Rusiya Ukraynaya 400 min əsgər göndərə bilər
Dərc olunub:
12-09-2022, 08:52
Rusiya daha 300-400 min şəxsi müharibəyə cəlb edə bilər.
Bunu Ukraynanın ehtiyatda olan polkovniki, hərbi əks-kəşfiyyat üzrə ekspert Mixail Pritula deyib.
"Onlar Putinin dövründə böyüyüb zombiləşiblər. Müharibəyə göndəriləcək bu şəxslərin yalnız 2-3%-i düşünə bilir", - o bildirib.
Qeyd edək ki, Ukrayna rəhbərliyinin verdiyi məlumata görə, bugünədək ümumilikdə 53 minə yaxın rusiyalı əsgər müharibədə öldürülüb.