Yaqub Eyyubovun oğlunun 1 milyardı dondurulduAzərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

Avrasiya.net Unikal-a istinadən xəbər verir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O, hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabiti külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.
Oğlu 4 nəfəri öldürən atanın intiharı - YENİ FAKTLARBeyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib. 58 yaşlı Loğman Cəlilov özünü asaraq canına qəsd edib. Onun oğlunun törətdiyi cinayətə dözməyərək intihar etdiyi iddia olunur.

Avrasiya.net xəbər verir ki, hadisə barədə Modern.az-a danışan kəndin bələdiyyə sədrinin müavini Cahangir Əliyev bildirib ki, Loğman Cəlilov ötən ay baş verən hadisədən sonra özünə qapanıb və kənd sakinləri ilə təmasda olmayıb.

“Məlum hadisə hər kəsə pis təsir etmişdi. Loğman Cəlilov oğlunun törətdiyi cinayətdən sonra kənd sakinlərinin arasına çıxmırdı. Polis ailəni nəzarətdə saxlayırdı. O, bir müddət qardaşının evində qaldı, sonra öz evinə, Tatallar kəndinə qayıtdı. Loğman çox mehriban, zəhmətkeş kişi idi. Onların digər ailə ilə aralarındakı ədavət belə vəziyyətə gətirib çıxardı.

Hadisədən sonra artıq hamı bilirdi ki, Fuada ağır cəza veriləcək. Əlbəttə, bu, bir ata üçün böyük dərddir. Loğman Cəlilovun illər öncə qızı intihar etmişdi. Daha sonra oğlunun belə olması, görünür, ona çox pis təsir edib”, - deyə sədr müavini vurğulayıb.

C.Əliyevin sözlərinə görə, Loğman Cəlilov təxminən bir neçə gün öncə özünü öldürüb.

Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.

Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar olurmuş.

Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
Ərdəbildə 56 məktəbli dəm qazından zəhərləndiƏrdəbil şəhərinin Fərzaneqan məktəbində 54 şagird dəm qazından zəhərlənib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ərdəbilin Tibb Elmləri Universitetinin nümayəndəsi Adil Sadiqi mediaya açıqlamasında deyib.

“İstilik sistemində yaranan nasazlıq ucbatından baş verən hadisə nəticəsində zəhərlənən şagirdlər şəhərin dörd xəstəxanasına yerləşdirilib və müalicə olunurlar”, - o bildirib.
Rauf Raif Denktaş anıldı - FotoQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu prezident Rauf Raif Denktaş vəfatının 11-ci ildönümündə məqbərəsində təşkil edilən mərasim və Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən proqramla anılıb.

Avrasiya.net xəbər verir ki, anım mərasiminə Denktaşın ailəsi, KKTC prezidenti Ersin Tatar, parlamentin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Yargıtay sədri Narin Şefik, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kıbrıs Sİlahlı Qüvvələrinin komandanı general-mayor Sezai Öztürk qatılıb.

Mərasimdə prezident Ersin Tatar xatirə dəftərini imzalayıb və çıxış edib. Çıxışdan sonra dua oxunub.

Ersin Tatar xatirə kitabında bunları yazıb:

“Biz qurucu prezidentimiz Aziz Raif Rauf R. Denktaşı sevgi və böyük həsrətlə anırıq.
Kıbrısda Türklük şərəfi ilə Kıbrıs Türk xalqının azadlığını və suverenliyini qorumaq və Kıbrısın bir yunan adasına çevrilməsinin qarşısını almaq üçün həmkarlarınızla başladığınız böyük və dastan olan mücadiləniz, mübarizə əzminiz və qətiyyətli mübarizəniz heç zaman unudulmaz.

Sizin rəhbərliyinizlə həyata keçirilən bu müqavimətlə Kıbrısın yunan adasına çevrilməsinin qarşısı alındı, Kıbrıs Türk xalqı isə öz azadlığını, müstəqilliyini, vətənini, dövlətini qazandı. Kıbrıs türk xalqı sizə minnətdardır.

Quzey Kıbrıs Türk Cümhuriyyəti, təməlində böyük zəhmətiniz, alın təriniz və dastan olan mübarizənizlə bizə ən böyük etibarınızdır. Biz bu yadigarı əbədi olaraq qoruyacağıq.

“Xalqım məni türk əsgərlərini Kıbrısa gətirən adam kimi xatırlasın” ifadənizi xatırlayarkən, Sizin “Quzey Kıbrıs Türk Cümhuriyyətini yaşat, Ana Vətən Türkiyəyə sarılın” vəsiyyətiniz də bizim ən böyük şüarımızdır.

Əziz öndərimiz, biz sizi unutmadıq, unutmayacağıq, xalqımızın və böyük türk millətinin qəlbində əbədi yaşayacaqsınız.

Ruhun şad olsun”.

Gəncədə kollecdə yanğın: 10 nəfər zəhərləndi - FotoGəncə Dövlət Regional Kollecində yanğın baş verib.

Avrasiya.net xəbər verir ki, yanğına elektrik naqillərində qeydə alınan qısa qapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Məlumata görə, 10 nəfər tüstüdən zəhərlənib. Onlar Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır.
Masallıda dəhşət - Şagird özünü məktəb binasından atdıMasallıda məktəbli qız intihara cəhd edib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Gürcü qanuni oğru Trabzonda güllələndiTürkiyənin Trabzon şəhərində “Rezo Tbilisski” ləqəbli qanuni oğru Revaza Lortkipanidze qətlə yetirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Praym Kraym” məlumat yayıb.

Məlumata görə, Lortkipanidze yanvarın 14-də naməlum şəxslər tərəfindən güllələnib.

Bildirilib ki, gürcü qanuni oğrunu öldürmək üçün 4 nəfər Bolqarıstan ərazisindən Türkiyəyə keçib.

Polis faktla bağlı araşdırmalara başlayıb.
İranda 9 nazirin impiçmenti parlamentə çıxarıldıİran Nazirlər Kabinetinin 9 üzvünün impiçment məsələsi parlamentin Rəyasət Heyətinin müzakirəsinə verilib.

Bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad deyib.

Onun sözlərinə görə, nazirlərin impiçmenti ilə bağlı tələbi 10 millət vəkili imzalayıb:

“Bu, son vaxtlar ölkədə hakim olan iqtisadi problemlər və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Hökumətin iqtisadi komandası daha koordinasiyalı şəkildə hərəkət etməlidir ki, insanlar bazarda gündəlik qiymət dəyişikliklərinin ağırlığını az hiss etsinlər”.
Oğul 4 nəfəri güllələdi, ata özünü öldürdüBeyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək özünü asıb.

Onun 25 yaşlı ailəli qızının da bir neçə il əvvəl özünü asaraq öldürdüyü bildirilir.

Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüb.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İranda daha 4 məhkum edam edildiİranın Rudan, Şiraz və Zahidan şəhərlərində narkotik maddələrin ticarəti və adam öldürməkdə təqsirləndirilən daha 4 məhkum edam edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilir ki, edam edilənlərdən biri Miraxan Məhəmmədi adlı 26 yaşlı Əfqanıstan vətəndaşıdır. Digərlərinin kimliyi bilinmir.