ARB kanalının rəhbəri təcili PA-ya çağırıldıARB və ATV telekanallarının rəhbərləri Prezident Administrasiyasına çağırılıb.

Avrasiya.net xəbər verir ki, belə bir iddia ilə Konkret.az saytı çıxış edib.

Sayt bildirib ki, kanal rəhbərlərinə bayağı verilişlərin yığışdırılması üçün sərt xəbərdarlıq edilib.

Qeyd edilib ki, buna səbəb xüsusilə ARB televiziyasının efirində yayımlanan “Həmin Zaur” proqramında baş verənlərə cəmiyyətin sərgilədiyi reaksiya olub. İddiaya görə, son zamanlar yerli telekanalların efirində yayımlanan bəzi bayağı və ucuz şouya hesablanan verilişlərin intellektual tamaşaçılar tərəfindən böyük narazılıqla qarşılanması hakimiyyəti narahat edib.
Ceyhun Bayramov Rəisi ilə görüşüb4 iyul 2022-ci il tarixində İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Avrasiya.net Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.

Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.
Özünü yandırmaq istəyən qazi: Özümdən asılı olmadan..Şəmkir rayonun İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünə qəsd etmək istəməsinin səbəbləri ilə bağlı Publika.az-a danışıb.

Axar.az xəbər verir ki, qazimizin sözlərinə görə, onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır.

"Bakıda, Gəncədə, Qazaxda, Şəmkirdə yatdım. Yəni çox xəstəxanada müalicə almışam. İndi də müalicəyə ehtiyacım var. Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsin. Papanindən və digər xəstəxanalardan vəziyyətimlə bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən aslı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim. Özünüz də görürsünüz ki, mən tam danışa bilmirəm. Getdim İcra başçısının yanına ki, "Yaşat" Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər ki, yoxdur burada, sabah gəl. Soruşdum "Bəs müavin və ya əvəz edən adam yoxdur" sözümü deyim? Cavab verdilər ki, bizim əlimizdən heç nə gəlmir. Mən də özümdən asılı olmadan pis oldum və benzin tökdüm, özümü yandırmaq istədim" - İ.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki, İlham Həsənov aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində könüllü olaraq orduya gedib. Fizuli, Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb. Nəticə etibarı ilə ağır yaralanıb. Hazırda danışmaqda çətinlik çəkir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi öz töhfəsini verəcəkAzərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi əlbəttə bir ənənə halını alıb. Dünyada ən böyük təsisatlardan (BMT-dən sonra) biri olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 30 iyun 2022-ci il tarixdə keçirilmiş Bakı konfransı da belə tədbirlərdən biridir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxundu. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təşəbbüsündən sonra digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Bu gün Azərbaycan dünyada qazandığı nüfuza görə belə tədbirlərdə də özünü göstərməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.

Cənab Prezident bildirdi ki, Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Azərbaycan sədirlik zaman Bandunq prinsiplərinin əsas götürəcək. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir.
Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur.
Eləcə də pandemiya dövründə dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Azərbaycanın ədalətli mübarizəsi dıvründə Qoşulmama Hərəkatında təmsil olunan ölkələr Azərbaycanı dəstəklədi, anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Keçən illər ərzində Azərbaycan dünyada ən böyük ədalətsizliyə məruz qalan ölkə olmuşdur. Bu haqsızlıq nəticəsində ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.

Münaqişənin yarandığı və davam etdiyi 30 il ərzində Minsk qrupu fəaliyyətsiz oldu, münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi.

İlham Əliyev onu da bildirdi ki, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Sonda bildirildi ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik.

Cənab İlham Əliyevin bu tarixi çıxışı da dünyada sülhün, ədalətin və humanizmin inkişafında göstərilən səylərə bir töhfə olacaq.

Qarat Qaratov
35 saylı Xətai üçüncü DSK-nın sədri
Beynəlxalq nəqliyyat qovşağı Bildiyiniz kimi, Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Ölkə Başçısı Zirvə Toplantısı çərçivəsində çıxışında bir çox önəmli məqamlara diqqət çəkmişdir. Dövlətimizin başçısı Toplantıda qəbul ediləcək qərarların da Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəyinə əminliyini ifadə edib. Xəzər dənizin strateji əhəmiyyətini xüsusilə vurğulayan dövlət başçısı bildirmişdir ki, “Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Əlbəttə Xəzəryanı ölkələrin bir-birilə olan dostluq, əməkdaşlıq münasibətləri bu ölkələrin xalqlarının rifah halının daha da yaxşılaşmasına, iqtisadi əlaqələrin daha da inkişaf etməsinə təkan verir.

Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir.

Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.

Xəzər dənizi Xəzəryanı ölkələr üçün iqtisadi baxımından, xüsusilə neft-qaz hasilatı, kənd təsərrüfatı məhsullarının daşınması və məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdə olan ölkələrdir. Bu baxımdan bu ölkələrdə böyük potensiallar mövcuddur. Azərbaycanın artan uğurları bizi sevindirir, qürurlandırır.

Əfqan Rzayev
Xətai rayon Gənclər və İdman idarəsinin rəisi

“Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik”“Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.

“Report” “Mehr”ə bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.

“Ötən ilin yazında anlaşılmazlıq mərhələsindən keçdik və hazırda iki ölkənin maraqlarına cavab verən hərtərəfli münasibətlərin inkişafı mərhələsindəyik”, - İranın XİN rəhbəri deyib.

XİN başçısı söyləyib ki, Azərbaycan və Ermənistan mövcud olan məsələlərin tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həll edilməsinə tərəfdarıq.

