Sizin Reklam Burada

Gəncə Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib

Gəncə Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilibAprel ayının 20-də Gəncə Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Gəncə Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Xalid Qurbanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra konfransın gündəliyi müzakirə edilib və orada öz əksini tapan məsələlər səsə qoyulub. Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, professor Nurəddin Məmmədov açıq səsvermə yolu ilə Şuranın sədri seçilib. Bununla yanaşı, Şuranın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb, yeni üzvlər seçilib. Həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının 2022-ci il üçün İş Planı müzakirə olunub və təsdiqlənib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdıraraq Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Daha sonra natiq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb.

Ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu qeyd edən Bayram Yusifov ulu öndər Heydər Əliyevin Azərbaycanın ümummilli lideri, unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu hər bir sahədə böyük uğurla davam etdirdiyini vurğulayaraq əlavə edib ki, biz ağsaqqallar da hər zaman dövlət başçımızı dəstəkləməli və onun ətrafında daha sıx birləşməliyik.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz çıxışında qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. O bildirib ki, Gəncənin ağsaqqalları istər Vətən müharibəsində, istərsə də pandemiya dövründə şəhər əhalisinə daim mənəvi dəstək olublar. Çıxışının sonunda Niyazi Bayramov Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova və digər natiqlər öz çıxışlarında ağsaqqalların cəmiyyətdəki yüksək mövqeyindən bəhs edərək gələcəkdə onların qarşısında duran əsas vəzifələrdən söz açıblar, yeni seçilən Şura sədrinə və İdarə Heyətinin üzvlərinə uğurlar diləyiblər.

Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni sədri, professor Nurəddin Məmmədov göstərilən etimada görə öz minnətdarlığını ifadə edib. O, bundan sonra da Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər