Zelenski: Putinlə danışmayacam!
Dərc olunub:
12-09-2022, 08:54
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.
Ukrayna dövlət başçısı ultimatum səsləndirənlərlə danışıqlara getməyəcəyini bildirib.
"Bu gün yox. Mən onların (Rusiya - red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır - o (Putin - red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir - ultimatum səsləndirənlərlə danışmayacam”, - Zelenski bildirib.