Gəncə Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilibAprel ayının 20-də Gəncə Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Gəncə Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Xalid Qurbanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konfransın gündəliyi müzakirə edilib və orada öz əksini tapan məsələlər səsə qoyulub. Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, professor Nurəddin Məmmədov açıq səsvermə yolu ilə Şuranın sədri seçilib. Bununla yanaşı, Şuranın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb, yeni üzvlər seçilib. Həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının 2022-ci il üçün İş Planı müzakirə olunub və təsdiqlənib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdıraraq Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Daha sonra natiq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb.

Ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu qeyd edən Bayram Yusifov ulu öndər Heydər Əliyevin Azərbaycanın ümummilli lideri, unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu hər bir sahədə böyük uğurla davam etdirdiyini vurğulayaraq əlavə edib ki, biz ağsaqqallar da hər zaman dövlət başçımızı dəstəkləməli və onun ətrafında daha sıx birləşməliyik.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz çıxışında qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. O bildirib ki, Gəncənin ağsaqqalları istər Vətən müharibəsində, istərsə də pandemiya dövründə şəhər əhalisinə daim mənəvi dəstək olublar. Çıxışının sonunda Niyazi Bayramov Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova və digər natiqlər öz çıxışlarında ağsaqqalların cəmiyyətdəki yüksək mövqeyindən bəhs edərək gələcəkdə onların qarşısında duran əsas vəzifələrdən söz açıblar, yeni seçilən Şura sədrinə və İdarə Heyətinin üzvlərinə uğurlar diləyiblər.

Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni sədri, professor Nurəddin Məmmədov göstərilən etimada görə öz minnətdarlığını ifadə edib. O, bundan sonra da Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.
Əlillərin sosial müdafiəsi daha da gücləndirilir“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regionlarda “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması”adlı kayihənin tədbirlərini davam etdirir.

Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından sayılan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində beşinci tədbir 26 aprel 2022-ci il tarixdə saat 11:00-da Zaqatala Rayon ’’Heydər Əliyev Mərkəzi’’-ndə keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti, Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regianal filal rəhbəri, Zaqatala KOBİA və əliliyi olan şəxslər iştirak edəcəklər.


Avroviziyada Azərbaycanın səhnə tərtibatını danimarkalı rejissor həyata keçirəcəkBu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, bu, yüksək keyfiyyətli, baxımlı və yadda qalan performansları ilə Avropada və dünyada məhşur olan Danimarkalı Mads Enqqaarddır.

Mads Enqqaard Avroviziya aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.

Azərbaycan təmsilçilsi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək: Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari” mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.

Avroviziyadan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.

Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilmiş Pre-Party-dən dərhal sonra qurluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış
"Paşinyanın çıxışından açıq sezilirdi ki, o Putinin yanına şikayətə gəlib"Novo-Oqarevoda Putin – Paşinyan görüşünün Ermənistanın tərəfinin israrlı tələbi əsasında reallaşdığı güman edilsə də Putinin istəyi əsasında baş verib.

Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Vasif Əfəndi bildirib.

O qeyd edib ki, Putinin Ukraynanın Şərqində növbəti irimiqyaslı hücumlar təşkil etdiyi bir dövrdə Paşinyana zaman ayırmasının bir neçə səbəbi ola bilərdi: “Bunlardan birincisi, Ukrayna savaşında faktiki olaraq bütün dünyadan təpki aldığı bir şəraitdə Ermənistanı dəvət edərək tək qalmadığı görüntüsünü verməkdirsə, digər səbəb isə son günlərdə erməni separatçılarının Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yeni müdafiə qurğuları inşa etmək cəhdlərinə Azərbaycan ordusunun müdaxiləsi ola bilər. Məncə hər iki variant eyni zamanda üst-üstə düşüb. Daha bir səbəb isə İlham Əliyevlə Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə Rusiyanın iştirakı olmadan təşkil edilmiş görüşdən Moskvanın narahat qalmasıdır. Putin Ukrayna cəbhəsində çox ciddi problemlərlə üzləşdiyi bir zamanda onun başı üzərindən təşkil edilmiş görüşdən razı qalması da mümkün görünmürdü və onun reaksiyasının olacağını da istisna etməməliyik”.

