Fransa parlamentindən Azərbaycana qarşı təxribatçı BƏYANATFransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib.

256 deputat qətnamənin lehinə səs verib, əleyhinə səs verən deputat olmayıb.

Qətnamədə Azərbaycanın guya Ermənistana hücum etdiyi iddia edilir.

Qeyd edək ki, bundan əvvəl Fransa Senatı da Azərbaycana qətnamə qəbul edib.
Sülhməramlılar Qarabağa 14 ölkənin kəşfiyyatını buraxıbSülhməramlılar Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin edib.

10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Qarabağa Ermənistan və Rusiya vətəndaşlarının girişinə müəyən qədər şərait yaradılması razılığı olub, lakin bu, daha çox humanitar məqsədli səfərlərə aiddir. Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır.

İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndidə təbliğat kampaniyası aparan namizədləri də var idi.

Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir.

İstisna deyil ki, 14 ölkənin arasında İranın da adı var.

Canlı efirdə Şəfiqə Nağıyevaya tərbiyəsiz, əxlaqsız dedi - VideoXəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.

Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.

Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.
Senat eynicinslilərin nikahına HƏ dediABŞ Senatı eynicinsli və irqlərarası nikah hüququnu qoruyan “Evliliyə hörmət” adlı qanun layihəsini təsdiqləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Qanun layihəsinə Demokrat partiyası və 12 respublikaçı senator müsbət səs verib.

Ümumilikdə qanun layihəsini 61 senator dəstəkləyib, 36 nəfər əleyhinə çıxıb.

İndi qanun layihəsi təsdiqlənmək üçün Nümayəndələr Palatasına qaytarılacaq. Bundan sonra ABŞ prezidenti Co Baydenin imzası lazım olacaq.

Demokratlar qanun layihəsini ilin sonuna qədər qəbul etməyə tələsirlər. Yanvar ayından etibarən Konqresin tərkibi son seçkilərinin nəticələrinə görə dəyişəcək və aşağı palatada əksəriyyət respublikaçılara keçəcək.
İranın məğlubiyyətinə sevinən gənc BAŞINDAN GÜLLƏLƏNDİNoyabrın 29-da dünya çempionatında İran və ABŞ arasında baş tutan futbol oyununda İran millisi məğlub olub.

Avrasiya.net azmefia.az-a istinadən xəbər verir ki, İranın molla rejimi futbol məğlubiyyətinin qisasını xalqdan alıb.

Ötən gecə küçələrə axışan xalqa molla rejimi atəş açıb. Açılan atəş nəticəsində gənc oğlan Mehran Sumak başından aldığı güllə yarasından ölüb.
Zahidanda 24 yaşlı gənc edama məhkum edildiİran məhkəməsi daha bir sünni məzhəbli etnik bəlucu edama məhkum edib.

Avrasiya.net xəbər verir ki, 24 yaşlı gənc həkim İbrahim Rigi müharibə və yer üzündə fəsad yaymaqda ittiham olunub.

Rigi haqqında irəli sürülən ittihamları qəbul etməyib. Məhkum hökmün icrasına qədər Zahidan həbsxanasına köçürülüb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrınadək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.
Prezident jurnalistləri TƏLTİF ETDİPrezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Əhalinin banklardakı əmanətləri 30%-ə yaxın artıbAzərbaycanda əhalinin banklardakı əmanətləri bu il noyabrın 1-nə 11 milyard 500 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2,4% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 29,4% artıb.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında bu əmanətlərin həcmi 8 milyard 887.4 milyon manat təşkil etmişdi.
Aparıcı Azərlə Pərvin Abıyeva dalaşdı: "Sən küçə qadınısan" - VİDEOAktrisa Pərvin Abıyeva aparıcı Azər Zahidlə TikTok-da 300 manat və oyun üstündə dalaşıb.

Pərvin TikTok-da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib.

"300 manatımı ver. 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər", - deyə, Pərvin Azərin ünvanına söyləyib.

Onlar arasındakı mübahisə bundan sonra daha da qızışıb. Azər canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib.

"Sənin evində iki dənə papaqlı kişi var. Var idi, dünənə kimi... İnsan öz valideyninə qışqırarsa, çəmkirirsə və ya tanımadığı bir kişiyə nalayiq ifadələr işlədirsə o övladdır? O, tərbiyə görmüş qızdır? Sən tərbiyəsizsən, sən küçə qadınısan. Bu ifadələrimin arxasında dururam".







gundem.az