Gömrük Komitəsində daha bir həbs – bu dəfə polkovnik…Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, gömrük xidməti polkovniki Sultan Sultanov bu gün səhər saatlarında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, Sultan Sultanov Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulovun köməkçisidir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Məsum Rəsulov da daxil olmaqla, Dövlət Gömrük Komitəsindəki son əməliyyatlarla bağlı açıqlama yayıb.
İlham Əliyevdən qazilərlə bağlı məmurlara xəbərdarlıqHərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində söyləyib.

Dövlət başçısı bildirib ki, indi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir:

“Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

Prezident qeyd edib ki, müharibədə əlil olmuş bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar: “Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.
Kapitalizmdəki qeyri-bərabərlik demokratiya və insan haqları üçün təhlükədirVebinarda iştirak edən qlobal ekspertlər yekdilliklə bildirdilər ki, İnsan Haqları və Demokratiya üçün əsas təhlükə kapitalist sistemindəki qeyri-bərabərlikdir. “Azad bazar iqtisadiyyatı və inhisarçı kapitalizm siyasəti demokratiya və insan hüquqlarına təsir edən əsas göstəricilərdir”. İtalyan jurnalist və siyasi analitik doktor Palazzo deyib.

Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu (GSISD) qeyri-kommersiya qlobal ictimai siyasət araşdırma mərkəzi “Kapitalizm, Demokratiya və İnsan Hüquqları Siyasəti” mövzusunda beynəlxalq vebinar təşkil edib.

Vebinarın əsas məqsədi fikir mübadiləsi aparmaq və insan hüquqlarının siyasi istifadəsinə diqqət yetirməklə kapitalizm və demokratiya arasındakı əlaqəni araşdırmaq üçün debatlara başlamaq idi. Gürcüstan, Qazaxıstan, İtaliya, Azərbaycan və Pakistan kimi müxtəlif ölkələrdən ekspertlər və siyasətçilər iştirak ediblər.

Beynəlxalq Münasibətlər üzrə Azərbaycanlı ekspert Əfsanə Mımmədova Corc Sorosun Açıq Cəmiyyət Fondunun Qafqazlarda demokratik hüquqların pozulmasında iştirakı ilə bağlı narahatlığını vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan hökumətini Sorosun agenti kimi göstərməsi ilə bağlı bəyanatı fonunda İtaliyadan olan siyasi analitik doktor Klaudiya cavab verib ki, Sorosun taktikası regionda demokratik prinsipləri pozur.

Pakistan Milli Assambleyasının üzvü Şandana Gülzar Xan öz təcrübələrini bölüşərək bildirib ki, müxtəlif maraqlı tərəflərin xarici müdaxiləsi Pakistanda və bütün dünyada demokratiyaya böyük zərbədir. O, regionda qlobal münaqişələrin və müharibələrin təsirlərini vurğulayıb. Pakistan bu münaqişələr və sui-qəsdlərdən çox əziyyət çəkdi. O, meritokratiyaya görə Çin iqtisadi artımını vurğulayıb və Pakistanın iqtisadi və demokratik inkişafı üçün ləyaqətə əsaslanan bir sistem təklif etdi. Şandana Birlik Qadın Parlamentarilərinin seçilmiş sədridir.

Ph.D, eləcə də IVLP alimi və insan hüquqları fəalı Maiya Suyunçaliyeva (Qazaxıstan) kapitalizm və demokratiyanın ziddiyyətlərini və onların insan hüquqları məsələlərinə təsirlərini araşdırıb. Dünyanın müxtəlif yerlərində populizmin yüksəlişi və iğtişaşlar kapitalizmə xas ziddiyyətləri əks etdirir. O, daha sonra əlavə etdi ki, sərvətin bir neçə əldə cəmləşməsi qeyri-bərabərliyə səbəb olur və bu, bütün dünyada insan haqlarına və demokratiyaya pis təsir edir.