V.Əfəndi qeyd edib ki, görüşün jurnalistlər üçün təşkil olunmuş hissəsində həm Paşinyanın dilindən, həm də Putin tərəfindən Qarabağ inzibati rayonu ərazisində problemlərin olduğu dilə gətirildi: “Bu məqamda diqqətimi çəkən Paşinyanın “Dağlıq Qarabağ”, Putinin isə sadəcə Qarabağ ifadəsini işlətməsi oldu. Əslində Putin bir daha Paşinyana mesaj olaraq nəzərinə çatdırdı ki, hüquqi cəhətdən Dağlıq Qarabağ adında problem mövcud deyil. Lakin Paşinyanın çıxışından açıq sezilirdi ki, o Putinin yanına şikayətə gəlib və Azərbaycanın Qarabağ inzibati rayonunda separatçıları müdafiə mövqeləri inşa etməyə mane olmasının qarşısını alınmasını istəyir. Hazırda Ukraynada baş verən proseslərin nəticələrindən asılı olmayaraq biz Qafqazda sülhün dayanıqlı olmasından ötrü çalışmalıyıq. Bu yaxınlarda baş tutan Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü müsbət dəyişikliklərin mümkünlüyünə optimist düşüncələr yaradır. Bu isitiqamətdə daha da fəal çalımalıyıq. Mümkün qədər tez bir zamanda razılaşmada əldə olunan demarkasiya delimitasiya işlərinə başlamalıyıq. Rusiyanın Ukrayna ilə müharibəni nə zaman bitirəcəyini və aramıza girəcəyini gözləməməliyik”.
Kamran Əliyev Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin edibXocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub.

K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.

Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təyinatlarla bağlı məlumatı təsdiqləyib.
Saakaşvili çıxış edə bilmədi, zaldan təcili çıxarıldıGürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili məhkəmə prosesi zamanı çıxışını yarımçıq kəsib.

Axar.az xəbər verir ki, görüntülər gürcü kanallarında canlı yayımlanıb.

Saakaşvili çıxışa başladıqdan az sonra dayanıb və həkimlərdən yardım istəyib:

“Məhkəməyə toplaşanları salamlamaq istəyirəm.... Mümkünsə, həkimin köməyinə ehtiyacım var”, - deyən Saakaşvili hüquq-mühafizə orqanlarının əməkdaşlarından onun ayağa qalxmasına köməklik göstərmələrini xahiş edib.

Saakaşvili həkimlərin yardımı ilə zaldan çıxarılıb və müayinəyə götürülüb.

Qeyd edək ki, bu gün Tiflis Şəhər Məhkəməsində keçmiş prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib.

Saakaşvili aclıq aksiyasını davam etdirir.
“Mən narkomaniyanı belə görürəm” - Siyəzəndə sərgi təşkil olunubAprelin 20-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən narkomaniyanı belə görürəm” adlı gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə rayonun 16 ümumtəhsil məktəbindən 60-a yaxın şagirdin rəsm əsərləri nümayiş etdirilib. Sərgi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasının təmin olunması, narkomaniyanın fəsadlarının gənc nəslin diqqətinə çatdırılması, bununla bağlı yaradıcı yanaşmanın təşviq edilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı və bacarıqlı yeniyetmə və gənclərin aşkara çıxarılması məqsədi daşıyıb.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva, Siyəzən Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru Fərahim Qasımov çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün narkotik vasitələrin istifadəsi və dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır. Bu istiqamətdə zəruri maarifləndirmə işlərinin həyata keçirilməsində hüquq mühafizə və digər qurumlarla yanaşı, yaradıcı insanların da üzərinə böyük məsuliyyət düşür. Çıxışlardan sonra sərgidə toplanan əl işlərinə iştirakçılar tərəfindən baxış keçirilib.

Sonda sərgidə əl işləri fərqlənən şagirdlər fəxri fərmanlarla təltif ediliblər.






#NarkotikələrəYoxDe #narkomaniya #AğÖlüm #sərgi #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
“Rusiya Ukraynaya sülh sənədinin layihəsini təqdim edib, cavab gözləyirik”“Biz Ukraynaya sülh sənədinin layihəsini təqdim etmişik və cavab gözləyirik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Ukrayna tərəfi əvvəlki razılaşmalardan yayınır. Bu, danışıqlara mənfi təsir edir. Hazırda sənəd Ukrayna tərəfindədir. İndi “top onlardadır”, cavab gözləyirik. Cavabın nə vaxt veriləcəyi Ukraynadan asılıdır”, - o bildirib.
"Qırğız Respublikası ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır""Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır".

Bunu Prezident İlham Əliyev aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla keçirdiyi geniş tərkibdə görüşdə deyib.

"Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik", - dövlət başçısı bildirib.
“Paşinyan "danışdırılır" və nəyə isə ümid edir” - PolitoloqPaşinyanın Rusiyaya olan səfəri rəsmi xarakter daşıyıb. Göruş zamanı bu səfərin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönmu ilə bağlı olduğu qeyd edilsə də tərəflər arasındakı ikitərəfli münasibətlərin çağdaş durumu, habelə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması müzakirə predmeti olan əsas məsələlər olub.

Avrasiya.net xəbəbr verir ki, bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov dünən Rusiyada Putinlə Paşinyan arasında keçirilən görüşün nəticələrinə münasibətində deyib.

Onun fikrincə, görüşün AB-nin təşəbbüsü ilə Brüsseldə keçirilən məlum göruşdən dərhal sonra keçirilməsi bölgədəki proseslərə məhz Rusiyanın həlledici təsir imkanlarına malik olduğunu qabartmaq baxımından diqqətəlayiq olub. Görüş zamanı bu faktoru məhz Paşinyanın etiraf etməsi dolayısı yolla rəsmi Moskvanın Brüsselə mesajı təsiri bagişladı. Yeri gəlmişkən, Rusiyanın bölgədəki proseslərə, o cümlədən Qarabağ uğrunda gedən hərbi əməliyyatların durdurulması ilə bağlı məsələlərə həlledici rolunu bu ilin fevralında Moskvada Rusiya və Azərbaycan arasında müttəfiqliklə bağlı müqavilənin imzalanması zamani prezident İ.Əliyev də etiraf edib. Moskvada Paşinyanla keçirilən göruş zamanı Rusiya prezidenti V. Putinin hazırda tərəflər arasında münasibətlərdə həllini gözləyən əsas məsələ demarkasiya və demilitarizasiya problemləridir deməsi göstərir ki, rəsmi Moskva özünün moderatorluğu ilə tərəflər arasında razılaşdırılan Moskva bəyannaməsinin məlum müddəalarının yerinə yetirilməsində maraqlıdır, zira bu razılaşma bölgədə sülh və təhlukəsizliyin təminatı ilə bağlı məsələlərdə kimin söz və nüfuz sahibi olmasi ilə bağlı amillərin qabardılması baxımından Kremlin maraqlarına cavab verir.

Politoloq qeyd edib ki, Qərb və Rusiya arasında hazırda Ukraynada yaşanan hərbi, diplomatik, iqtisadi və geosiyasi qarşıdurmanın fonunda bu amilin qabardılması Moskva üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə 3+3 formatında perspektiv əməkdaşlığın konturları da göstərir ki, Rusiya, habelə İran bölgədə nüfuz dairəsi uğrunda mübarizədə Qərblə kompromisə getmək fikrində deyillər: “Brüssel görüşündən fərqli olaraq Paşinyanın “Dağlıq Qarabag” münaqişəsinin tənzimlənməsində Rusiya faktoruna müraciəti, ümumiyyətlə bu ifadəni işlətməsi göstərir ki, rəsmi İrəvan Bakı ilə sülh danışıqları ilə bağlı müzakirələrdə Qarabağ kartından imtina etmək fikrində deyil. Məğlub durumda olmasına, faktiki olaraq təslimçilik aktına imza atmasına baxmayaraq Paşinyanın yenidən “DQ” problemini müzakirələrə qaytarmaq istəyi göstərir ki, o "danışdırılır" və nəyə isə ümid edir. Bu nəsə əlbəttə ATƏT və onun Minsk qrupudur. Bundan əlavə Paşinyanın Moskvaya səfəri ərəfəsində ABŞ-ın Ermənistandakı səfirinin bu ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə göruşməsi və onları Qərb bankları kimi Rusiyaya qarşı maliyyə sanksiyalarına qatılmaq çağırışı Paşinyanın sevdasından xəbər verir, cunki onun razılığı olmadan erməni bankirlərinin bu tədbirə qatılacaqları inandırıcı təsir bagışlamır. Paşinyanın qlobal maliyyə mərkəzlərindən biri sorosçularla əlaqəsi nəzərə alınarsa, belə bir mesajın hardan gəldiyini müəyyənləşdirmək mümkün deyil”.

E.Manafovun fikrincə, Rusiyaya ilk baxışda sadiqliyini göstərməklə ehtimal ki, baş nazir Ukrayna cəbhəsində hadisələrin hansı axarda getməsindən asılı olaraq qərar qəbul etmək fikrindədir. Lakin Paşinyanın əsil xilqətindən təbii ki, Kreml də xəbərdardır, digər tərəfdən Putinin Ukrayna hadisələri fonunda Qərbi Rusiyanın qeyri dostları kateqoriyasına aid etməsindən sonra Minsk qrupunun reabilitasiya olunacağı inandırıcı təsir bagışlamır, buna xarici işlər naziri Lavrov da işarə etmişdir, nəhayət bu qurumun əvvəlki statusunun bərpa olunmasında da rəsmi Bakı maraqlı deyil, hərçənd Prezident Əliyev əməkdaşlığın davam etdirilməsinin də əleyhinə deyil: “Moskva isə Azərbaycanla münasibətlərin onun bölgədəki təsir imkanlarının saxlanılmasında nə kimi əhəmiyyətli rol oynadığının mahiyyətinə vardığından erməni tərəfinə əlavə demarşlar etməyəcək, zira buna ehtiyac da yoxdur. Ermənistan iqtisadiyyatının durumu, burada Rusiya biznesinin nəhəng imkanları, Ermənistanda Rusiyanın hərbi bazası, Rusiya yönumlu siyasi istibleşment Moskvanın bu ölkədə malik olduğu əyləc mexanizmlərini. Qarabağ savaşında Kremlin loyallığı və nəticədə ordumuzun müzəffər qələbəsi nəticəsində Ermənistanın düşdüyü dərin iqtisadi, sosial və siyasi böhran Paşinyanın başı üzərində asılmış əsl Domokl qılıncıdır”.