Ukraynada azərbaycanlı tələbə itkin düşdüUkraynada azərbaycanlı tələbə itkin düşüb.

Avrasiya.net xəbər verir ki bu barədə onun yaxınları bildiriblər.

İtkin düşən şəxs Anar Elçin oğlu Çaybasarlıdır. O, Kiyevin Regionlararası Personal İdarəetmə Akademiyasının üçüncü kurs tələbəsidir.

Valideynləri bir neçə gündür ki, Elçinlə əlaqə yarada bilmirlər.
FHN-də çəkilən intim videolarla bağlı Baş prokurora MÜRACİƏT OLUNDU“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət edib.

Mehriban Zeynalova deyib ki, müraciət son iki gündə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin binasında çəkilmiş və özündə intim görüntüləri əks etdirən videoların yayılması ilə bağlıdır.

"“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 4-cü və 11-ci maddələrində seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi nəzərdə tutulur. Hazırda sosial şəbəkələrdə, geniş şəkildə paylaşılan videomateriallara əsasən baş vermiş hadisənin qeyd edilən qanunun maddələrinə müvafiq olaraq iş yerində seksual qısnama kimi qiymətləndirilməsini xahiş edirəm. Bu cür hallar qadınların iştirkaçılığına böyük zərbədir və belə hadisələrin ciddi araşdırılması və günahkarların cəzalanmasını sizdən xahiş edirəm”, - deyə Mehriban Zeynalova sözügedən müraciətində bildirib.

O qeyd edib ki, törədilən hadisədə cinayət əlamətləri var və bunu prokurorluq orqanı daha düzgün qiymətləndirə bilər.

"Hadisə ilə bağlı çoxfikirliliyə rəgmən deyə bilərəm ki, adam vəzifə səlahiyyətindən sui-istifadə edib... Tutaq ki, qadınlar özləri intim münasibətə maraqlı olub... Bəs o adam bilmirdi ki, səlahiyyətləri ona hər hansı qeyri-etik hərəkətə yol verməmək öhdəliyi qoyur?!".

M.Zeynalova bildirib ki, bu hadisələr cəmiyyətdə izsiz qalmır: "Bacarığı, biliyi ilə cəmiyyətə xeyr verə biləcək qadınların qarşısına böyük səddin çəkilməsinin izlərini görürəm. Bunu isə qətiyyən istəmirəm və belə halları pisləyirəm!".

Qeyd edək ki, son iki gündə sosial şəbəkələrdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çəkildiyi bildirilən bir neçə video yayılıb. Həmin videolardakı görüntülərlə bağlı şərhlərdə bildirilir ki, Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev özünün iş kabinetində qurumun ayrı-ayrı xanım əməkdaşı ilə intim münasibətdə olub və proses onun özü tərəfindən əvvəlcədən quraşdırılmış kamera ilə lentə alınıb.

Videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"FHN-nin məsul şəxsləri ilə əlaqədəyəm"  - Millət vəkiliTəəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq çox çətinləşir.

Avrasiya.net xəbər verir ki, bunu millət vəkili Sadiq Qurbanov sosial səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, Zöhramı, Pirəbədil, Dağ Bilici Qorğan, Sumağı kəndlərində Fövqəladə Halları Nazirliyinin əməkdaşları davamlı olaraq xidmət aparırlar: "Helikopterlər və yanğınsöndürən təyyarə (Amfibiya) də yanğının qarşısını almaq üçün bütün tədbirləri həyata keçirir. Fövqəladə Halları Nazirliyinin məsul şəxsləri ilə əlaqədəyəm.

Hazırda Siyəzən rayonunun Qalaaltı kəndinin yaxınlığında Şabran ərazisində baş vermiş yanğına əlavə olaraq FHN nın helikopterləri cəlb olunub.

Tanrı özü kömək olsun!".
300-dən çox bal toplayanlar pulsuz oxuya biləcək"I qrupda 10 785 yer dövlət sifarişlidir. Bununla bərabər yüksək keçid balları dövlət sifarişli yerlərdə olacaq”.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, I ixtisas qrupunda texnoloji yönlü ixtisasları üzrə keçid balları ənənəvi olaraq aşağıdır.

“300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər. Lakin abituriyentlər ötən ilki ballarla öz ballarını müqayisə etməlidirlər”, - deyə DİM sədri vurğulayıb.
Ukraynada azərbaycanlı döyüşçü həlak olduUkraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

Axar.az xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzov Report-a bildirib ki, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.
Şabrandakı yanğına amfibiya təyyarəsi də cəlb olunubŞabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
Keçmiş mer özünü güllələdiKrasnodar diyarının Qulkeviçski rayonunun keçmiş rəhbəri Leonid Qutrits yerli prokurorluğun astanasında özünü güllələyib.

Bu barədə yerli KİV məlumat yayıb.

Hadisə səhər tezdən baş verib. Qutritsin üzərində tapılan məktubda ölümündə prokurorları, korrupsioner müstəntiqləri və Çuyko adlı bir fırıldaqçını günahlandırdığı qeyd olunub.
Quba və Şabranda meşələr YANIRQuba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Bunu Avrasiya.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”, - deyə nazirlik rəsmisi qeyd edib.
"Qarabağ" daha 2500 bileti satışa çıxardı"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə Bakıdakı ilk matçına Çexiyadan azarkeşlər gəlməyəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti açıqlama yayıb. UEFA ilə əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlər üçün satışa çıxarılacaq. Fanatlar həmin biletləri iticket.az saytından və kassalardan ala bilərlər.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.
Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandıLaçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.