Gürcüstan parlamentinin üzvü Nona Mamulaşvili əsas məruzəçi kimi kapitalizm və demokratiyanın bir-biri ilə dəyişən münasibətlərə malik olduğunu və bu mürəkkəbliyə görə sistemin sual altında olduğunu bildirib. O, həmçinin İnsan Haqları məsələlərinə diqqət yetirməklə Gürcüstanın Demokratiya və Kapitalizm təcrübəsini izah edib. Onun sözlərinə görə, Gürcüstan məhkəmə və insan haqları sektorlarında bir çox islahatlara başlayıb, lakin bununla belə problemlər çoxdur.

GSISD-nin Tədqiqat, Planlaşdırma və İnkişaf üzrə Həmtəsisçisi və Direktoru Dr. Muhammad Shakeel Ahmed vebinarın moderatoru olmuşdur.

Vebinarda dünyanın hər yerindən böyük tədqiqatçılar, siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər, gənclər liderləri və digər müvafiq maraqlı tərəflər iştirak ediblər.
İlham Əliyev Ərdoğana zəng etdiBu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycan xalqının qardaş Türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq, qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışılıb.
15 iyul dövlət çevrilişi, yoxsa FETÖ məğlubiyyəti?Bu gün 15 iyul 2016-ci il saat 20:30 -da Türkiyədə baş verən "Dövlət ‎çevrilişi" –dən 6 il keçir. ‎
Həqiqətənmi baş verənlər "FETÖ" tərəfində həyata keçirilən çevriliş ‎idi? Ya hakimiyyətin Fətullah Gülənə və camaatına qarşı hazırlanan ‎gizli bir planı?‎

Bu məsələyə müxtəlif aspektlərdən baxsaq müxətlif cavablar alarıq. ‎Türkiyədə yaşayan vətəndaşlar bir mənali olaraq Fətulla Güləni ‎‎"FETÖ" terror təşkilatının başçısı kimi qəbul edir. Qəbul etməyənlər ‎də qorxularından sususr ki, onlara "FETÖ" damğası vurulmasın. ‎

Məsələyə Türkiyə xaricindən baxsaq Ərdoğan hakimiyyətinin təşkil ‎etdiyi 15 iyul 2016-ci il hadisəsi səhnələşdirilmiş növbəti "Dövlət ‎çevrilişi" kimi görərik.‎

Heç kimə sirr deyil ki, Fətulla Gülən nüfuzlu bir şəxs kimi vaxtılə ‎Türkiyə Prezidenti R.T. Ərdoğana yaxın və etibarlı adamlardan biri ‎olub.‎

‎(Heç təsadüfü deyil ki, 2008-ci ilin iyun ayında ABŞ-ın məşhur ‎‎"Foreign Policy" jurnalının internet üzərindən keçirdiyi "Dünyanın ‎yaşayan ən böyük intellektual insanı" adlı sorğusunda Fətulla Gülən ‎‎"dünyanın ilk 100 intellektual insanı" olaraq qalib seçilmişdir..‎

Hal-hazırda Amerikada yaşayan Gülən tirajı milyonları keçən səsli ‎video görüntülü və yazılı əsərləri ilə dünyanın ən çox izlənilən və ‎oxunan fenomenlərindən biridir. Müxtəlif jurnal və qəzetlərdə çox ‎sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə ‎edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin ‎müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, ‎fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi ‎cavablarını əks etdirən səs və video qeydləri vardır.)‎

‎1990-cı illərdə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda ‎da, çoxlu dini təriqət, məzhəb və cərəyanları təbliğ edən qruplar öz ‎fəaliyyətlərinə başladılar. Buraya əsasən Türk, Ərəb və İran dini ‎liderlərinin əqidələrini təbliğ edən qruplar daxil idi. Fətullah Gülənin ‎‎"Hizmət Camaatı" əsasən "Nurçuluğu" təbliğ etməklə yanaşı ‎Azərbaycanda elm və təhsil sahəsində müsbət mənada çox işlər ‎görməyi bacarmışdır. Bu "Hizmət Camaatı" ölkəmizdə "CAĞ ‎ÖYRƏTİM İŞLƏTMƏLƏRİ" şirkəti adı altında təbliğatlarını aparmaq ‎üçün Liseylər, Universitet, hətta TV və diğər mətbuat orqanları ilə ‎uğurlar qazanmışdı. Sağlam və rüşvətsiz təhsil, vətənpərvər ‎gənclər yetişdirən bir şirkətin fəaliyyəti dövlət tərəfindən təqdir ‎olunur, müsbət qarşılanmaqla yanaşı hökumət tərəfindən də ‎dəstəklənirdi.‎

Heç kəsə sirr deyil ki, "Nur camaatı" daxildən iki yerə parşalanmışdır. ‎Onlardan "Fətullaçılar" və "Səyid Nursi" camaatı bir birinə kəskin və ‎sərt münasibət bəsləməsələr də, öz aralarında soyuq münasibətdə idilər. ‎

Bəs necə oldu ki, əqidəcə yaxın olan həm Ərdoğan həm də Gülən bir ‎birinə qarşı gəldi?
Axı onların hər ikisi də "Maturidi" əqidəsinə yaxın ‎və onların da ortaq "düşməni" "Vahabilik" idi"?‎

Dini inanclı qüdrətli Türk xalqı tərəfindən sevilən Ərdoğan, ‎hakimiyyətə gələndən sonra Fətulla Gülənin dünyanın hər yerində ‎qazandığı nüfuzundan narahat olmağa başlayır. Fətullah Gülənin ‎‎"Hizmət Camaatı", əsas "Nur camaatı" –dan fərqlı olaraq dini ‎baxışlarla bərabər təbliğatlarını müasir dünya və siyasətlə paralel, ‎gənclərə dinə, vətənə, bayrağa, dövlətə, dünya elmlərinə sevgini də ‎aşılayırdı. Bu isə həqiqətən Ərdoğan və onun komandasını narahat ‎etməyə bilməzdi.‎

Ərdoğan və Gülən arasında bağlanın qırılması Ərdoğan hakimiyyətinin ‎Fətullah Gülənin "Hizmət Camaatı" –nın maliyyə hesabatını istəməsi ‎və bu dövrüyyənin Ərdoğanın idarəçiliyinə keçməsi oldu. Ərdoğan ‎hakimiyyəti istəyinə nail olmadıqda daxıldə bu iki qrup aralarında ‎‎"soyuqluq" yarandı. Bununla da zəka, ağıl və siyasəti yaxından bilən ‎Fətullah Gülən Amerikaya köçdü. İşlərini artıq Amerikadan idarə ‎etməyə başladı.‎

Fətullah Gülənin Amerikaya köçməsi Ərdoğanın siyasi hakimiyyəti ‎üçün tam arxayınlıq sayılmırdı. Fətulla Gülən hələ də ‎zərərsizləşdirilməmişdi və hakimiyyət üçün real təhlükə olaraq qalırdı.‎

Buna görə də Türkiyənin siyasi hakimiyyəti Gülənin həm Türkiyədə, ‎həm də dünyada qazandığı nüfuzuna xələl gətirmək üçün müxtəlif ‎üsullara əl atdı. Hər kəs bilir ki, istər Türkiyədə, istər Azərbaycanda, ‎istərsədə dünyanın hər yanında fəaliyyət göstərən Fətulla Gülənə aid ‎lisey və universitetlərin tələbələri öz əxlaqı davranışı, vətənpərvərliyi, ‎savadı, üstünlükləri və istedadları ilə digər tələbələrdən seçilirdilər. ‎

Çox təəssüflər olsun ki, bu gün vaxtılə FETÖ məsələsinə görə həbs ‎olunanlar və Ərdoğan hakimiyyətini dəstəkləyən bir qrup şəxslər ‎utanmadan həyasızcasına hakimiyyətin TV kanallarında guya Fətulla ‎Gülənin lisey və universitetlərinin müəllimləri öz tələbələrinə imtahan ‎suallarının cavablarının gizli şəkildə verildiyini və buna görə də, ‎imtahanlardan yüksək qiymətlər aldıqlarını iddia edirlər. ‎

