Tiflisdə Saakaşvilinin tərəfdarları küçələrə axışdı - FotoGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə “Gürcü arzusu”nun ofisi qarşısında etiraz aksiyası başlayıb.

Aksiyada Vahid Milli Hərakat Partiyasının üzvləri, tərəftarları, liderləri və digər müxalifət üzvləri də iştirak edirlər.

Partiyanın liderlərindən olan Levan Xabeişvilinin sözlərinə görə, onların tələbi eks-prezident Mixail Saakaşvilinin həyat və sağlamlığının qorunmasıdır.

“Milli Hərəkat” liderlərinin dediyinə görə, Mixail Saakaşvilinin səhhəti çox ağırdır və bu, təcili addımlar atmağı tələb edir. Aksiya iştirakçıları həmçinin qeyd ediblər ki, bugünkü aksiyanın siyasi tələbi yoxdur və onların məqsədi yalnız eks-prezident Mixail Saakaşvilinin həyatını xilas etməkdir.

Qeyd edək ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.
Aslan İsmayılov Taleh Şahsuvarlını BAĞIŞLADIAzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış hüquqşünas Aslan İsmayılovla “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlı arasında bir neçə ildir davam edən məhkəmə çəkişməsinə son verilməsinə nail olub.

Avrasiya.net-in məlumatına görə, bu, Rəşad Məcidin Aslan İsmayılova müraciətindən sonra mümkün olub.

Belə ki, dekabrın 3-də Aslan İsmayılova müraciət edən Rəşad Məcid hüquqşünasdan “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlını bağışlamasını istəyib.

“Hörmətli Aslan müəllim, uzun müddətdir “Aznews.az” saytının rəhbəri, həmkarımız Taleh Şahsuvarlı ilə davam edən məhkəmə çəkişməsinin təfərrüatları diqqətimizdədir. Qeyd edim ki, T.Şahsuvarlı Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə müraciət edərək Sizinlə arasında yaranmış problemin mövcudluğuna görə dərin təəssüf hissi keçirdiyini , yazılarının sizdə yaratdığı narahatlığa görə üzrxahlığını bildirib, məhkəmə çəkişməsinə yol açan məqalələrin və Sizinlə bağlı sosial şəbəkələrdəki paylaşımlarının silinməsinə hazır olduğunu vurğulayıb. Aydın görünür ki, jurnalist cəmiyyətdə yetərincə səs-küy yaratmış bu insidentin uzanmasını istəmir, münasibətlərin normal məcrada qurulmasını, barışıq əldə edilməsini arzulayır.

Sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz”, - deyə Mətbuat Şurasının sədri müraciətində qeyd edbi.

Aslan İsmayılovun Rəşad Məcidə cavabı çox gecikməyib.

“Taleh Şahsuvarlının məhkəmə məsələsinə gəldikdə bildirirəm ki, mənim davam fərdlərlə yox, prinsiplərlədir. Uzun illər, hələ sovet dövründən Azərbaycan dövlətinin, xalqının maraqlarını şəxsi maraqlardan üstün tutan şəxslər sistemli şəkildə şər-böhtana, təhqirə məruz qalaraq nüfuzdan salındılar. Məqsəd isə xalqdan ancaq eyş-işrət, dedi-qodu ilə maraqlanan kütlə düzəltmək idi. Çox təəssüf edirəm ki, Azərbaycan müstəqil olandan sonra da bu ənənə davam etdi və sovet dövründən də eybəcər şəkil aldı. Nüfuzunu, qələmini qoruyan jurnalistlər kənara atıldı, şərəf-ləyaqətin, qələmin gücünün nə olduğunu bilməyənlər media kapitanları oldu. Sifarişlə, pulla insanları təhqir etmək, şər-böhtan atmaq ölkədə ən mükəmməl biznesə çevrildi. Məhz buna görə də sözün, məqalənin gücünü, əhəmiyyətini, heç mənasını da anlamayanlar jurnalistikada çoxluq təşkil etdi...

Hörmətli Rəşad bəy, mənim artıq bu yaşımda dövlətdən, hakimiyyətdən, xalqdan heç bir umacağım yoxdur. Yeganə istəyim dövlətimizin və xalqımızın firəvan yaşaması, uzun illər dədə-babalarımızın bizə qoyduğu əxlaqi, mənəvi mirasların qorunmasıdır. Bir daha bildirmək istəyirəm ki, mənimlə Taleh Şahsuvarlı və onu kimiləri arasında heç bir barışıq ola bilməz. Lakin Sizin xahişinizi nəzərə alaraq, yalnız Sizə olan hörmətimdən və mətbuatın bugünkü durumundan ciddi narahatlıq keçirdiyimə görə Taleh Şahsuvarlı barəsində 3 ilə yaxındır ki, davam edən məhkəmə prosesinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəm”, - Aslan İsmayılov cavabında bildirib.
Azərbaycan İrana nota verdiSon günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

Bu barədə Avrasiya.net-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilmişdir.

Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.
Məktəbli və müəllimlərin iştitakı ilə Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilibQuba rayon Hacıqayıb kənd tam orta məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Hacıqayıb kənd tam orta məktəbinin direktoru Şəmsəddin Feyzullayev, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Seydbala Əliyev bu əhəmiyyətli tədbiri Quba rayonunda yeniyetmə və gənclər üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Quba rayonunun Hacıqayıb, Hacıhüseynli, Davidoba, Əliməmmədoba, Qımılqışlaq kəndlərində və Gənclər qəsəbəsində yaşayan və təhsil alan məktəblilərdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda Hacıhüseynli kəndini təmsil edən “Turan” komandası birinci, Qımılqışlaq kəndinin eyniadlı komandası ikinci, Əliməmmədoba kəndinin “Bayraqdar” biliciləri isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.



Yunanlar bu adalara qoşun yerləşdirdi - FotoYunanıstan Midilli və Rodos adalarında hərbi təlimlər keçirib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, silahsızlandırılmış statusda olan hər iki adada təlimlər 2 gün davam edib.

Midillidə keçirilən təlimdə “Kiova”, “Apaçi” hücum helikopterləri, tank və artilleriya bölmələri iştirak edib.

Bundan əlavə, ABŞ-ın hədiyyə etdiyi 1200 ədəd M1117 zirehli texnikasının bir qismi təlimdə yer alıb.

Rodosda keçirilən təlimdə isə “RM 70” reaktiv yaylım atəş sistemindən istifadə edilib.
İctimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri sahəsində təlimlər keçirilirİctimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri sahəsində təlimlər keçirlir "Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yerli icra hakmiyyəti orqanları yanında yaradılmış İctimai Şuralara təlim dəstəyi” layihəsinin icra edir.

"Yerli icra hakmiyyəti orqanları yanında yaradılmış İctimai Şuralara təlim dəstəyi” layihəsi çərçivəsində noyabr ayı ərzində onlayn olaraq ZOOM üzərindən gənclər və ictimai fəalları üçün "İctimai iştirakçılıq haqqında qanunvericlik”, "İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, "İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanları”, "İctimai Şuranın institusional inkişafı məsələləri” mövzularında 6 onlyan təlim keçirilib. Təlimlər 2 peşəkar təlimçi, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Hafiz Həsənov və "Demokratiyanı öyrənmə” İB sədri ekspertimiz Mirəli Hüseynov tərəfindən aparılır.

Layihə fəaliyyətlərinin icrası regionda İctimai Şuralarda Region gənclərinin, ictimai fəalların rolunun artırılamasına, bölgələrdə ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların ictimai fəallığının artırılmasına çıxaracaq.
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşdüQəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İran Livandakı erməni təşkilatları ilə işbirliyindəİranın cinayətkar molla rejimi bütün istiqamətlərdən Azərbaycana qarşı təxribatlarını davam etdirir. Harada ölkəmizin maraqlarına qarşı fəaliyyət varsa, harada Azərbaycan və Türkiyə əleyhinə terror, diversiya planları hazırlanırsa, “İran” adlanan şər yuvasının emissarları orada “zuhur” edir, təxribatlara hərtərəfli dəstək göstərməyə çalışırlar.

Molla rejimi ilə bağlı gündəlik araşdırmalarımı davam etdirirkən diqqətimi Livanın Milli Xəbər Agentliyinin internet resursunda noyabrın 26-da yayımlanan bir xəbər çəkdi. Xəbəri olduğu kimi təqdim edirəm: “Livandakı Erməni Katolik Kilikiya Evinin katalikosu, patriarx Rafail Bedros XXI Minassiyan Beyrut arxiyepiskopu Georgi Assaduryan, Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyan və digərlərinin iştirakı ilə İranın Livandakı səfiri Moctaba Amani ilə görüşüb. Səfirin dostluq ziyarəti Livandakı İran səfirliyi ilə erməni patriarxlığının dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub. Bir saatdan çox davam edən görüşdə tərəflər İranla Ermənistan arasındakı əlaqələri, o cümlədən Ermənistanın qarşılaşdığı çoxsaylı çağırışlara qarşı İranın dəstəyini müzakirə ediblər”.

Təfərrüatına varmayacağam, amma Livandakı erməni kilsələrinin erməni terrorizminin əsas ideya və dəstək mərkəzlərindən biri olduğunu, düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə göndərilən muzdlular və terrorçularla bağlı əlaqələndirici missiyasını yerinə yetirən mərkəzlərdən biri də Erməni Kilikiya Evi və Beyrutdakı arxiyepiskopluq olub. Patriarx Rafail Bedros və Beyrut arxiyepiskopu Assaduryan həm İkinci Qarabağ müharibəsində ölkəmizə terrorçuların göndərilməsi, həm də vaxtilə işğal altında olan ərazilərimizdə, o cümlədən Laçında Livandan olan ermənilərin məskunlaşdırılması prosesinə rəhbərlik ediblər.

Muzdlular və terrorçular üçün maliyyə vəsaitlərinin bir hissəsi də, məhz Beyrut arxiyekiskopluğunda toplanılıb. İranın Livandakı səfirinin Erməni Katolik Kilikiya Evində keçirdiyi görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyanın iştirakı ilə bağlıdır. Görünür, İran ermənilərlə birlikdə, təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə əleyhinə ortaq təxribat planları üzərində işləyir və bu prosesi erməni terror təşkilatlarının, o cümlədən ASSALA-nın yerləşdiyi Luvan üzərindən həyata keçirmək niyyətindədir.

Elçin Mirzəbəyli
Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıbAğstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

"Report"un əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb