Erməni generalın oğlu tutuldu, bir etirazçı öldü - İrəvanda gərginlikErmənistanda kütləvi etiraz aksiyaları davam edir.

Bu gün səhər saatlarından başlayan aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb.

İlkin məlumatlara görə, aksiya zamanı 180 nəfər saxlanılıb, bir nəfər ölüb.

Tutulanlar arasında KTMT-nin keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da olub. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Xaçaturov polis bölməsinə aparılıb.

Bundan əlavə, İrəvandakı Fransa meydanında qurulmuş çadırda gecələyən etirazçının ürəktutmasından öldüyü deyilir.

Aksiya iştirakçıları daha sonra Sevan-İrəvan, Vanadzor-İrəvan, Gümrü-Orəvan və Gorus-İrəvan magistral yollarını bağlayıblar. Hazırda Ermənistanda gərgin vəziyyət davam edir. Aksiyaların sabah davam etdiriləcəyi elan olunub.


modern.az
İran parlamentinin sədri Azərbaycana gəlirİran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmmədbağır Qalibaf Azərbaycana səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) mayın 16-18-də Bakıda keçiriləcək illik iclasında iştirak edəcək.
Sülhməramlılar Qarabağdakı iki postu TƏRK ETDİLƏRQarabağda yerləşən Rusiya sülhməramlıları iki kənddəki nəzarət-buraxılış məntəqəsindən çıxıb.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Həmin nəzarət-buraxılış məntəqələrinin Xocavənddəki Sos və Xocalıdakı Xaçmaç kəndlərində yerləşdiyi bildirilir.

Məlumata görə, hər iki keçid məntəqəsi kənddaxili magistral yollarda yerləşirdi. Keçid məntəqələrində əsasən nəqliyyat vasitələri yoxlanılırdı.

“Hraparak”ın məlumatına görə, rusiyalı sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküb, başqa, daha hədəflənmiş ərazilərə köçüblər.

Qəzet məsələyə rəsmi şərh ala bilməyib. Həmin məntəqələrin hara köçürüldüyü, niyə söküldüyünə rəsmi aydınlıq gətirilməyib.

“Bütün rəsmi dairələr bu mövzudan danışmaqdan imtina etdilər”,-deyə “Hraparak” yazıb.
Pensiya yaşını kişilər üçün 60, qadınlar üçün 50 edək - DeputatAzərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə yaş həddi o qədər də yuxarı deyil:

“İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar”.
Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilibÖtən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bundan başqa, aprel ayı üzrə 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 24 nəfərə dosent elmi adı verilib, 6 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 2 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
"Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilibMayın 5-də Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli liderin azərbaycançılıq məfkurəsinin gənc nəsil arasında təbliğ olunması məqsədi daşıyan tədbirdə iştirakçılar əvvəlcə Mərkəzdə fəaliyyət göstərən xatirə muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı tədbir iştirakçılarına muzeydə olan tarixi fotolar, müxtəlif sənədlər və eksponatlar əsasında Ümummilli liderin dövlət və ictimai xadim kimi keçdiyi ömür yolu və fəaliyyəti haqqında məlumat verilib. Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, şəhər 6 saylı məktəb-liseyin tarix müəllimi Həmidə Qubatova və digərləri çıxış edərək Ümummilli liderin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə gənc nəslin nümayəndələrinə ətraflı məlumat veriblər. Çıxışlarda Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, ölkəmizin inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində böyük tarixi xidmətlərindən və xilaskarlıq missiyasından geniş bəhs olunub.

Çıxış edənlər Ümummulli Liderin miras qoyduğu uğurlu daxili və xarici siyasətin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu siyasətin uğuru kimi Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını xüsusi vurğulayıblar. Çıxışlardan sonra Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən qısametrajlı film nümayiş olunub, həmçinin xatirə şəkilləri çəkilib.


#Ümummillilider #HeydərƏliyev99 #Ümummillilider99 #dəyirmimasa #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
Generallar saxta məlumatlarla Putini ALDADIRLARRusiya ordusunun qərargah zabirləri ali rəhbərliyə, o cümlədən prezident Vladimir Putinə Ukraynadakı müharibənin gedişi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar təqdim edir.

Bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən Kanal 24 məlumat yayıb.

Məlumata görə, Putinə Ukraynada rus hərbçilərin hətta gedib çatmadığı yaşayış məntəqələrini belə ələ keçirdiyini söyləyirlər.

Nəticədə rusların Ukraynadakı “uğurları” ilə bağlı saxta xəbərlər hərbçilərin kütləvi ölümünə və Putinin qarşıya qoyduğu vəzifələrin iflasa uğramasına səbəb olur.

Qeyd edilir ki, reallığın təhrif olunması səbəbindən Rusiya ordusunun rəhbərləri cəbhə xəttində hansı qüvvə və vasitələrin gerçək, hansının isə yalnız kağız üzərində mövcud olduğunu başa düşə bilmirlər.

Bu faktların bəziləri Rusiya Federasiyasının ali rəhbərliyinə məlum olduğundan bir sıra generallar cəzalandırılıb.

"Yüksək səviyyədə aparılan yoxlamaların birində Rusiya Müdafiə Nazirliyinin rəsmiləri apreldə iki generalın Nikolaev və Krivoy Roq istiqamətinə natamam döyüşçülərdən ibarət bölmələr göndərdiyini öyrəndikdə təəccübləniblər. Generallar tutduqları vəzifələrdən uzaqlaşdırılıb, hətta qısa müddətə həbsdə saxlanılıblar”, - məlumatda deyilir.

“Məhz saxta hesabatlar əsasında Kreml axmaq əmrlər verir. Müvafiq hesabatları yazan və təqribən real məlumatlara sahib olan qərargah zabitləri öz aralarında deyirlər ki, Rusiyanın guya “ələ keçirdiyi” yaşayış məntəqələri arasında ordunun top atəşinə belə yaxınlaşa bilmədiyi şəhərlər var”.
AzMİU-da narkomaniya ilə bağlı növbəti tədbir keçirilib – FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirilib. Görüşdə millət vəkilləri – Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Komitənin nəzdində İctimai Şuranın üzvü Kəmalə Haşımova və “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iştirak edib.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov giriş nitqi ilə tədbiri açaraq təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, bu günki görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin problemi birgə səylərlə aradan qaldırmaq, qarşısını almaq baxımından faydalı olacağına əminliyini bildirib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. 44 günlük Vətən müharibəsində ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuzun 30 illik işğala son qoymasından, canından, qanından keçən qəhrəman oğullarımızın hünərindən söz açıb. Ölkəmizdə belə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən rektor narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb.
Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan millət vəkili Musa Qasımlı da çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.

Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Milli Məclisin üzvü Ramin Məmmədov tələbələrin sosial şəbəkələrdə aktivləşməsinin, narkotikləri təbliğ edənlərə qarşı kompleks şəkildə mübarizə aparmasının zəruriliyinə toxunub.
Müzakirə olunan problemlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində İctimain Şuranın üzvü Kəmalə Haşımova təmsil etdiyi təşkilatın gördüyü işlərdən danışıb. Bu bəlanın qarşısının alınmasında ictimai maarifləndirmənin ənənəvi forma və metodları ilə yanaşı, sosial medianın rolunu xüsusi qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. “Bu problemdən çıxış yolu gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir”.
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilən bukletlər, qələm və dəftərlər paylanılıb. Layihənin icra müddəti 4 aydır.

Ukrayna iki istiqamətdə əks-hücuma başladıUkrayna ordusu Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli ilə görüşü zamanı Ukraynadakı operativ vəziyyəti müzakirə etdiklərini bildirib:

“Ənənəvi şəkildə amerikalı həmkarımı operativ vəziyyətlə bağlı məlumatlandırdım. Xüsusilə, düşmənin əsas səylərini Luqansk istiqamətinə - Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi əraziyə yönəltməsi, habelə Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi haqqında məlumat verdim”.
“Birinci dərəcəli adamlarım məni satdılar” - Mübariz Mənsimov“Oğlumun hazırda 15 yaşı var. Gözləyirəm ki, 20 yaşı olsun, oxusun, şirkətin başına keçsin. Mən də dünya turuna çıxım. Mənim artıq 55 yaşım var. Nə siyasət. Heç bir zaman siyasət adamı olmadım, olmaram da”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurlu siyasət yürütdüyünü vurğulayan "Palmali"nin rəhbəri deyib ki, bu siyasətin qarşısında yeni siyasət yürütmək ağılsızlıqdır.

"Qarabağı kişi kimi dedi və aldı. Mehriban xanım da özünü xalqa həsr etmiş insandır. Təbii ki, dövlət başçısı hamının xoşuna gələ bilməz. Dünyada belə bir sistem yoxdur, mütləq narazı qalanlar olur. Bu mənada, Azərbaycanda da bəlkə narazılıq edənlər var. Bu narazılıqların kökündə başqa şeylər durur. Bu gün Azərbaycan inkişaf etmək istəyirsə, ölkə rəhbərinin əməyini dəyərləndirməlidir. Qarabağ alındımı? Alındı. İnkişaf gedirmi? Gedir. İslahatlar aparılırmı? Aparılır. İlham Əliyevin Ukrayna müharibəsi başlamazdan öncə Rusiya ilə müttəfiqlik bəyannaməsini imzalaması isə şah və mat idi. Çox düşünülmüş, uzaqgörən siyasət idi. Ona mane olmağa çalışanlar var. Bu hər yerdə belədir. Məsələn, mənim şirkətimdə ikinci demirəm, birinci dərəcəli adamlarım belə məni satdılar”, - deyə M.Mənsimov bildirib.

“Palmali”nin rəhbəri həmin şəxslərin pula satıldıqlarını, onun üzünə yalançı şahidlik etdiklərini vurğulayıb.

M.Mənsimovun sözlərinə görə, hazırda İngiltərədə yalançı şahidlərlə qazanılmış məhkəməyə qarşı yeni bir iddia qaldırıb.

“Proses gedir. Məhkəməni qazanım, ilk işim Azərbaycana gəlmək olacaq. Ədalətə inanıram. Sonuna qədər hüquq yoluyla gedəcəyik. Mənim onlardan bir az fərqim var. Arxadan zərbə planlaşdırmıram”.

“Qarabağa investisiya yatırmaq fikriniz var” sualına M.Mənsimov belə cavab verib:

“Düzünü deyim ki, indilik düşünmürəm. Hələlik Azərbaycana yatırımla bağlı bir söz deyə bilmərəm. Ən azından məhkəmələr bitib, haqlı olduğumu sübut edənə qədər bunu etməyəcəyəm. Azərbaycanda məni sevməyən qüvvələr var. Nə elədimsə, istədiyim kimi eləməyə qoymadılar. Yatırımım ancaq tələbələr oxutmaq şəklində olur və olacaq. Bizim “Pal egitim” qrupu var, bu işin başında da şirkətin İnformasiya Texnologiyalar Departamenti dayanır. Əsasən kasıb və şəhid ailələrinin uşaqlarını oxuduruq”.

“Palsüd”ün istehsalından danışan M.Mənsimov zavodun yeni təmirdən çıxdığını, yaxın vaxtlarda məhsulların sayı və çeşidinin çoxalacağını deyib.

O, “Palmali”nin hazırda neçə gəmiyə sahib olduğuna da aydınlıq gətirib:

“Mən həbs olunmazdan öncə 300-dən çox idi. İndi Türkiyədə 51 tankerimiz var. İndoneziya və Sinqapurla birgə 100-dən çoxdur. Ən çox ziyanı Türkiyədəki şirkətlərimiz gördü. 2000-2012-ci ilə qədər Xəzərin yükünün 80 faizini biz daşıyırdıq”.

M.Mənsimov Azərbaycan Prezidentinin apardığı islahatları çox yüksək qiymətləndirdiyini vurğulayıb:

“Gənclərin rəhbər vəzifələrə gətirilməsi təqdirəlayiq haldır, onların keçmiş yaşlı məmurlar kimi olmayacağına inanıram. Bu gün SOCAR rəhbərliyinə gənc insanlar gəlib və onların çox yaxşı gələcək vəd etdiyini bilirəm. Azərbaycanın gələcəyini çox gözəl görürəm. Dövlətin siyasətini dəstəkləmək lazımdır. Söz yox ki, yanlışlıqları da demək lazımdır. Sağlam tənqid sağlam cəmiyyətdə olur. Burada medianın və QHT-lərin üzərinə yük düşür”