Krım körpüsünü “Sasna Çrer” partladıb – ArkovBeynəlxalq terrorizm çoxdan beynəlmiləl xarakter alıb. Bu gün Ukraynada baş verənlər də Rusiyanın bu ölkəni Qərb yaraqlılarından təmizləmək üzrə xüsusi əməliyyatıdır. Əvvəllər Rusiya Türkiyə ilə sıx əməkdaşlıqla bu işdə (Ankara və Moskvanın Suriyada İŞİD-ə qarşı birgə mübarizəsi - red.) Yaxın Şərqdə yüksək nəticəyə nail olub.

Bu barədə Axar.az-a müsahibəsində PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, məşhur rusiyalı politoloq Vitali Arkov bildirib.

“Məhz buna görə də biz bu gün dünyanın qaynar nöqtələrində Əl-Qaidə və İŞİD kimi sivil dünya tərəfindən tanınmış terror təşkilatlarından, PKK-dan, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin zonder-komandalarından və Ermənistanın Baş naziri Nikol Paşinyanın partiya statusuna qədər leqallaşdırdığı “Sasna Çrer” ultra-millətçi qrupundan olan radikallardan ibarət dəstələri görürük. Məhz həmin terrorçular Qərb havadarlarından sifarişlər qəbul edir və bu gün Rusiya ərazisində terror aktları törədirlər.

Təəssüf ki, onlayn kommunikasiya sistemlərinin inkişafı və bəzi Qərb dövlətlərinin və postsovet məkanının hakimiyyət orqanlarının himayədarlığı terror ideyalarının bütün dünyada sürətlə yayılmasına kömək edir. Nəticədə, tamamilə “dinc” görünüşlü insanların başına saatlı bomba qoyulduğu bir cəmiyyətdə yaşayırıq”, - deyə Arkov qeyd edib.

Qeyd edək ki, Krım körpüsündə partlayış işi üzrə 8 nəfər saxlanılıb, onlardan biri Ermənistan vətəndaşıdır.
Əcdadlarımızın vəsiyyətiGözümüzün önündə, bəlkə də gələcək yüzillərin yol xəritəsinin cizgilərini müəyyənləşdirən, təməlini atan, yölünü çəkən, körpülərini salan tarix yazılır... Sürətlə cərəyan edən hadisələrin içərisində yer almışıq deyə, bir çox hallarda baş verənlərə kənardan nəzər sala, yazılan tarixin hər sözünün, hər cümləsinin... böyüklüyünü görə bilmirik. Bu tarix əcdadlarımızın “göylərin sahibi” adlandırdıqları Xan Tanrı dağı qədər uca və müqəddəsdir. Bu tarix əcdadlarımızın vəsiyyətidir!

...Son 1 il ərzində Azərbaycan Prezidentinin qardaş türk dövlətlərinin liderləriylə keçirdikləri görüşlərdə, qarşılıqlı əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldilməsi və digər mühüm sənədlərin imzalanmasından sonra verilən bəyanatlarda bəzən bir, bəzən isə bir neçə dəfə təkrarlanan “Əcdadlarımızın vəsiyyəti” deyimi, sanki Türk Dünyasının çağdaş birliyi üçün leytmotiv xarakter daşıyır.

Eyni deyim Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, açılış mərasimlərində də səsləndirildi və Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafının “Əcdadlarımızın vəsiyyəti” olduğu bildirildi. Əcdadlarımızın vəsiyyəti isə təkcə dövlətlərimizin başçıları üçün deyil, bütövlükdə hər birimiz üçün istinad mənbəyi, söykəncək olmalıdır. Atalarımız, əcdadlarımız isə bizə bir olmağı, iri olmağı, diri olmağı vəsiyyət ediblər.
Atalarımızın bütün Türk Dünyasında, o cümlədən Azərbaycanda da dillər əzbəri olan Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində, həm də bugünümüzə bir çağırış var: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Bəli, bir olduqca, ulusumuz da, yurdumuz da, törəmiz də var olacaq. Birliyimizin kökləri isə tariximizdə, əcdadlarımızın vəsiyyətindədir. Tarix boyu məğlubiyyətlərimizin səbəbi öz tarixi köklərimizdən uzaq düşməyimizdə, zəfərlərimizin sirri isə özümüzə qayıtmağımızda olub.
Təxminən 1300 il öncə Bilgə Xaqanın ayrı-ayrı xaqların təsiri altına düşərək parçalanan, bölünən türk ulusuna etdiyi vəsiyyət bizə tarixin dərslərindən nəticə çıxarmağı tövsiyyə edir.

Şübhə etmirəm ki, Prezident İlham Əliyev qardaş Qırğızıstana səfəri çərçivəsində müstəqil inkişafımızın və birliyimizin yol xəritəsi haqqında danışanda, məhz tarixin yüz illərin arxasından boy verən həqiqətlərinə işarə edirdi...

Sitat: “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.

Azərbaycan Prezidentinin yuxarıda iqtibas gətirdiyim fikirlərindən söz və ifadə seçmələri etməklə, dəyərli oxucuların diqqətini müstəqil inkişafımızın və birgə gələcəyimizin təməlini təşkil edən ən mühüm amillərə yönəltmək istəyirəm.

“Müstəqillik”, “milli ləyaqət yolu”, “köklərimizə yaxın olmaq”, “ənənələrimizə, əcdadlarımızın vəsiyyətinə söykənmək”, “xalqlarımızın nadir mədəniyyətini qotuyub saxlamaq”... Təsəvvür edin, bütün bu söz və ifadələri yuxarıda misal gətirdiyim cümlədən çıxarırıq... Yerdə nə qalır? Heç nə! Çünki bu söz və ifadələr gerçək müstəqilliyin, hər kəsin sənə sayğıyla yanaşmaq və səninlə hesablaşmaq məcburiyyətində qaldığı milli ləyaqət yolunun, milli qürurun, şərəflə yaşamağın, öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmağının vahid düsturunu təşkil edən yüksək və həqiqi anlayışlardır. Milli ləyaqət yolu ilə getməyənlərin müstəqilliyi isə ən yaxşı halda rəmzi xarakter daşıya bilər. Tarixi köklərimizə bağlılıq milli identikliyimizi, dəyərlərimizi qorumaqla yanaşı, bizi birləşdirən və qürursuzlar qarşısında təklənməyə qoymayan yeganə vasitədir.

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyi də sübuta yetirdi ki, imperiya ambisiyalarını saxta nəzəriyyələr və gəlişigözəl anlayışlarla pərdələyənlərin niyyəti bizi fərdlərə bölməklə assimilyasiyaya uğratmaqdan, bir xalq və türk etnosu olaraq Yer üzərindən silməkdən, torpaqlarımıza, mədəniyyətimizə sahiblənməkdən ibarətdir. Bu axına qarşı dayanmağın yolu isə ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir! Son 200 il ərzində parçalanmalara, işğala, zülmə və saysız-hesabsız məhrumiyyətlərə məruz qalan Türk xalqlarının gələcəyi, istisnasız olaraq, bu həqiqəti alternativi olmayan reallıq kimi qəbul etməkdən ibarətdir. Və türk etnosunun öz liderlərinə münasibətdə dəyərləndirmələri də, məhz bu müstəvidə olmalıdır.

Bu xüsusda, Prezident İlham Əliyevin Qırğızıstanın dövlət başçısı ilə bağlı fikirlərinin, mahiyyət etibarilə daxilində çox ciddi mesajlar daşıdığı qənaətindəyəm.

Sitat: “Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır...”

Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur...

...Azərbaycan Türk Dünyasının birliyi üçün, indi, sadəcə ideoloji mərkəz olaraq, tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərindən inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir və bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Türk dünyası yeni potensial əldə edir”, birgə, təhlükəsiz, firavan və işıqlı gələcəyə yol çəkir. Tanrı dağlarından Qafqaza qədər uzanan MİLLİ LƏYAQƏT YOLUnun üzərindəki bütün maneələrin aradan qaldırılması isə, yenə də xalqlarımızın birliyindən, liderlərimizin aydın baxışlarından... keçir.

Prezident İlham Əliyevin Qırğızıstanda dediyi kimi, “Biz öz dillərimiz - ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik”.

Elçin Mirzəbəyli
İlham Əliyev – Müzəffər Ali Baş Komandan!2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.

Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən müddət ərzində Cənab Prezidentin rəhbərliyi altında əldə edilmiş uğurlar nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir. Cənab Prezidentin fəaliyyətinin ən böyük zirvəsini 44 günlük Vətən müharibəsi təşkil edir. Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.

Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər. 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü.

Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və düşmən işğalına son qoyulmasından artıq iki ilə yaxın vaxt keçib. Artıq iki ildir ki, ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan xilas olub. Artıq iki ildir ki, işğaldan azad edilmiş ərazilərimizə həyat qayıdıb. Qarabağın incisi, mədəniyyət beşiyimiz gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir.

Ötən hər gün aparılan bərpa və quruculuq işləri vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Yaxın vaxtlarda Zəngilanın Ağalı kəndinə soydaşlarımızınizləri olduqca sevindirmişdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində inanırıq ki, “Böyük Qayıdış” tezliklə reallığa çevriləcək və soydaşlarımız öz doğma el-obalarına qayıdacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Ukrayna 18 dəqiqəyə Rusiyanın 4 helikopterini vurduUkrayna Silahlı Qüvvələr 18 dəqiqə ərzində Rusiyanın 4 ədəd Ka-52 helikopterini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Ukraynanın cənubunda səhər saat 8:40-dan 8:58-dək Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri düşmənin ən azı dörd Ka-52 hücum helikopterini məhv edib”, - məlumatda qeyd edilib.
İlham Əliyev Qazaxıstana getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.
Ermənistan Azərbaycandan vaxt istəyibAzərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementləri Ermənistan tərəfinə təqdim etmişik.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, qarşı tərəf baza prinsiplərinin öyrənilməsi üçün vaxt istəyib:

"Hələ ki, Ermənistan tərəfindən reaksiya verilməyib. Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir".
Azərbaycanlı tələbə Rusiyada təltif edildi4-7 oktyabr tarixlərində Rusiya Federasiyası Kalmıkiya Respublikasında Xəzər dənizi ətrafı ölkələrin universitetlərinin 24-cü Baş Assambleyası keçirilib.

Tədbirdə Rusiya Dövlət Dumasının deputatları, Kalmıkiya Respublikasının rəhbər şəxsləri və dünyanın 52 təhsil ocağından 155-dən çox rəsmi nümayəndə daxil olmaqla, 500-dən çox yerli və xarici qonaq iştirak edib.

Assambleyada Azərbaycanı Kalmıkiya Dövlət Universitetinin rəsmi dəvəti ilə bu təhsil ocağının məzunu olmuş, hazırda Azərbaycan Texnologiya Universitetinin tələbəsi, YAP Sabunçu rayon təşkilatının fəalı Namiq Muradov təmsil edib.

Assambleya çərçivəsində plenar iclasda iştirak edən Namiq Muradov Kalmikiya Dövlət Universitetinin rektoru Badma Salayev tərəfindən təbliğat işlərində fəal iştirakına görə universitetin yaranmasının 50 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib.
Qurban Qurbanov: “Məğlub olmaqdan qorxmuruq”"Komandada son günlər yorğunluq hiss olunur. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik".

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar", - Qurbanov bu gün keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi Afinada “Olimpiakos”u məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb:

“Bu, sırf Ramil Şeydayevin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm”.

Təcrübəli məşqçi müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu söyləyib:

"Qalibiyyətlərimizin gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Elmira Axundova Kiyevdə deyil - Səfirliyə kim rəhbərlik edir?Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildiribdilər.

Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Yenisabah.az saytı Kiyevdəki səfirliyimizlə əlaqə saxlayıb.

Saytın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:

“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir”, - deyə cavabda bildirilib.

Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.
Əlilliyi olan xanımlar üçün təşkil olunan peşə kursları davam edir“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili” layihəsinin icrasına başlayıb.

Bu barədə Avrasiya.net-ə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. 22.09.2022-ci il tarixindən əlilliyi olan xanımlar üçün peşə kursları ardıcıl olaraq davam edir. Həftədə 2 dəfə olmaqla altı əlilliyi olan gənc xanım təliçmi stilist vizajist Xəyalə Əhmədovanın yanında saç, düzümü, vizaj, permanentin sənətini , digər dörd xanım isə həftə də iki dəfə olmaqla dırnaq ustası Könül Abasovanın yanında dırnaq qaynağı sənətini öyrənirlər. Layihə noyabr ayınən son gününə kimi davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq.