ABŞ Ukraynaya qırıcı verməyəcək
Dərc olunub:
30-11-2022, 07:48
Ukraynanı qırıcılarla təmin etmək ABŞ üçün prioritet deyil.
Avrasiya.net xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrick Ryder bildirib.
"Qırıcı təyyarələrə gəldikdə, biz onların saxlanılması və tələb olunacaq təlimlər haqqında düşünürük, ona görə də bu, bizim üçün təcili prioritet deyil', - ABŞ rəsmisi deyib.
Bu gün NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis bildirib ki, NATO üzvləri Ukraynaya MiQ-29 və F-16 qırıcılarının göndərilməsini müzakirə edirlər.