Sizin Reklam Burada

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlama

İran ali lideri vəfat etdi? – Səfirlikdən açıqlamaİki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, - deyə bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər