Koronaya yoluxanların sayı artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Azərbaycanda arvad ərini döydü: qabırğalarını sındırdıİsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Rusiyada “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyəti qadağan edilibRusiya ərazisində “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyəti qadağan edilib.

“Report” “Newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı İsrailin Aliyah və İnteqrasiya Nazirliyinin nümayəndəsi də təsdiqləyib.

Bildirilib ki, “Sohnut”a Rusiya Federasiyası ərazisində fəaliyyətinin dayandırmaqla bağlı məktub təqdim olunub. Sənəddə bu qadağanın müddəti göstərilməyib.

Aliyah və inteqrasiya naziri Pnina Tameno-Şete məsələ ilə bağlı bildirib:

“Bu gün səhər (iyulun 5-də-red.) Rusiya Ədliyyə Nazirliyinin qərarı barədə məlumat veriblər. “Sohnut” Yəhudi Agentliyi dünyanın hər yerindən olan yəhudilərin İsrail Dövlətinə repatriasiyası üçün hökumətin, Aliyah və İnteqrasiya Nazirliyinin mühüm tərkib hissəsidir. Biz elə etməliyik ki, onların fəaliyyəti uzun illər davam etsin. Baş naziri problemin həlli ilə bağlı Rusiya rəhbərliyi ilə işləməyə çağırmışam. Qərarın nəticələrindən narahat olan Rusiyadakı yəhudi icmasını dəstəkləyirəm. Aliyah Rusiya yəhudilərinin əsas hüququdur. Biz onu olduğu kimi qorunub saxlanmasına çalışacağıq”.

Qeyd edək ki, mərkəzi İsraildə yerləşən “Sohnut” Beynəlxaql Yəhudi Agentliyi dünyada yəhudilərin repatriasiyası, sionist tərbiyəsi ilə məşğul olur.

Xatırladaq ki, Rusiyanın Ukraynada müharibəsinə qarşı olan Moskvanın baş ravvini Pinxas Qoldşmidt iyunda ölkəni tərk edərək İsrailə köçüb.
Rusiyada azərbaycanlılar göldə boğulduRusiyanın Moskva şəhərinin cənubunda yerləşən Gertsen gölündə iki azərbaycanlı qohum boğulub.

Rusiya mətbuatı xəbər verir ki, iyulun 4-də günorta saatlarında ərazidə dincələn iki kişinin sənədləri və telefonları sahildə qalıb. İstirahət edənlər onların suda gözdən itdiklərini müşahidə ediblər. Hadisə yerinə gələn dalğıclar günorta saatlarında iki meyiti sudan çıxarıblar.

Ölənlər Azərbaycan vətəndaşları 28 və 20 yaşlı şəxslərdir. Onlar Moskvada, gölün yaxınlığında yaşayıblar.
Necati Şaşmaz polisə çağırıldıTürkiyədə Sarallar cinayət qrupuna qarşı əməliyyatda saxlanılan 119 şübhəli üçün ikinci dəfə müddətin uzadılması tələb edilib.

Kult.az xəbər verir ki, istintaqla əlaqəli bəzi türkiyəli məşhurlar polis bölməsinə çağırılıb.

Məşhur simalar arasında türkiyəli müğənni Aylin Coşqun, aktyor Necati Şaşmaz, Ərkan Petekkaya və Sinan Engin var.

Əldə edilən məlumata görə, aktyor Ərkan Petekkayaya 2 milyon TL zərər dəyib. Digər məşhur adların da oxşar şikayətləri olduğu bildirilir.
Media Reyestri nə vaxt fəaliyyətə başlayacaq? - AÇIQLAMAPərvanə İbrahimova: Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir

Milli Məclis tərəfindən ötən ilin dekabrında qəbul edilmiş “Media haqqında” yeni qanunun qəbul olunması Azərbaycanda həyata keçirilən demokratik islahatların tərkib hissəsi kimi dəyərləndirilir. Bu ilin fevral ayında isə dövlət başçısı tərəfindən qanunun imzalanması ilə sənəd qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

9 fəsil, 78 maddədən ibarət olan qanunun qüvvəyə minməsi ilə həllini tapacaq mühüm məsələlərdən biri də Media Reyestrinin yaradılmasıdır. Bu, respublikada media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədinə xidmət edir.

Bəs Media Reyestrinə daxil edilmək üçün jurnalistlər hansı tələblərə cavab verməlidirlər? Əvvəla, ali təhsili və fəaliyyət qabiliyyətli olmalıdır. Həmçinin ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdırlar. Əgər jurnalist Reyestrə daxil edilmək istəyirsə, məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır. Bununla yanaşı, media subyekti ilə əmək müqaviləsinin olması lazımdır. Fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin isə azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır. Digər tərəfdən, işlədiyi media subyektinin Media Reyestrinə daxil edilmiş olması və davamlı fəaliyyət göstərməsi (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla), jurnalistika sahəsi üzrə 3 ildən az olmayaraq iş stajının olması və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 ildən az olmayan müddətdə fəaliyyət göstərməsi və digər bir sıra məsələlər Reyestrə daxil edilmək üçün müəyyənləşdirilmiş tələblər sırasındadır.

Bəs Media Reyestrinin nə vaxt fəaliyyətə başlaması nəzərdə tutulur? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, Media Reyestrinin yaradılması normativ hüquqi bazanın və texniki təminatın formalaşdırılması olmaqla iki istiqamətdə həyata keçilir: “Normativ hüquqi bazanın yaradılması ilə əlaqədar olaraq bildiririk ki, Agentlik tərəfindən Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Media Reyestrinin texniki təminatının formalaşdırılmasına münasibətdə isə qeyd etmək istərdik ki, müvafiq Fərmana uyğun olaraq Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir”.

“Media subyektlərinin inkişafı üçün nə kimi güzəştlər nəzərdə tutulur?” sualına cavab olaraq MEDİA Agentliyinin nümayəndəsi deyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və medianın inkişafına təminat yaradılması istiqamətində tədbirlərin görülməsi MEDİA Agentliyinin əsas vəzifələrindədir: “Hər birimizə məlumdur ki, bir neçə ay əvvəl Azərbaycanda kütləvi informasiya məhsullarının, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bununla da, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına şərait yaradıldı”. Bundan əlavə, P.İbrahimova söyləyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan ilkin layihə təqdim edilib və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə mərhələsindədir. “Media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü kimi “Media haqqında” Qanunda da media subyektlərinə münasibətdə müəyyən güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulub”, - deyə həmsöhbətimiz qeyd edib (yeniazerbaycan.com).
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunubBir sıra ali təhsil ocaqlarının professor-müəllim heyəti, həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssislərinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfəri təşkil olunub.
Sözügedən tanıtım-təcrübə səyahətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər.
ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədi daşıyan səfər emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb.

Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub. Səfər zamanı Cəmiyyətin mütəxəssisləri tərəfindən qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tanıtım səfəri sözügedən ali təhsil ocaqları ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində baş tutub. Məlumat üçün qeyd edək ki, Səhmdar Cəmiyyət 2017-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə bu yöndə dəstək göstərərək, mütəmadi əməkdaşlıq edir.

Mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə hazırda 9 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görülür. Ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin ÇİRES-ə mütəmadi səfərləri təşkil olunur.

Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər.

Bu günədək 156 tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib. Təcrübəsini uğurla tamamlamış tələbələrə Cəmiyyətin sertifikatları təqdim olunur. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir. Bugünədək təcrübə proqramlarında iştirak etmiş 19 nəfər işlə təmin olunub.
Efiopiyada 150-dən çox dinc sakin həlak olduEfiopiyada ötən gün törədilən silahlı hücumda 150-dən çox mülki vətəndaş həlak olub.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə ilə bağlı açıqlama verən Efiopiyanın Baş naziri Abiy Əhməd hücumun hökumət tərəfindən terror təşkilatı elan edilən “Oromo Azadlıq Cəbhəsi-Şene” tərəfindən həyata keçirildiyini bəyan edib.

Silahlı hücum ölkədə mövcud olan Amhara entik qrupu üzvlərinə qarşı törədilib.
Bu şəxs Bakıda balta ilə gəzir: Onları öldürəcəm - Şok videoSosial şəbəkələrdə şok görüntülər yayılıb.

Avrasiya.net Yenipress.az-a istinadən xəbər verir ki, görüntülərdə Bakıda bir nəfər şəxsin əlində balta ilə hədə-qorxu gəlməsi əks olunub.

O, Bakıda özünü qadın kimi aparan hər kəsi baltalayacağına and içib.:

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov sözügedən məsələ ilə bağlı məlumat yayıb.

O bildirib ki, Metropolitendə bir nəfərin canlı yayım açaraq izləyicilərinə balta ilə gəzdiyini iddia edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülür.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mədə xəstəliklərinin əsas səbəbləri açıqlanıb"Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta saxlanılsa belə, rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəbləri çoxdur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib.

O bildirib ki, mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik müşahidə olunur: "Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürək bulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahsızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər. Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq mədə yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır".

Ekspert stres, əsəbin mədə-bağırsaq xəstəliklərinə təsirindən danışıb: "Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli xəstələrdir. Stress həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər. Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb. Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal, və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübut edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər".