Rusiya: ABŞ 60 İŞİD-çini Ukraynaya göndərirABŞ kəşfiyyatının vasitəçiliyi ilə Suriyada kürdlərin nəzarətindəki həbsxanalardan 60-a yaxın İŞİD-çi Ukraynayda döyüşmək məqsədilə azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun rəhbəri Sergey İvanov deyib.

O bildirib ki, aprel ayında 20-25 yaşlarında təxminən 60 İŞİD-çi azadlığa buraxılıb və daha sonra təlim keçmək məqsədilə ABŞ-ın Suriyadakı ət-Tanf hərbi bazasına aparılıb.
Bakıda sayt rəhbəri HƏBS EDİLDİQHT rəhbəri, özünü jurnalist kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.

Zaur Mirzəzadə "bakutime.az" saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb
Qərbin Putini devirmək planı alt-üst oldu – PATRUŞEVRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Qərbin Rusiyadakı siyasi rejimi dəyişmək planları iflasa uğrayıb.

Ria Novosti xəbər verir ki, Nikolay Patruşev bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının nəzdindəki elmi şuranın iclasında deyib.

“Ukraynada aparılan xüsusi əməliyyat Qərbin Rusiyada idarə olunan rejim yaratmaq planlarını pozdu”,- Patruşev vurğulayıb.

Onun sözlərinə görə, Qərbin Ukraynada və bir sıra digər ölkələrdə olduğu kimi, Rusiyada da öz nəzarəti altında rejim qurmaq planları vardı:

"Qərb Rusiyada öz nəzarətində olan rejimin qurulması üçün şərait yaratmağa çalışır, çünki bu, Ukraynada və bir sıra digər dövlətlərdə artıq işlənib həyata keçirilib. Xüsusi hərbi əməliyyat bu planları puça çıxarıb".

“Milli təhlükəsizliyə təhdidlərin səviyyəsi, ölkəmizin maraqlarına etinasızlıq Rusiyanın dövlətçiliyini və onun mövcudluğunu təhdid edən səviyyəyə çatdığından, biz bu tədbiri qabaqlayıcı şəkildə görməyə məcbur olduq”, - Patruşev vurğulayıb.
İqtidar-müxalifət siyasi dialoqu çərçivəsində növbəti görüş Azərbaycan Naminə Alyans Partiyasının sədri ilə keçirilibMayın 17-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illər ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan və ölkəmizdə fəaliyyət göstərən bütün əksər siyasi güclərin cəlb olunduğu siyasi dialoq prosesinin əhəmiyyəti haqqında danışan şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, bu proses ali siyasi iradənin ifadəsidir və bu prosesin davamlı olması dövlətçiliyimizin möhkəmlənməsi baxımından çox önəmlidir.

Şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, postpandemiya dövründə ölkəmizin iqtisadi gücünün artırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımların müsbət nəticələri, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri barədə danışıb və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirak etmək istəklərini yüksək dəyərləndirib.

Görüş zamanı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Vətən müharibəsi Zəfəri və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə verdiyini, haqlı mübarizədə dünya dövlətlərinin ölkəmizi dəstəklədiyini vurğulayıb və bunun Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin əsas səbəbi olduğunu bildirib. Ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu, həmçinin siyasi dialoqun dövlətçilik, milli birlik üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Abutalıb Səmədov bu istiqamətdə rəhbərlik etdiyi partiyanın ümumi işə daim dəstək vermək istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Tərəflər siyasi dialoq prosesi çərçivəsində gündən-günə inkişaf edən və davamlı şəkil alan əməkdaşlığın qısa zamanda müsbət nəticələr verdiyini, bunun gələcəkdə ölkəmizə qarşı baş verə biləcək xarici təhdidlərin aradan qaldırılması üçün xalqımızın birliyini simvolizə edəcəyinə əminlik ifadə edib.

Sonda Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ölkədə aparılan siyasi dialoq prosesinin inkişafına xidmət edən görüşə dəvət edildiyi üçün öz təşəkkürünü bildirib.
DİN-dən Britaniya səfirliyinə ETİRAZ: Bəyanatı təkzib edin!Daxili İşlər Nazirliyi mayın 14-də bir qrup şəxsin Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirməsilə bağlı bəyanat yayıb.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq, polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib.

Bildirilib ki, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib:

"Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. Bununla belə, elə həmin gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk".

"Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcək", - DİN-in yaydığı bəyanatda qeyd olunub.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti yüksək mükafata layiq görüldüQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 15-ci GAP Oscarı Ödülləri çərçivəsində "Ən Uğurlu Dövlət Adamı" mükafatına layiq görülüb.

Bu barədə Avrasiya.net-ə KKTC-nin Bakıdakı Daimi nümayəndəliyindən məlumat verilib.

KKTC Prezidenti bu fəxri ada GAP Jurnalistlər Birliyi tərəfindən Malatyada keçirilən 15-ci GAP Oskar Ödüllərində layiq görülüb.

KKTC-nin Qaziantep baş konsulu Fahri Yönlüerin mükafatı aldığı mərasimdə Ersin Tatar adından təşəkkür mesajı sinevizyon vasitəsilə paylaşılıb.
Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”.

Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.
“Avroviziya” Rusiyada keçiriləcək – Simonyan güldürdüKremlin erməni əsilli təbliğatçılarından olan jurnalist Marqarita Simonyanın “Avroviziya” musiqi yarışması ilə bağlı paylaşımı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Kult.az xəbər verir ki, yarışmanın nəticələri elan edildikdən sonra Simonyan öz Teleqram hesabında belə yazıb:

“Gələn il “Avroviziya” Rusiyada keçiriləcək”.

Simonyanın bununla bütün Ukraynanın işğal ediləcəyini nəzərdə tutması səbəbindən əks reaksiyalar özünü çox gözlətməyib. Bəziləri Simonyana xatırladıb ki, Rusiyanın “Avroviziya”da təmsilçiliyinə son qoyulub, digərləri isə Marqaritanın fikirlərini “marazm” adlandırıblar və bu cür işğal mesajlarının səsləndirilməsinə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, builki “Avroviziya”nın qalibi 631 xalla Ukrayna seçilib.
Şahin Mustafayev İrana səfər edəcəkAzərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.

Avrasiya.net xəbər verir ki, nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit, logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər müzakirə olunacaq. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası, bu layihənin həyata keçirilməsinin regional inkişafın təmin edilməsində oynayacağı rol əsas müzakirə mövzularından biri olacaq. Həmçinin, İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə həyata keçirilən tədbirlər də ətraflı müzakirə ediləcək.

Qeyd edək ki, mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına önəmli təkan verdi. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.
Sabiq deputatın Rəsul Quliyevə qarşı iddiası təmin edilmədiBu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadə və digərlərinin hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakir oğlu İbrahimova qarşı iddiasına baxılıb.

Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Q.Salahzadə və digərlərinin iddiaları təmin edilməyib.

İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.

Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Həmçinin, sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Q.Salahzadə qeyd edib ki, mübahisəli ərazidə Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

Q.Salahzadə əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.

“Məhkəmə araşdırma aparmadı. Mənim və digərlərinin adına olan evlərlə bağlı sənədlər yoxlanılmadı. Qərardan narazıyıq, yuxarı instansiyaya şikayət edəcəyik”, deyə Q.Salahzadə bildirib.