Bu absurd və iftira dolu çıxış edənlər düşünmürlər ki, "Beynəlxalq ‎olimpyadalar" -da uğur qazanan tələbələrə heç kim sualların ‎cavablarını verməyib. Onlar öz zəkası, elm və təfəkkürü sayəsində ‎ölkələrinə "Qızıl", "Gümüş", "Bürünc" medallar qazandırıblar. ‎

Beləliklə Türkiyə hakimiyyətinin səhnələşdirdiyi 15 iyul 2016-ci il ‎‎"Dövlət çevrilişi" oyunu Prezident Ərdoğanın uuğurlu qələbəsi ilə ‎nətinələnir. ‎

Türk dünyasının güclü lideri R.T. Ərdoğanın dünyada və bölgədə ‎artan nüfuzu, Türkiyəyə müttəfiq olan ölkələrə göstərdiyi siyasi ‎təzyiqlər nəticəsində ölkələrində fəaliyyət göstərən Fətulla Gülən ‎şəbəkəsi "FETÖ" terror təşkilatı adı altında bağlanır. Azərbaycanda da ‎fəaliyyət göstərən "CAĞ ÖYRƏTİM İŞLƏTMƏLƏRİ" şirkətinə ‎məxsus Türk liseyləri və Qafqaz Universiteti fəaliyyətini dayandırmalı ‎olur. Bununlada Azərbaycanda tək sağlam təhsil verən, vətənpərvər, ‎millətə, dövlətə, bayrağa, sevgi aşılıyan milli, dini dəyərlərlə gənclik ‎yetişdirən elm ocağı söndürülür. ‎

Ömrünü elmə, təhsilə həsr edən, milli mənəvi dəyərlərə söykənən ‎əxlaqlı gənclik yetişdirən yüzlərlə aydın Türk müləllimi Avropaya, ‎Amerikaya, Asiya və Afrika ölkələrinə qaçaraq siyasi mühacir həyatı ‎yaşamağa məhkum olunur.‎

Zaman gələcək. Tarix o gün baş verən hadısələrə öz layıqlı qiymətini ‎verəcək. Siyasət və hakimiyyət uğrunda insanların qanı bahasına ‎mübarizə aparanlar tarix qarşısında cavab verməli olacaqlar. Qeyd edək ‎ki, 15 iyul 2016-cı il hadisəsi nəticəsində 265 nəfər öldü, 2839 nəfər ‎yaralandı. 290 mindən çox adam saxlanıldı. 100 min nəfərdən çox ‎adam həbs olundu. Bu gün də Türkiyənin siyasi hakimiyyəti ölkə ‎daxilində "FETÖ" adı altında siyasi təzyiqlərini yürütməkdədir.‎

Bu gün də davam edən məhkəmələrdə onlarla general və digər hərbçilər ya ‎ömürlük müddətə, ya da 20 ilə qədər həbs cəzaları alırlar.‎
‎ ‎
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdinin arxasında ‎Fətullah Gülənin olmasını dəfələrlə vurğulayıb.‎ Lakin Fətullah Gülən iddia edir ki, hərbi çevriliş cəhdi Rəcəb Tayyib Ərdoğanın ‎qurduğu oyundur və o, bununla hakimiyyətini daha da gücləndirib.‎
‎ ‎
Qeyd edək ki, Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə də hərbi ‎çevriliş cəhdləri olub.‎

Araşdırmaçı jurnalist
Tərlan Novruzov
DTX generalların həbsi ilə bağlı məlumat yaydıAzərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında bu il iyunun 10-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.

Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Eləcə də aparılan istintaqla Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib.

Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yaxın günlərdə önəmli sənəd imzalanacaq - PrezidentAzərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrindən də bəhs edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib:

“Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq”.

Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan Prezident İlham Əliyev bildirib:

“Əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
Əgər Ermənistan silahlılarını çıxarmaq istəmirsə... - PrezidentErmənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfinin öz işçi qrupunu artıq formalaşdırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər”.

Müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, başqa hər hansı müsbət məqamın olmadığını təəssüflə qeyd edən Prezident İlham Əliyev bildirib:

“Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
Rəsm müsabiqəsinin qalibləri məlum olub - SiyəzəndəYeniyetmə və gənclər arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri məlum olub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan idmançıları Olimpiya oyunlarında” mövzusunda keçirilən müsabiqəyə 30-a yaxın əl işi təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin idmana marağının artırılması, yeniyetmə və gənclər arasında olimpiya dəyərlərinin və sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı rəssamların üzə çıxarılması, həmçinin asudə vaxtın səmərəli təşkili idi.

Bununla bağlı olaraq iyulun 15-də Gənclər Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə müsabiqəyə təqdim olunan rəsm əsərləri ilə tanış olublar.

Daha sonra müsabiqədə əl işləri fərqlənən gənc rəssamlar təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif ediliblər. Müsabiqənin nəticəsinə əsasən Şərqiyyə Zeynalova I, Səbinə Əsədli II, Ləman Novruzova III yerə, Nurtən Quliyeva, Nəzrin Əliyeva, İlkay İsmayılova və Xədicə Allahverdiyeva isə həvəsləndirici yerlərə layiq görülüblər.





#MilliOlimpiyaKomitəsi30 #müsabiqə #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
"Türkiyə dövləti və milləti sarsılmaz gücə sahibdir"Bu gün qardaş Türkiyədə Demokratiya və Milli Birlik Günü qeyd olunur. Bildiyimiz kimi 6 il bundan öncə - 2016-ci il iyulun 15-də bəzi dünya güclərinin "maşa"sı rolunda çıxış edən FETÖ örgütü Türkiyədə dövlət çevrilişinə cəhd göstərmişdi. Bu, Türkiyənin suverenliyiniə, dövlətçiliyinə, milli birliyinə və demokratiyaya zərbə vurmaq, qardaş ölkənin tərəqqiyə doğru yolunu bağlamaq, türk xalqını yenidən orta əsr cəhalətinə sürükləmək cəhdi idi.

Onlar Türkiyədə Səudiyyə Ərəbistanı və ya İran modelinə uyğun teokratik rejim bərqərar etmək, bu ölkəni sivil dünyadan təcrid etmək istəyirdilər. Lakin onların bu istəklərinin, cəhdlərinin qarşısı böyük qətiyyətlə alındı. Türk xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşdi, dövlətçiliyə və demokratiyaya sahib çıxdı, Türkiyəni qaranlığa sürükləmək istəyən qüvvələrin dərsini verdi, dövlətçiliyə qarşı yönəlmiş xain planların qarşısını aldı. Bu əsl milli birlik, həmrəylik nümunəsi, millətlə dövlətin vəhdətinin təntənəsi idi.

Türk xalqı həmin gün tarixi yeni başdan yazdı. Ona görə də, türk xalqının 15 iyulu Demokratiya və Milli Birlik Günü kimi qeyd etməyə tam haqqı çatır. Bu gün türk xalqının və dövlətinin birlik və bərabərlik günü, müasirliyə və demokratik ənənələrə sadiqliyin sözdə deyil, əməldə özünü təsdiqlədiyi gündür. Biz Milli Həmrəylik Partiyası olaraq həmin gün əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş qardaş türk xalqı ilə həmrəyliyimizi ifadə edir, 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı canlarını fəda edən türk şəhidlərinin əziz xatirəsini dərin hörmət hissilə yad edirik.

Türkiyə dövləti və milləti sarsılmaz gücə sahibdir. Bu dövləti, bu milləti heç bir xain qüvvə təməl hədəflərindən, inkişaf yolundan sapdıra bilməz. Azərbaycan da “Bir millət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq hər zaman qardaş Türkiyənin yanında olmağa, ona dəstək verməyə davam edəcək. Bizim gücümüz birliyimizdədir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri