Sizin Reklam Burada

Tranzit ölkəyə çevrilən Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, həyata keçirdiyi güclü daxili və xarici siyasəti, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni - Zəfərimizi şərtləndirən başlıca amillər sırasındadır. Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmış və Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. "İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu qələbəni təsdiqləməsək, bu qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Bildiyimiz kimi, son iki il ərzində beynəlxalq əlaqələr müstəvisində, eləcə də ölkə daxilində Azərbaycan böyük nailiyyələr qazanmışdır. Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. "Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır", - deyə Prezident bildirib.

Yola saldığımız 2022-ci il Azərbaycan üçün uğurlu il oldu. Dövlət başçısının rəhbərliyi ilə bir çox irimiqyası layihələr ixra olundu və ölkəmizin nəqliyyat, tranzit və logistika potensialını daha da yüksəltdi. "Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır", - deyən Prezident bildirib ki, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb:"Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik.

Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. 2022-ci ildə Azərbaycanın nəqliyyat, tranzit və logistika "Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır", - deyən Prezident bildirib ki, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.

Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün mövcud nəqliyyat-tranzit potensialından geniş şəkildə istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan, dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.

Orta Dəhliz istiqamətində dövlət tərifindən ardıcıl siyasət aparılır. "Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq",- deyə Prezident bildirib.

Əlbəttə ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. O ciddi, ədalətli, hüquqi cəhətdən normal qaydalara əsaslanmalıdır. Bu səbəbdən, Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, həm də siyasi, hüquqi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla əlaqədə analiz edilir. "Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir", - deyən Prezident bu layihənin reallaşmasının bizim təbii hüququmuz olduğunu bildirib: "Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün".
Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib, - deyən dövlət başçısı Zəngəzur dəhlizinin reallaşmasının tarixi zərurət olduğunu bildirib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası ilə balı fikirlərini ifadə edib.
Azərbaycan Prezidenti geniş müsahibəsində ölkəmizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əhəmiyyəti, eləcə də uğurlu enerji siyasəti və digər məsələlərlə bağlı jurnalistlərin suallarınıgeniş şəkildə cavablandıraraq ölkəmizin bu günü və gələcəyə hədəfləri diqqətə çatdırıb.
Prezident İlham Əliyevin müsahibəsində regionda baş verən proseslər, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh prosesinin hazırkı vəziyyəti, bu yöndə qarşıda dayanan vəzifələr, eləcə də əhalinin sosial-rifahının yüksəlməsi ilə bağlı fikirləri deməyə əsas verir ki, Azərbaycanın yaxın gələcəklə bağlı strategiyası daha uğurlu gələcəyimizin təminata öz töhfəsini verəcəkdir.

İman Abduyev,
politoloq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər