Çoxtərəfli formatda səmərəli əməkdaşlıqDünyanın siyasi arenasında yerini və çəkisinimöhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dünya ölkələrinin, həmçinin türkdilli dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfəri əlamətdar hadisələrlə yadda qalmışdır. Öncə onu vurğulayaq ki, iki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz qazaxlar hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Bununla yanaşı, xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.

Dövlət başçılarının görüşündə ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanmış, ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilmişdir. İmzalanmış sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu bəyannamə qarşıdakı dövrdə iki ölkə arasında münasibətlərin inkişafı üçün baza rolunu oynayacaq. Xüsusən də Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd olunması xarici siyasətimizin növbəti uğurudur.Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi, Şuşa və Türküstanın qardaşlaşması dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində, eləcə də 44 günlük Vətən müharibəsində müharibəsində zəfərimizin nəticələri ilə bağlı birmənalı olaraq ölkəmizin yanında olduğunun real və praktik təzahürüdür.

Əminliklə söyləyə bilərik ki, Kasım-Jomart Tokayevin bu səfəri Azərbaycan-Qazaxıstanəməkdaşlığının daha da genişlənməsinə mühüm töhfəverəcək. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlarçərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur. Səfər zamanı Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif etməsi isə birbaşa ölkə başçısının iki dövlət arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə verilən ən yüksək qiymətdir.

Anar Məmmədov,
Milli Məclisin deputatı
"Pakistan xalqına kömək edən hər kəsə təşəkkür edirəm”Pakistanda musson iqliminin gətirdiyi yağışlar 1000-ə yaxın insanın həyatına son qoyub. Daşqınlardan zərər çəkənlərin sayı 30 milyona çatıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Baş vermiş hadisənin detalları və görüləcək işlər barədə açıqlama verən strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab bildirib ki, hadisə nəticəsində insan tələfatı ilə yanaşı, çox sayda adamın əmlakına ciddi zərər dəyib.

“Hazırda Pakistanda vəziyyət həqiqətən çox pisdir. Daşqınlar nəticəsində hökumət binaları, yaşayış yerləri, bazarlar, yollar, körpülər dağılıb. İnsanlarla yeganə əlaqə yalnız havadan mümkündür. Baş vermiş hadisə nəticəsində təkcə insanlar deyil, digər canlılar – heyvanlar, bitkilər də məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Avqustun əvvəlində hökumət təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Xilasetmə əməliyyatlarına Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri cəlb olunub. Hazırda pakistanlı xilasedicilər hələ də daşqınların baş verdiyi bir çox ərazilərə çata bilmirlər. Bununla belə BMT Pakistana 3 milyon dollar dəyərində yardım ayıracağını bildirib”.

Qayser Nəvvab daşqınların yaratdığı fəlakətin aradan qaldırılması istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirdi ki, bu dost və qardaş Pakistan xalqı tərəfindən yüksək qiymətləndirilir:

“Biz hazırda zərərçəkmiş ailələrə yardımların edilməsi, ianələrin toplanması və çatdırılması üçün köməklik edirik. Ən böyük problem enerji ilə bağlıdır. İki gündür ki, təbii fəlakət nəticəsində evsiz qalan insanları sığınacaqlara yerləşdirib onları geyim və ərzaqla təmin etməyə başlamışıq. Bu istiqamətdə Pakistan xalqına kömək edən hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabında Pakistan Xarici İşlər Nazirliyinin paylaşımını “retvit” edib.

“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik. Biz Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik. Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”, - paylaşımda deyilir.

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Ərdoğan danışıq zamanı Pakistanda güclü musson yağışlarının səbəb olduğu sel fəlakəti ilə bağlı keçmiş olsun diləyini çatdırıb. Dövlət başçısı həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Türkiyə Prezidenti hər zaman olduğu kimi bu çətin gündə də Pakistan xalqına hər cür dəstək verməyə hazır olduğunu bildirib.
"Dəmir Yumruq" devizi  altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub27-28 avqust tarixlərində “RM”İdman Klubu“ və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının”, birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" devizi altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.

Festivalda Braziliya Ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar keçirilib.

Yarışlara müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb.
Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz səsləndirilib.
Açılış sözü ilə çıxış edən Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. O, sevinc hissi ilə "Dəmir yumruq" simvolu olan Ordumuzun artıq Laçında olduğunu bildirərək, bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə, Milli Ordumuza və müzəffər Ali Baş Komandanımıza borclu olduğumuzu vurğulayıb. A.Acalov qeyd edib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir. Ona görə də bu gün belə ruh yüksəkliyi ilə, məmnuniyyətlə birlikdə yarış keçiririk.

Daha sonra söz "RM" İdman Klubunun icraçı direktoru Tural Cavadova verilib. T.Cavadov iştirakçıları və bütün azərbaycanlıları tarixi torpağımız olan Laçının işğalçılardan azad edilməsi münasibətilə təbrik edib. O, Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini qeyd edib. "Dəmir yumruq" devizi altında keçirilən idman turnirində iştirak etməyin böyük bir uğur olduğunu vurğulayan icraçı direktor bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.

Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

Qeyd edək ki, yarışlar iki gün davam edib. 27 avqust tarixində həvəsakar idmançılar öz güclərini sınayıb, növbəti gün isə peşəkar idmançılar arasında döyüşlər davam edib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.



Yazıçı-publisist Aydın Tağıyevin 70 illik yubileyi qeyd olunubYazıçı-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Şabran rayon bölməsinin rəhbəri Aydın Tağıyevin anadan olmasının 70 illik yubileyi qeyd olunub.

Şabran rayon İcra Hakimiyyətində baş tutan tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev yubilyarı təbrik etmişdir. Aydın Tağıyevin yaradıcılığından bəhs edən İlkin Ağayev bildirmişdir ki, ədib neçə-neçə kitabın, saysız əsərin müəllifidir. Şabran rayonunun tarixinin tədqiqində, öyrənilməsində əvəzsiz xidmətləri olan Aydın Tağıyevin həyat və yaradıcılığının gənclərə örnək olmasını bildirən İlkin Ağayev ona gələcək həyatında yeni-yeni nəaliyyətlər arzulamışdır.

Daha sonra çıxış edən yubilyarın dostları, sənət yoldaşları və rayon ictimaiyyət nümayəndələri də həmçinin Aydın Tağıyevi təbrik etmiş, ona möhkəm can sağlığı arzulamışdır.

Sonda Aydın Tağıyevə rayonun ictimai həyatında göstərdiyi səmərəli xidmətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur.

Şabran rayon İcra Hakimiyyəti bir daha Aydın müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı arzulayır!


Müslümov şəhid ailələrinə ayrılmış pulları mənimsəyibBakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında qeyd edilibki, Tovuz rayonunda şəhid ailələr üçün evlərin tikilməsinə görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir hissəsi S.Müslümov vasitəsi ilə mənimsənilib.

Bundan başqa, S.Müslümovun himayədarlığı ilə Nicat MMC və Real H MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb.

Cinayət matereallarında göstərilib ki, o, müharibə iştirakçıları üçün tikilən evlərlə bağlı mənimsəmə faktlarına yol verib.

Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
“Tarixin özü, yoxsa Əli Kərimlinin üzsüzlüyü?!”- Ramiz Alıyev yazırLiviyada, Suriyada və digər vətəndaş müharibəsi gedən ölkələrdə, eyni zamanda bir çox dövlətlərin ərazilərində olan münaqişələr təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində məhz Azərbaycanda da baş vermişdir. İndiki gənclərimiz o qara tarixi yaşamayıblar. Elə yaxşı da ki, yaşamayıblar! Ancaq biz təəssüflər olsun ki, uşaq olsaq da həmin faciəli günləri yaşamışıq və şahidi olmuşuq! Həmin dövrdə nə BMT, nə digər beynəlxalq təşkilatlar, nə də xarici dövlətlər ölkəmizdə olan vətəndaş müharibəsinə ciddi bir reaksiya vermir və heç bir barışdırıcı mövqe sərgiləmirdi. Səbəb də məlum idi: “parçala və hökm sür”! Bunun nəticəsi olaraq tarixi ərazilərimiz Ermənistan tərəfindən işğal olundu! Bir milyon qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarından zorla çıxarıldı, on minlərlə şəhid verdik, soydaşlarımız yaralandı, əsir götürüldü, bir sözlə, böyük bir faciə yaşadıq! Hələ də həmin tarixi xatırlayanda insanlarımız göz yaşlarını saxlaya bilmir! 30 il biz bu dərdlə yaşadıq! Ölkə talan olunmuşdu, həm daxildən- o vaxtki hakimiyyət nümayəndələri tərəfindən, həm də xaricdən - qonşu dövlət tərəfindən! Bilirsiniz, bu, gənc müstəqil dövlət və xalq üçün çox ağrılı bir tarix idi. Faciə qurbanı olan bir xalqa öz dövləti sahib çıxa bilmirdi, ya da çıxmaq istəmirdi! Ölkənin hər bölgəsində separatizm hökm sürürdü. Paytaxta isə hakimiyyət üstündə savaş gedirdi, bütün ölkə boyu aclıq və çörək növbələri mövcud idi. Tarixi torpaqlarımız isə hər gün işğala məruz qalırdı. Belə bir dövrdə hakimiyyət təmsilçiləri xalqın qarşısana çıxmır və ancaq hakimiyyət uğrunda bir-birləri ilə mübarizə aparır və büdcədə qalan vəsaiti talayırdılar. Belə bir dönəmdə xalqın ziyalılarının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəlir və üzərinə böyük yük götürür: həm ölkənin xilası, həm də qardaş qırğının qarşının alınması. Həmin tarixdə iki yol var idi: ya müasir Azərbaycanın var olması, yaxud da məhv olması. Həmin dövrü xatırlayanlar bilir söhbət nədən gedir. Ölkə səfalət içində idi, xalq acından qırılırdı, bir tərəfdən qardaş qırğını baş verir, digər tərəfdən isə həm separtizm, həm də ərazilərimizin işğalı baş verirdi. Hakimiyyətdə təmsil olunanların bir hissəsi paytaxtdan qaçmışdılar, bir hissəsi isə evində ya da səfirliklərdə gizlənmişdi. Bu tarixdir, yəni kimsə bu tarixi dana bilməz! 30 il öncə baş verən bir tarix! Hətta yadımdadır ki, Ümummilli Lider Heydər Əliyev o vaxt Gəncədə baş qaldıran qiyamçılarla və şəxsən qiyamçı dəstənin başcısı olan Sürət Hüseynovla görüşə gedəndə hakimiyyət nümayəndələrinə təklif etmişdi ki, gəlin gedək, ancaq o vaxtki hakimiyyət təmsilçilərindən heç biri bu səfərə qatılmamışdır. Bu, sadəcə bir fəlakət idi. Özlərinin necə qorxaq və rəzil olduqlarını xalqa göstərmiş oldular! Başqa cür ola da bilməzdi! Bir hakimiyyətdə ki, o cür klonlar oturmuşdu onlardan başqa nə gözləmək olardı?!

Ulu Öndərin Gəncə səfəri baş tutdu və qiyam dayandı, daha sonra cənubda və şimalda baş verən separatizmlərin də qarşısı alındı. Bütün bunları sözlə demək bəlkə də çox asandır, ancaq həmin tarixi anların necə çətinliklə baş verməsini həmin dövrdə yaşayanlar çox yaxşı bilir. Mümkünsüzü mümkün edən şəxsiyyətin əziyyətləri, yuxusuz gecələrinin sayəsində oldu, həyatına təhlükələr, ölüm təhdidləri, ona qarşı olan terror və s… Daha sonra Ermənistanla atəşkəsin razılaşması və ölkəmizin inkişaf strategiyasının qurulması başladı. Bütün bunlar baş verərkən AXC-Müsavat başbilənləri harada və nə işlə məşğul idilər? Bu sual maraqlı deyilmi?! Əlbəttə, maraqlıdır! Səfirliklərin zirzəmilərində gizlənmişdilər Surət Hüseynovun, Əlikram Hümbətovun və digər qiyamçı və seperatçıların qorxusundan.

Bir hakimiyyətinki, Prezidenti qaça, digər rəhbər vəzifələrdə təmsil olunanlar isə klon kimi ortada şou göstərə, yaxud gizlənə, belə hakimiyyət təmsilçilərini unutmaq olar? Əlbəttə yox! Bu gün kitab rəfinin qabağında oturub xaricdə erməni lobbisindən qrantlar alıb Youtube kanalı açan “zurnalist”lərə hər gün müsahibələr verən Əli Kərimli "Həmin dövrdə harda idi" sualına az öncə mən özüm cavab verdim, əslində!

Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm qurulan müasir Azərbaycan tarixi bir şəxsiyyətə, dünya siyasi arenasında xüsusi nufuza malik olan İlham Əliyevə həvalə olundu. Onun məsuliyyəti daha da böyük idi. Dahi Ulu Öndərdən sonra ölkənin müstəqilliyini qorumaq, daha da inkişafa aparmaq, xalqın rifahını yüksəltmək, ordunu gücləndirmək, sabitliyi qorumaq və s. Bütün bunlarla yanaşı, ən böyük tarixi gün gözləyirdi cənab İlham Əliyevi- hər bir azərbaycanlının qəlbində sağalmaz yara bağlayan, 30 il əzində hər gün yuxudan o ümüdlə qalxdımız işğal altında olan torpaqlarımızın azad olması günü! Bunun üçün böyük addımlar atmaq, iqtisadiyyatı gücləndirmək, ordu quruculuğunu möhkəmləndirmək, xalq arasında milli birlik yaratmaq, uğurlu xarici siyasət qurmaq və s. Bütün bunları həyata keçirmək üçün vətən, xalq sevgisi, ata vəsiyyətini hər an yadında saxlamaq, səbr, yüksək intellekt, siyasi bacarıq, qətiyyət və sonda da Dəmir Yumuruq lazım idi! Şükürlər olsun ki, bu sadaladıqlarım və daha çox müsbət keyfiyyətlərin hər biri cənab İlham Əliyevdə cəmlənib. Xalqımızın ona olan inamı, sevgisi heç bir zaman tükənmədi, çünki Azərbaycan xalqı müdirik və qədirbilən xalqdır! Bu xalq heç bir zaman 90-cı illərdə başına gətirilən bəlaları unuda bilməzdi, Ulu Öndərin canı bahasına qoruduğu, inkişaf etdirdiyi ölkənin məhv olmasına imkan verməzdi və vermədi də! Tarixi anı yetişdirən Allah özü xalqımıza kömək oldu və onun sərkərdəsinə böyük güc verərək igid əsgərlərinin sücəti ilə torpaqlarımız 30 ildən sonra düşməndən azad olundu, düşmənə Dəmir Yumuruğun gücünü göstərildi! Düşməni torpaqlarımızdan qovan igid əsgər arxaya baxmadan irəliləyirdi, çünki o əmin idi, öz Ali Baş Komandanından, xalqından! Bilirdi ki, onun Müzəffər Ali Baş komandanı heç vaxt geriyyə addım atmaz! Bu çox böyük amildir! Xatırlayıram, birinci Qarabağ müharibəsində bizim igidlərmiz canlarını fəda edərkən onların nə Ali Baş Komandanı nədə müdafiə naziri var idi onların arxasında. Bu həqiqətən də bir ölkə üçün fəalkət idi.

Ancaq 2020-ci ildə baş verən Vətən müharibəsində irəli atlılan əsgər bilirdi ki, onun güclü dövləti, Müzəffər Ali Baş Komandanı var. Şükürlər olsun igid əsgərlərimiz öz sərkərdələrinin əmrlərini layiqincə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi! Çətin olsa da biz xalq olaraq bunu birlikdə bacardıq! Bütün xarici təsirlərə baxmayaraq öz liderimizin ətrafında sıx birləşdik! Başqa cür ola da bilməzdi, çünki bizim də öz Ulu Öndərimizə bir vəfa borcumuz, bir sədaqət andımız var idi-sona qədər onun qoruduğu müstəqilliyimizi, birliyimizi qoruyub, tarixi torpaqlarımızı düşməndən azad edib, onun layiqli siyasi varisi olan cənab İlham Əliyevin yanında sədaqətlə qalacağıq! Ancaq təəssüfər olsun ki, tarixi unudan, üzsüzlük sindiromundan əziyyət çəkən Əli Kərimli kimi “youtube siyasətçisi” sanki keçmişi unudur, ya da unudulduğuna inanır. Vətən müharibəsindən öncə torpaqlarımızın heç bir zaman azad olmayacağını əminlik deyərək özünü güclü siyasətçi sayırdı, daha sonra isə biabır olduğunu görüb yenidən insanların beyinlərinə təsir etmək üçün Laçın rayonu haqqında çıxışlar etdi, yalan dolu maşınını işə saldı, onun da nəticəsiz olduğunu görərək başqa yollara əl atdı. Saymaqla bitməyən səhvəri, xəyanətləri olan, siayasətdən kənar bir adama düşünürəm ki, elə ən böyük cəzanı xalqımız özü verib! İllərdir ki, müxalifətdə qalıb boş-boş danışmaqla məşğuldur. Hakimiyyətdə olarkən etdiyi səhvələrini, ölkəmizə olan xəyanətlərini anlamayan bir adam necə durub xalqın adından danışa bilər?! Ölkəmizə qarşı düşmən olan dövlətlərin xüsusi xidmət orqanlarının əlaltısına çevrilən, səfirliklərin maşası olan bir adam ancaq belə ola bilər deyə, düşünürəm! Biz isə xalq olaraq nə keçmişimizi unuduruq, nə də bizə əmanət olunanlara xəyanət edirik! Dünyanın heç bir gücü bizim birliyimizi əlimizdən ala bilməz, çünki biz indi daha da birlik göstərməyə, daha da öz liderimizin ətrafında sıx birləşməyə borcluyuq!

Politoloq Ramiz Alıyev

"V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksçuları tarix yazdılar"V İslam Həmrəyliyi Oyunlarında hakim kimi ədaləti qorudum. Bu, həm də böyük beynəlxalq təcrübə idi. Hansı məsuliyyət daşıdığımı yaxşı dərk edirdim. Bu cür mötəbər yarışda təmsil olunmaq və prosesin içində iştirak etmək ayrı hisslər idi. V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etməkdən qürur hissi keçirirdim.

Bu sözləri Avrasiya.net-ə Azərbaycan Kikboksinq Federasiyasının beynəlxalq “A” dərəcəli hakimi Aydın Ağabəyov deyib.

A.Ağabəyov bildirib ki, Azərbaycan kikboksçuları yarışda uğurla çıxış ediblər: “Azərbaycan kikboksçularının uğurlu çıxışları, əlavə stimul idi. Kikboksinq üzrə millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 15 medal qazanıb. Millimizin medal sıralamasında ilk "üçlüy"ə düşməsi Azərbaycanda kikboksinq hansı səviyyədə inkişaf etdiyini təsdiqlədir. Belə mötəbər tədbirdə ölkəmizi təmsil etmək üçün bizə yaratdıqları şəraitə görə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə təşəkkür edirəm”.

Qeyd edək ki, A.Ağabəyov V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında final döyüşlərini idarə edib.
"Heydər Əliyev həm də tarixi yaradan şəxsiyyət idi"Aydın Hüseynov: Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi xalqımızın gələcəyə inamının artmasında böyük rol oynadı

«Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Həmin dövrdə Ulu Öndərin Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri seçilməsi xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsində və gələcəyə inamının artmasında böyük rol oynadı.»

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mətbuata açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, ümuimmilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin ilk gündən həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Ulu Öndər Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması və şəxsi heyətin çıxarılması təmin edilmişdir. Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.

Sonralar dahi şəxsiyyət bu barədə demişdir: «Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm».

Deputat diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir. Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi Azərbaycan xalqının ümummilli birliyinin nə qədər mühüm bir amil olduğunu göstərməklə yanaşı, həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. Ulu Öndər xalqı böyük bir ideya– azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etməsi sayəsində muxtar respublikanın təhlükəsizliyi təmin edilmiş, sosial-iqtisadi məsələlərin həllinə nail olunmuş, siyasi-iqti-sadi islahatlar həyata keçirilmiş, bütövlükdə Azərbaycan üçün taleyüklü olan qərarlara imza atılmış, müstəqil dövlətçiliyin konseptual istiqamətləri müəyyənləşdirilmişdi. Onun rəhbərliyi ilə Ali Məclisin tarixi qərarları müstəqilliyə doğru böyük dönüşün ilkin əsasları olmuşdur.

A.Hüseynov sonda əlavə edib ki, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada görkəmli dövlət xadimi tərəfindən hazırlanmışdır.
Mədət Quliyev DTX-nin polkovnikinə vəzifə verdiMüdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.