Xızı rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilibXızı rayonunda “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə, gənclər və gənc müəllimlərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Xızı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Abdulla Abasov çıxışında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində Xızı rayonunu da seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirmişdir.

Xızı rayonunun müxtəlif kənd və qəsəblərində yaşayan və təhsil alan 30 nəfər yeniyetmə və gəncdən ibarət komandaların bilik mübarizəsində “Sitalçay” komandası qalib adını qazanıb. “Dəmir yumruq” və “777” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 185 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.
Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da tədbirlərin keçirilməsi planlaşdırılmışdır.
İran Məhsa Əmininin ölüm səbəbini açıqladıMəhsa Əmininin ölüm səbəbi beyin hipoksiyasıdır. O, səkkiz yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Məhsa Əmininin meyitinin tibbi ekspertiza nəticəsində qeyd olunub.

Ekspertizanın gəldiyi nəticəyə görə, Məhsa Əmininin əvvəl ürək ritmi pozulub və qan təzyiqi enib:

“İlk kritik dəqiqələrdə səmərəsiz ürək-tənəffüs reanimasiyası nəticəsində beyni zədələnib. Xəstəxanaya köçürülməsinə və xəstəxananın tibb işçilərinin səylərinə baxmayaraq, xəstə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib”.

Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.
“Bizdə tələbənin intihar etməsilə bağlı məlumat yoxdur"Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2003-cü il təvəllüdlü tələbə Şəhriyar Səmədovun intihar etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova Modern.az-a açıqlamasında deyib ki, tələbənin intihar etməsi haqda deyilənlər hələlik öz təsdiqini tapmayıb:

“Bizdə tələbənin intihar etməsilə bağlı məlumat yoxdur. Qrup yoldaşlarının dediyinə görə, Şəhriyar gecə yatdıqdan sonra ayılmayıb. Hadisənin detallarını dəqiq bilmirik. Biz məsələni dərindən araşdırmağa çalışırıq. Əlimizdə dəqiq məlumat olduqdan sonra ictimaiyyətə açıqlayacağıq”.

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunubMilli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir.

30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

Beynəlxalq platformanın yaradılması məqsədilə Azərbaycanda ilk dəfə Milli Şəhərsalma Forumu keçirilir. Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçirilir. ölkəmiz ilk beynəlxalq şəhərsalma tədbirinə – “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi edir. 2 gün davam edən Forum 5-6 oktyabr tarixlərində Ağdam və Bakı şəhərlərində baş tutur. Qeyd edək ki, tədbir BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilir.

Cənab Prezident və birinci xanım Mehriban Əliyevanın, 40-dan çox ölkənin nümayəndələrinin, eləcə də BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun iştirak etdiyi Milli Şəhərsalma Forumunun açılışının keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi olduqca təqdirəlayiq hadisədir. Bu bir tərəfdən “Böyük Qayıdış”ın reallaşmağa başlamasının, Ağdama həyat əlamətlərinin qaytarılmağa başlamasının sübutudur. Digər tərəfdən erməni vəhşiliyinin ifşası baxımından Forumun açılışının Ağdamda keçirilməsi olduqca əhəmiyyətlidir.

İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.

Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.

Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq.
Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir.

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət kimi heç vaxt vətəndaşları arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoymayıb və bundan sonra da bu belə olacaq. Biz birbaşa Konstitusiya səviyyəsində təsbit etmişik ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir və Azərbaycan Respublikası dövlətin bütün vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Günel Səmədova
221 nömrəli tam orta məktəbin direktoru
Səlim Müslümov pulları bu qohumu vasitəsilə yığırmışRüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.

"Kriminalqafqaz" xəbər verir ki, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə S.Müslümov Ş.Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün S.Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə "otkat"ın miqdarı 20% olub.

Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün ƏƏSMN və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4.369.355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.

Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.
Bakıda 685 bal toplamış tələbə intihar etdiAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masallı rayon sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Türkiyə Prezidenti: "F-16"larla bağlı alternativimiz var"“Dünyada "F-16"ların da alternativləri var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, "S-400"ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri "F-16" qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cpzef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.
Bakıda yaş həddinə görə 16 məktəb direktorunun əmək müqaviləsinə xitam verilibÖtən dərs ilinin sonunda çalışmanın yaş həddinə çatdığına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu barədə İdarədən bildirilib.

Həmin məktəblər aşağıdakılardır:

101, 121, 135, 144, 204, 246, 261, 264, 269, 222, 242, 282, 290, 297, 315, 112 nömrəli tam orta məktəblər.
"Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcək"“Qarabağın və şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq” – cari ilin oktyabr ayının 5-də işğaldan azad edilmiş Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən cənab Prezident çıxışı zamanı bu fikirlərə yer vermişdi.

40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə keçirilmiş bu Forumda çıxış edən ölkə başçımız 30 ilə yaxın müddət ərzində tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistanın həmin ərazilərdə törətdiyi vandalizm siyasətindən və törətdiyi dağıntılardan geniş bəhs etdi. Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, ermənilər tərəfindən ərazilərimizdə törədilmiş dağıntılar müharibə zamanı deyil, məhz müharibədən sonrakı dövrə təsadüf edir. 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli ordumuzun əldə etdiyi zəfərdən sonra düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi.

Təəssüflər olsun ki, işğaldan azad edilmiş ərazilərimizdə mənfur düşmənin törətdiyi barbarlıq və vandallıq hər bir vətəndaşımızı dərindən üzmüşdür. Ortaya çıxan mənzərə mənfur düşmənin əsl simasını bütün dünyaya nümayiş etdirmiş oldu. Belə ki, yaşayış yerlərimizdə daşı daş üstündə qoymayan mənfur düşmən şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi-dini abidələrimiz dağıdılmışdır. Bütün bunlar erməni vəhşiliyinin bütün dünyaya nümayişi ilə yanaşı törətdikləri dağıntılarla işğal edilmiş ərazilərin onlara məxsus olmadığının bariz sübutu idi.

Ermənistanın törətdiyi dağıntılar heç bir zaman bizi ruhdan salmadı, əksinə qurub yaratmaq əzmimizi daha da artırdı. Müharibə bitdikdən sonra qısa vaxt ərzində dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtması üçün bərpa və quruculuq işlərinə start verdi. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri nəticəsində qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görüldü.

Belə ki, Azərbaycan dövləti tərəfindən ilk növbədə ərazilərimiz minalardan təmizlənməyə başlanıldı. Sonrakı mərhələdə isə avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edildi. Eyni zamanda azad edilmiş bölgələrdə elektrik, qaz və su xətləri çəkilmiş, yeni hava limanları inşa edilmişdir. Həyata keçirilən infrastruktur layihələri nəticəsində biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünyaya göstərmiş olduq.

Böyük Zəfərlə bitən Vətən müharibəsindən artıq iki il keçir. Əldə edilmiş qələbə nəticəsində artıq regionda yeni reallıqlar ortaya çıxmışdır. Ötən müddət ərzində baş verən hadisələr nəticəsində bu gün biz yeni çağırışlarla üz-üzəyik. Cənab prezidentin də qeyd etdiyi kimi bu çağırışlar Azərbaycan üçün, xalqımız üçün xoş çağırışlardır. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə dövlət başçımızın şəxsi nəzarəti altında böyük işlər görülür. Əminik ki, İlham Əliyev cənablarının rəhbərliyi altında qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra ediləcək və Böyük Qayıdış proqramı uğurla reallığa çevriləcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Rusiyada terror aktının qarşısı alındıRusiyanın Stavropol vilayətində İŞİD qruplaşması tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb.

Terror aktını hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Onların yaşayış yerlərindən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və elementlər, habelə məxfi rabitə vasitələri aşkar edilib.

Məlumatda qeyd olunub ki, terrorçuların nəqliyyat infrastruktur obyektində hazırladığı terror aktı baş tutmayıb. Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır.