“Buzovna bələdiyyəsi qazi və şəhid ailələrinə dəstəyini daim əsirgəmir”Bu gün Vətən Müharibəsi qazisi Elnur Rüstəmov özünü yandırıb. İddiaya görə, qazi Xəzər rayonunun Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq bu addımı atıb. Modern.az hadisəyə aydınlıq gətirmək üçün həmin rayonun deputatı Rauf Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin telefon zəngimizə deputatın köməkçisi Əfrasiyab Əmirov cavab verib. O bildirib ki, qazi Elnur Rüstəmov deputata hər hansı şikayətlə müraciət etməyib: “Qazi Elnur Rüstəmov 3-cü dərəcəli əlillik alıb. Elnur mənzil növbəsinə götürülüb. Onun qeydiyyatı Mərdəkan qəsəbəsindədir. Amma hazırda Buzovnada yaşayır. Gəlib deyib ki, məni niyə incidirsiniz, ancaq probleminin nə olduğunu söyləməyib. Yerli bələdiyyə tərəfindən həmişə ona kömək göstərilib. Bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq ilin sonunadək mənzillə təmin olunacaq”. (https://modern.az/aktual/367762/zunu-yandiran-qazi-ev-nvbesindeymis/)

Məsələyə aydınlıq gətirən Xəzər rayonu Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladovun Belediyye.infoya açıqlamasında bildirib ki, hadisənin bələdiyyənin də fəaliyyət göstərdiyi binada baş verməsi ürəkaçan hadisə deyil. Və onun hər hansı formada bələdiyyədəki özbaşınalıqla bağlanması düzgün deyil, həqiqiəti əks etdirmir Əslində onun özünü yandırması biz bələdiyyə qulluqçuları üçün də aydın deyil. Əslində qazi bizim bələdiyyə sədrinin və qulluqçuların fəaliyyəti sayəsində ölümdən xilas edilib. Təcili yardım maşını çağrılaraq xəstəxanaya yerləşdirilib.

Əlavə edək ki, bizim bələdiyyə daim qazi və şəhid ailələrini diqqət mərkəzində saxlayır. Hətta bir nəfər qazi bələdiyyəyə işə götürülüb. Davamlı olaraq onlarla görüşlər keçirilir, problemləri dinlənilir, bələdiyyədən asılı olan məsələlər dərhal öz həllini tapır. Bələdiyyədən asılı olmayanların müraciəti isə müvafiq orqanlara yönləndirlır.

Qazı Elnur Rüstəmova gəldikdə isə Mərdəkan qəsəbəsində qeydiyyatda olsa da Buzovna qəsəbəsində yaşayır və dəfələrlə etdiyi müraciətə bələdiyyədən dəstək verilib. Daim maliyyə dəstəyi də göstərilib. Ancaq bugün baş vermiş hadisə bələdiyyə üçündə anlaşılan deyil. Hazırda Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Çalışdığımız qədər qazi Elnur Rüstəmov sağalması üçün biz də bələdiyyə olaraq maliyyə imkanı daxilində dəstəyimizi göstərəcəyik.
G20-dən daha yaxşı vəziyyətdəyik - PutinRusiya büdcəsinin vəziyyəti G20 ölkələrindən daha yaxşıdır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətinin və BRİKS ölkələrindəki dostlarımızın iqtisadiyyatından xeyli yaxşıdır ”, - o deyib.

Putinin sözlərinə görə, Rusiyada əsas iqtisadi göstəricilərin aylıq dinamikası tədricən sabitləşməni və artım trayektoriyasına çıxışı nümayiş etdirir.
“Biz müharibəni uduzacağıq” - “Xüsusi hərbi əməliyyatı batırmışıq”“Bütün KİV-lərdə təbliğatçıların birgə xoru vardı. Onlar deyirdilər ki, bizdə hər şey necə də yaxşıdır. Düşmən qaçır, qaçır, qaçır... “Putin uğrunda”, “vətən uğrunda”, “din uğrunda”! Və sabah Kiyevdə olacağıq!...”.

Bunu Donbas separatçılarının liderlərindən, “rus dünyası”nın tərəfdarlarından biri, qondarma “dxr”-in “müdafiə naziri” vəzifəsini tutmuş məşhur İqor Strelkov(Qirkin) rus ordusunun Xarkovdan qaçışını və Moskvadakı Kreml təbliğatçılarının buna münasibətini şərh edərkən bildirib.

Strelkov deyib ki, əvvəlcə Kiyevin tezliklə ələ keçiriləcəyi bildirilirdi, indi isə bu gedişlə rus ordusunun tam məğlubiyyəti qaçılmaz görünür: “Biz artıq çoxdandır Kiyevdə deyilik. Qostomeldə də deyilik, hansı ki, bizim xüsusi təyinatlıların qanı ilə hopdurulub. Bu şərtlər daxilində biz nəinki “xüsusi hərbi əməliyyat”ı batıracağıq. Halbuki, onu onsuz da batırmışıq. Biz müharibəni də uduzacağıq”.

Xatırladaq ki, Strelkov daha əvvəl də Müdafiə naziri Sergey Şoyqu və digərləri daxil olmaqla, Rusiya hərbi-siyasi rəhbərliyini kəskin şəkildə tənqid edib. Son zamanlar isə artıq Putini də hədəfə götürüb və Rusiyanın məğlubiyyətləri artdıqca, Strelkovun ritorikası da kəskinləşir.
Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdırDaha bir qazi özünü yandırıb.

Avrasiya.net-in məlumatına görə, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər.

Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.
Qızım uşağa zəhər verəndən sonra boğub - Dəhşətli qətlin təfərrüatıBakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub.

Avrasiya.net xəbər verir ki, körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb.

“Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam. Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”.

Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış.

“Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib.

Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.


Həbsdəki iş adamından Əvəz Zeynallıya şok ittihamBu gün "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov sərbəst ifadə verib.

O "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallının həbsindən danışıb:

"Əvəz jurnalist deyil, cinayətkardır. Mənə neçə ildir təzyiq edir. Məndən uzun illər ərzində rüşvət tələb edib. Bu gün də mənim uşaqlarımı hökumətə qarşı qaldırmaq istəyir. Gizli nömrələrdən uşaqlarıma zəng gəlir, onları hədələyirlər. Deyiblər ki, hər şeyinizi əlinizdən alacaqlar".

Daha sonra prokuror Rasim Məmmədovun dediklərinə münasibət bildirib:

"Rasim Məmmədov Əvəz Zeynallının cinayət əməli ilə bağlı kifayət qədər məlumat verdi. Bu məlumatlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir".

Rasim Məmmədovun digər vəkilləri vəsatət veriblər. Onlar Elçin Sadıqovun həbs olunduğunu deyib, vaxt istəyiblər: "Elçin Sadıqovla bağlı şikayət verilib. Ola bilsin ki, qərar dəyişər, Elçin Sadıqovun yenidən işə qayıtması mümkün olar".

Hakim isə prosesin davam etdirilməsinə qərar verib. Deyib ki, Elçin Sadıqovdan əlavə Rasim Məmmədovun iki vəkili var, prosesin təxirə salınmasına ehtiyac yoxdur.

Bundan sonra Rasim Məmmədov sərbəst ifadə verib. O deyib ki, 2008-ci ildə 7 milyon manat verib, zavodun 25 faizini alıb, 2011-ci ildə isə zavodun qalan 23 milyon manat olmaqla, ümumilikdə 30 milyon manat verib, zavodu tam alıb.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.
201-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladıRusiya müharibənin 201-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 293 təyyarəsi, 153 helikopteri, 1938 PUA-sı, 374 zenit-raket kompleksi, 4891 tank və digər zirehli texnikası, 831 reaktiv yaylım atəş sistemi, 3379 artilleriya və minaatanı, 5499 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib - FOTOLARAzərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" layihəsi çərçivəsində Tovuz rayonunda tədbir keçirib.

Tovuz Rayon Gənclər Evində baş tutan görüşdə otuza yaxın şəhid ailəsi və qazilər iştirak edib.

Layihə rəhbəri Səməd Vəkilov rəhbərlik etdiyi Müvəkkil Hüquq Mərkəzinin şəhid ailələri və müharibə iştirakçıları ilə işləməkdə böyük təcürbəsi olduğunu uzun illər bu sahədə davamlı olaraq fəaliyyət göstərdiyini bildirdi.

S.Vəkilov qeyd etdi ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də məhz şəhid ailələri, müharibə iştirakçılarına, qazilərin hüquqlarının təmin olunmasıdır.

O, bildirib ki, təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il bu sahəni dəstəkləyən layihələr həyata keçirir.

Görüşdə iştirak edən Qovlar Şəhər Bələdiyyəsinin sədri Rövşən Əsgərov şəhid ailələri və müharibə iştirakçılarına qayğı göstərməyin hər bir kəsin borcu olduğunu bildirdi. R.Əsgərov bu kateqoriyadan olan həssas təbəqəyə qayğı göstərilməsində dövlət qurmları, Qeyri-Hökümtət Təşkilatları və bələdiyyələrin öz gücünü birləşdirməsinin faydalı olacağını bildirdi.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Azər Fərmanzadə layihənin vacibliyini qeyd edərək sözügedən həssas sosial təbəqə ilə bağlı bu cür layihələrin davamlı olmasını səmərəli olacağnı bildirdi.

Tədbirdə Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu iştirakçıları maraqlandrıran suallara cavab verdi. Layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər təqdim edildi. Hüquqi yardıma ehtiyacı olan şəxslərin qeydiyyatı aparılaraq layihə çəçivəsində hüquqi yardımlar göstəriləcəyi barədə məlumat verildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon təşkilatının sədri Tofiq Rəhimov və təşkilatın fəxri üzvü Əsgər Əsgərov, Fərrux Hacıyev, Rahim Qədimovda iştirak ediblər.