:

- açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

- dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

- iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

- bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

- çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.

Qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə qüvvədədir.

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maska taxmaq tələbi ləğv edilib.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.
Dünya liderləri Prezidenti təbrik edirBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Zati aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

***

Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünlanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına firavanlıq, xoşbəxtlik arzu edirəm".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məıktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

***

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm".

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.

Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.

Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.

Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.

Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlatıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik mətbubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı izhar edir, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm".

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm”.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.
Açıq havada toylara HAZIRLIQ BAŞLADI - Qiymətlər bahalaşdı - VİDEOToyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub.

İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq.

Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur.

Marketoloq Sabit Məmmədov deyir ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər.

Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq.

Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.


Respondentlərin 84,6%-i Prezidentin Qarabağa qayıdışla bağlı fəaliyyətini yüksək qiymətləndirib - SORĞUSosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğusunda yer alan bəzi nəticələri açıqlayıb.

Qurumdan verilən məlumata görə, sorğu zamanı Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.

Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövr üçün respondentlərin əsas gözləntiləri ölkəmizin siyasi-iqtisadi gücünün artacağı (60,6%) və regionda mövqeyinin güclənəcəyi (51,6%), Ermənistan üzərində təsirinin daha da artacağı (46,9%) olub. Bundan başqa, respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını, 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.

Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74%), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8%), sosial problemlərinin həll edilməsinin (69,4%), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7%), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61%), əlillik dərəcələrinin düzgün təyin edilməs (63,3%) və vaxtında müəyyən olunmasının (67,6%), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8%), onlarla aidiyyatı orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51%), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7%) daha obyektiv nəzərə alınması qeyd olunub.

Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7%), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61%), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8%), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6%), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9%), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4%), Vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3%), bütün dünya azərbaycanlılarının Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6%), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3%), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3%) və informasiya müharibəsinə töhfə verməsinin (36,3%) göstəricisidir.

Prezidentin Qələbə tonqalını Şuşada Cıdır düzündə qalamasını 73.9% respondent qələbə, 72%-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65.2%-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64.7%-i vətənpərvərlik, 62.2%-i torpaq və bayraq sevgisi, 58.9%-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58.9%-i milli birlik, 58.4%-i ərazi bütövlüyü, 57.4%-i həmrəylik, 54.3%-i tarixi irsin xilası, 49.6%-i Qarabağda bərpa və quruculuq strategiya və planları kimi dəyərləndirib və bununla Prezidentin dünyaya mesajlar verdiyini bildiriblər.

Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin 84,6%-i tam, 12,2%-i qismən razıdır.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən respondentlərin 73,9%-i düşünür ki, Prezidentin Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir. Sorğuda iştirak edənlərin 68,9%-i Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür. Respondentlərin 67,8%-nin fikrincə, Prezidentin Şuşada Natəvanın abidəsinin açılışında iştirak etməsi, Vaqifin büstünü və məqbərəsini ziyarət etməsi Qarabağa xüsusi diqqətinin təzahürüdür. 67,2% respondent bu qənaətdədir ki, bu, Azərbaycanın tarixi-mədəni irsinə hörmətin, sevginin və qayğının, 61% isə Azərbaycanın öz tarixi və əzəli ərazilərinə sahibliyinin göstəricisidir.
Növbəti razılaşma: Qazaxın 7 kəndi, Kərki qaytarılır, üstəlik...Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.

Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.

İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan öncə erməni mediası razılaşmanın detallarını açıqlayıb.

Xatırladaq ki, Qaragöllə bağlı ötən gün saat 14:00-dan davam edən danışıqlarda Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edib.