Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin ötən il gəlirləri 2,4 dəfə artıbRumıniyada yanacaqdoldurma məntəqələrinə sahib olan və enerji bazarında xüsusi nüfuzu ilə seçilən SOCAR-ın bu ölkədə törəmə “SOCAR Petroleum SA” şirkəti ötən il gəlirlərinin və satışlarının artdığını bildirib.

AZƏRTAC ölkədə biznes və iqtisadiyyat sahəsində qabaqcıl nəşr və internet portal “Economica.net”ə istinadla xəbər verir ki, şirkətin ötən il üçün dövriyyəsi 1,42 milyard ley, xalis mənfəəti isə 16,45 milyon ley olduğu bildirib (1 manat-2,73 ley). Rəqəmlər 2020-ci illə müqayisədə çox müsbət dinamikanı göstərir. Belə ki, 2020-ci ildə SOCAR-ın Rumıniyada 827 milyon ley dövriyyəsi və cəmi 6,8 milyon ley xalis mənfəəti olub. Həmçinin Rumıniya Maliyyə Nazirliyinə təqdim edilən balans məlumatlarına əsasən, şirkətin işçilərinin sayı bir qədər artaraq 669-dan 682-yə çatıb.

Geniş yanacaqdoldurma şəbəkəsini əhatə edən “SOCAR Petroleum SA” hazırda bir neçə illik inkişafdan sonra 67 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir. Eyni zamanda məqalənin müəllifi iqtisadi ekspert Mihai Nikuts bildirir ki, Azərbaycan TANAP və TAP boru kəməri sistemi vasitəsilə Avropanın qaz tədarükçüsünə çevrilib. Rumıniya rəsmilərinin sözlərinə görə, Bolqarıstan və Yunanıstan arasında interkonnektor qurulduqdan sonra Rumıniya Azərbaycan qazını idxal edəcək. Bu isə ölkəmizin Rumıniyada qaz sektoru biznesində iştirakı ilə nəticələnə bilər. Qeyd olunub ki, bununla bağlı iki ölkə arasında rəsmi görüşlər keçirilib.
Azərbaycanda 10 rayon və şəhərdə su kəsiləcəkAzərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə Avrasiya.net-ə "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Mingəçevirdə məktəbdə Respublika Günü və "Şuşa ili"nə həsr olunmuş tədbir keçirilibİsmət Qayıbov adına Mingəçevir şəhərində yerləşən 10 nömrəli məktəbin (Rus bölməsi üzrə təhsil alan) 2 D sinfinin iştirakı və sinif rəhbəri Aytən Əliyevanın təşkilatçılığı ilə 28 May Respublika Günü və "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, Vətən müharibəsi qaziləri, Gənc Qazilər Ib Mingəçevir üzvləri, təhsil şöbəsinin əməkdaşları da iştirak etdi.

Tədbirdə müxtəlif mahnılar, rəqslərlə yanaşı 44 günlük Vətən Müharibəsində şəhadətə qovuşmuş şəhidlərimizə həsr olunmuş kompozisiya nümayiş olundu.

Tədbirin sonunda məktəbin direktoru Mehriban Mehdiyeva, şəhid ailələri və Vətən Müharibəsi qaziləri çıxış edərək tədbiri təşkil edən Aytən müəlliməyə və 2ci sinfin vətənpərvər şagirdlərinə gözəl çıxışları, şagirdlərini milli ruhda yetişdirdiyi üçün minnətdarlıq etdi.

Sonda Aytən müəllimə çıxış etdi və öz şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə etməyin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, gələcəyə əsil vətənsevər, milli dəyərlərinə bağlı şəxsiyyət yetişdirmək hər bir pedaqoqun borcudur deyərək gələn qonaqlara təşəkkürünü etdi bununla da tədbir yekunlaşdı.
Yetişən nəsli bu qədər vətənsevər, milli dəyərlərinə bağlı görəndə insanın bu vətən üçün dəfələrlə can alıb, can verməyi gəlir. Yetərki bu körpələr azad, bütöv Azərbaycanda, Qarabağda yaşayıb, yaratsınlar.

DSX-nin hərbçisi İNTİHAR ETDİMay ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.

Avrasiya.net xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyduMayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda da səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dəmir yolu və stansiya barədə məlumat verilib.

Bildirilib ki, təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyev Soltanlı stansiyasının təməlini qoyub.

Bildirilib ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.
Rusiya bir neçə istiqamətdə hücuma keçdiUkrayna Silahlı Qüvvələrinin rus işğalçıları ilə döyüşləri bütün təmas xətti boyunca maksimum intensivliyə çatıb.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Bu gün döyüşlər maksimum intensivliyə çatıb. Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə hücum edir. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Başa düşməliyik ki, bu, müharibədir və bizim tərəfimizdən də itkilər qaçılmazdır”, - Malyar bildirib.

Gənc psixoloq vəfat etdiBakıda gənc psixoloq qəfil vəfat edib.

Psixoloq Rəşad Hüseynli bir neçə gün öncə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Dostlarının bildirdiyinə görə, R.Hüseynli böyrəyinə su yığılması səbəbindən dünyasını dəyişib.

O, xəstəxanaya yerləşdirildikdən sonra sosial şəbəkədə status yazaraq vəziyyətinin yaxşı olmadığını bildirmişdi.

Qeyd edək ki, gənc psixoloq ötən il ailə həyatı qurub.

modern.az
Şagirdi döyən direktor nəzarətə GÖTÜRÜLDÜAbşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızının direktor tərəfindən döyülməsi və məktəblinin bu səbəbdən dərsə getməməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinif şagirdinin döyülməsi ilə bağlı iddia keçmiş Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb:

“Məsələ ilə bağlı məktəb rəhbərliyindən və müəllimlərdən müvafiq izahatlar alınıb. Araşdırma zamanı şagirdin valideynləri məktəbə dəvət olunsalar da onlar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirərək məktəbə gəlməkdən imtina ediblər. İddia olunan hadisədən sonra Gülnar Məmmədli məktəbə getmir. Şagirdin dərslərə cəlb olunması üçün məktəb tərəfindən şagirdin evinə bir neçə dəfə nümayəndə göndərilib, lakin o hələ də dərslərdən yayınır”.

Qeyd edilib ki, məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.
Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardıBakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.

E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.

Qeyd edək ki, E.Həsənov gənclər və idman naziri Azad Rəhimovun qaynıdır. O, bu gün Oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib:

“Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.
Prezident və xanımı Zəngilana getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna səfər ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanının və Paşa Holdinq MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.