Regional formatların zəruriliyini vurğulayan Hüseyn Əmir-Abdullahian Anakara səfəri çərçivəsində Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.

İqtisadi əməkdaşlıq məsələlərinə gəlincə, o, tərəflər arasında əldə edilmiş bir sıra razılaşmaların İranın energetika nazirinin Azərbaycan səfəri çərçivəsində tam işlənəcəyini vurğulayıb.

İranlı nazir tərəflərin Araz çayını və ondan istifadə üzrə mövcud layihələrin həyata keçirilməsini müzakirə etdiklərini deyib: “Son aylar ərzində ölkələr arasında ticarət həcmlərindəki sıçrayış bizi sevindirir və ümid edirik ki, bugünkü danışıqlar nəticəsində özəl və dövlət sektorun iqtisadi-ticari münasibətlərin daha genişlənəcək”.
İcra Hakimiyyətinin qarşısında İNTİHARA CƏHDŞəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

Avrasiya.net xəbər verir ki, rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.

Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İntihara cəhd edən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.
Saatlıda pambıqçı qadınlar ZƏHƏRLƏNDİSaatlı rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a bildirib ki, onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

TƏBİB rəsmisinin sözlərinə görə, zəhərlənmə zamanı vəziyyəti ağırlaşan olmayıb.
"Özbəkistanın Turan birliyinə hədəflənməsini əngəlləmək istəyirlər"Özbəkistanın müstəqil xarici siyasət yürütmək mövqeyindən çıxış etməsi, Qərblə münasibətlərini inkişaf etdirməsi, ABŞ-la Özbəkistan arasında hərbi əməkdaşlığın get-gedə genişləndirilməsi, Şövkət Mirziyoyevin Azərbaycan və Türkiyə ilə əlaqələri sıxlaşdırması, onun türk birliyinin araya-ərsəyə gətirilməsi istiqamətində real addımlar atması, görünür, bölgədə maraqları olan digər geosiyasi gücləri xüsusilə qıcıqlandırmağa başlayıb. Son günlərdə Özbəkistanın Qaraqalpaqıstan bölgəsində yaşanan gərginliklər, baş verən qanlı olaylar tanış “ssenari”ləri xatırladır. Qaraqalpaqlar süni surətdə separatçılığa sürüklənir, təhrik edilir. Bu hadisələr açıq-aşkar kənardan idarə olunan ənənəvi separatçılıq “ssenari”sinin tərkib hissəsidir.

Postsovet məkanında separatçılığı körükləyən əsas qüvvə isə həmişə keçmiş imperiya mərkəzi olub. İmperiya hansı ölkəni hədəfinə alıbsa, ilk növbədə həmin ölkədəki “beşinci kolon”çulardan, separatçı qüvvələrdən istifadə etməyə çalışıb. Hazırda Qaraqalpaqıstanda baş verənlər də oxşar sxem üzrə cərəyan edir. Özbəkistanın unitar əsaslı güclü dövlətə çevrilmək planlarının qarşısını məhz bu cür ənənəvi üsulla - "parçala və hökm sür" siyasəti ilə almağa çalışırlar. Mərkəzi Asiyanın iki ən önəmli ölkəsindən biri sayılan Özbəkistanın Turan birliyinə hədəflənməsini bu yolla əngəlləmək istəyirlər.

Lakin biz ümid edirik ki, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev təcrübəli bir siyasi lider kimi tezliklə ölkəsinin bu çətin mərhələni uğurla adlamasını təmin edəcək, Özbəkistan yenidən sabit inkişaf və yüksəliş yoluna qədəm qoyacaq. Bu gün bütün özbəklərin milli birlik, həmrəylik nümayiş etdirməsi zəruridir. Qaraqalpaqlar da xarici güclərin əlində alətə çevrilməkdən, separatçılığa meyllənməkdən əl çəkməlidirlər. Separatçılıq yolunu seçmək Türk dünyasına zərbə vurmaq yolunun seçilməsi deməkdir. Qaraqalpaqlar bu cür kirli oyunların baş tutmasına əsla yol verməməlidirlər.

Separatçılıq indiyə qədər heç bir topluma xoşbəxtlik və müstəqillik gətirməyib. İllüziyalardan əl çəkmək lazımdır. Demək olar ki, tamamilə səhra iqliminin hökm sürdüyü, əkinçilik üçün səmərəli və münbit şəraitin mövcud olmadığı bir ərazidə yaşayan qaraqalpaqlar yalnız özbəklərlə birlikdə xoşbəxt gələcəklərini təmin edə bilərlər. Biz azərbaycanlılar da qardaş Özbəkistanda hüzur və əminamanlığın tezliklə bərqərar olması, siyasi sabitliyin təmin edilməsi üçün dua edirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
RYAS-lar Rusiya silah anbarlarını məhv edirGələcəkdə ruslara qarşı əsas qarşıdurma xətti Seversk və Soledar şəhərlərindən olacaq.

Bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib.

“Əsas qarşıdurma xətti Seversk və Soledar şəhərlərində olacaq. Bəli, bu gün düşmən artilleriyada böyük üstünlüyə malikdir. Lakin son həftə ərzində bizim artilleriya və raketlərimizin də sayı xeyli artır. Düşmənin silah-sursat anbarlarının məhv edilməsi qərbli tərəfdaşlarımız tərəfindən bizə verilən RYAS-ın işidir. Bu prosesdə partizan izi də istisna edilməməlidir. Ukrayna əsgərlərinin taktiki məharəti artır və bütün lazımi qüvvələr və vasitələr gündən-günə təkmilləşir”, - Çernik bildirib.